Hamiləliyini yarıda kəsmək istəyən ananın hekayəsi

       Bir qadın narahat olmuş halda ginekoloqun yanına gəlib deyir:
— Həkim, mənim ciddi bir problemim var, ümidsiz vəziyyətdəyəm və mənə sizin yardımınız lazımdır! Uşağımın hələ bir yaşı yoxdur, amma mən yenə də hamiləyəm! İstəmirəm ki, uşaqlarım demək olar ki, eyni yaşda olsun. 
Həkim soruşdu: «Yaxşı, indi siz mənə nə təklif edirsiz?»
Qadın dedi: "İstəyirəm ki, siz mənim hamiləliyimin qarşısını alasız, yarımçıq saxlayasız. Mən bu işdə sizə ümidvaram."
Həkim bir az düşündü və bir müddət susqunluqdan sonra qadına dedi: «Düşünürəm ki, mənim sizin üçün daha yaxşı çıxış yolum var. Həm də bu, sizin üçün daha az təhlükəlidir.»
Həkimin onun tələbini yerinə yetirəcəyini güman edən qadın təbəssüm etdi. 
Bu zaman həkim sözünə davam etdi: «Sizə görün nə təklif edirəm, iki uşağa eyni anda qulluq göstərməmək üçün, gəlin əlinizdə olan uşağı öldürək. Bu zaman siz ikinci uşaq dünyaya gələnə qədər bir müddət istirahət etmiş olarsız. Əgər biz bir uşağı qətlə yetirmək istəyiriksə, onlardan hansı birinin olması arasında fərq yoxdur. Əgər siz dünyaya gəlmiş uşağınızı öldürsəz, belə bir halda sağlamlığınızı da təhlükə qarşısında qoymamış olarsız. „
Qadın qorxu halında qışqırdı: “Yox, həkim! Bu nə dəhşətdir! Axı, uşaq öldürmək cinayətdir!»
«Razıyam, — deyə həkim cavab verdi. Amma mən elə güman edirdim ki, siz buna getməyə HAZIR İDİZ və mən belə düşündüm ki, bu daha yaxşı çıxış yolu ola bilər.»
Həkim gülümsündü və anladı ki, o, öz hədəfinə çatıb.
Həkim gənc ananı inandırdı ki, dünyaya gəlmiş uşaqla bətndə olan uşağı qətlə yetirmək arasında heç bir fərq yoxdur.
Hər ikisi cinayətdir!
Əgər siz bununla razısınızsa, o zaman, zəhmət olmasa dostlarınızla PAYLAŞIN. Bir yerdə biz qiymətli canları xilas edə bilərik.

Tərcümə və tərtib: Fərid Abdullah.
 

0 şərh