Zilhiccə ayının ilk ongünlüyü nə edək?

   
 Zilhiccə ayı çox şərif aylardan hesab olunur. Bu ay yetişdikdə, peyğəmbərimizin nümunəvi səhabələri, tabeinlər, ibadət etməkdə daha çox səy göstərərdilər. Bu ayın birinci ongünlüyü Qurani-məciddə «məlum günlər» kimi qeyd edilmişdir. Allah Rəsulundan rəvayət olunmuşdur ki, bu on günlükdə edilən ibadət və yaxşı işlər Allahın yanında daha sevilən və daha bəyəniləndir. Bu ongünlüyün xüsusi əməlləri vardır: 
1. Oruc tutmaq. Belə ki, bu ongünlükdə oruc tutmaq bütün ömür boyu oruc tutmağa bərabərdir.
2. Həmin bu on gün ərzində məğrib və işa namazı arasında iki rəkət namaz qılmaq. Hər bir rəkətdə «Fatihə» surəsindən sonra "İxlas" surəsi, daha sonra aşağıdakı ayə oxunulur:
«Və və`ədna Musa səlasiynə ləylətən və ətməmnahə bi`əşrin. Fətəmmə miyqatu rəbbihi ərbəiynə ləylətən və qalə Musa liəxiyhi Harunə-xlufni fi qaumi və əslih və la təttəbi` səbiyləl-mufsidin.»
Tərcüməsi: Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” ("Əraf", 142)
Bu namazı qılan şəxs hacıların əldə etdiyi savaba şərik olar. 
3. Birinci gündən Ərəfə gününün əsr vaxtına qədər sübh namazından sonra, məğrib namazından əvvəl Şeyx Müfid və Seyidin İmam Sadiqdən rəvayət etdikləri bu duanı oxumaq:
«Allahummə həzihil-əyyamul-ləti fəzzəltəha ələl-əyyami və şərrəftəha qəd bəlləğtəniyha bimənnikə və rəhmətikə fə`ənzil ələyna min bərəkatikə və əvsi` ələyna fiyha min nə`maikə. Allahummə inni əs`əlukə ən tusalliyə əla Muhəmmədin və Ali Muhəmməd. Və ən təhdiyəna fiyha lisəbiylil-huda vəl-əfafi vəl-ğina vəl-əmələ fiyha bima tuhibbu və tərza. Allahummə inni əs`əlukə ya məvzi`ə kulli şəkva və ya sami`ə kulli nəcva və ya şahidə kulli məla` və ya alimə kulli xəfiyyətin ən tusalliyə ələyyə Muhəmmədin və ali Muhəmməd. Və ən təkşifə ənna fiyhəl-bəla`ə və təstəciybə ləna fiyhəd-dua`ə və tuqəvviyəna fiyha və tuiynəna və tuvəffiqəna fiyha lima tuhibbu rəbbəna və tərza və əla məftərəztə ələyna min ta`ətikə və taəti rəsulikə və əhli vilayətik. Allahummə inni əs`əlukə ya ərhəmər-rahiminə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən təhəbə ləna fiyhər-riza innəkə səmi`ud-dua və la təhrimna xəyrə ma tunzilu fiyha minəs-səma`i və tahhirna minəz-zunuubi ya əllaməl-ğuyuub və əvcib ləna fiyha darəl-xuluud. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd və la tətrukə ləna fiyha zənbən illa ğəfərtəhu və la həmmən illa fərrəctəhu və la dəynən illa qazəytəhu və la ğaibən illə əddəytəhu və la hacətən min həvaicid-dunya vəl-axirəti illa səhhəltəha və yəssərtəha innəkə əla kulli şəy`in qədir. Allahummə ya aliməl-xəfiyyati ya tətəşabəhu əleyhil-əsvatu salli əla Muhəmmədin və ali Muhəmməd. Vəc-əlna fiyha min utəqaikə və tuləqaikə minən-nari vəl-faiziynə bicənnətikə vən-naciynə birəhmətikə ya ərhəmər-rahimin. Və salləllahu əla səyyidina Muhəmmədin və alihi əcməin.»
4. Bu ongünlüyün hər birində oxuması üçün Cəbrailin Həzrət İsaya Allah tərəfindən hədiyyə etdiyi beş duanı oxumaq. Beş dua budur. 
"Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şəriykə ləhu ləhul-mulku və ləhul-həmdu biyədihil-xəyru və huvə əla kulli şəy`in qədir (1) Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şəriykə ləhu əhədən samədən ləm yəttəxiz sahibətən və la vələda (2) Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şəriykə ləhu əhədən samədən ləm yəlid və ləm yuləd və ləm yəkunl-ləhu kufuvən əhəd (3) Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şəriykə ləhu ləhul-mulku və ləhul-həmdu yuhyi və yumiytu və huvə həyyun la yəmuutu biyədihil-xəyru və huvə əla kulli şəy`in qədir. (4) Həsbiyəllahu və kəfa səmi`əllahu limən də`a ləysə vəra`əllahi muntəha əşhədu lillahi bima də`a və ənnəhu bəri`unmimmən təbərrə`ə və ənnə lillahiı-axirətə vəl-uula (5).
Həzrət İsa (ə) bu dualardan hər birini yüz dəfə oxumaq üçün çoxlu savab açıqlamışdır. Bu, nəzərdən uzaq bir iş deyil. Belə ki, Əllamə Məclisi buyurmuşdur: Hər gün bu dualardan birini on dəfə oxuyan şəxs rəvayətə əməl etmişdir. Amma hər gün bu dualardan birini yüz dəfə oxumaq daha yaxşıdır. 
5. Bu ongünlüyün hər günü Əmirəlmöminindən rəvayət olunmuş, yüksək savabı olan bu təhlilatı oxumaq. Bu təhlilatı 10 dəfə oxumaq daha yaxşıdır:
«La ilahə illəllahu ədədəl-ləyali vəd-duhuur, la ilahə illəllahu ədədə əmvacil-buhur, la ilahə illəllahu və rəhmətuhu xəyrun mimma yəcmə`unə la ilahə illəllahu ədədəş-şəvki vəş-şəcəri, la ilahə illəllahu ədədəş-şə`ri vəl-vəbəri, la ilahə illəllahu ədədəl-həcəri vəl-mədəri, la ilahə illəllahu ədədə ləmhil-uyuuni, la ilahə illəllahu fil-ləyli iza əs`əsəsə və (fi) ssubhi iza tənəffəsə, la ilahə illəllahu ədədər-riyah fil-bərarii vəs-suxuri, la ilahə illəllahu minəl-yəumi ilə yəum yunfəxu fis-suur.»
Hazırladı: Fərid Abdullah.
   
 

0 şərh