Zilhiccə ayının 1-ci günü nə edək?

           Birinci gün: Çox mübarək bir gündür. Bu gün üçün bir neçə xüsusi əməl qeyd olunmuşdur.
1. Oruc tutmaq. Belə ki, bu gün oruc tutmaq 80 ay oruc tutmağın savabına bərabərdir.
2. Həzrət Fatimənin (s) namazını qılmaq. Şeyx buyurmuşdur: Rəvayət olunub, bu namaz 4 rəkətdir. Əmirəlmöminin namazı kimi iki salamı var. Hər rəkətdə bir «Fatihə» surəsi və 50 dəfə "İxlas" surəsi oxunulur. Namazdan sonra Həzrət Zəhranın təsbihatı (34 dəfə «Allahu əkbər», 33 dəfə "Əlhəmdulillah", 33 dəfə «Subhanəllah») deyilir, daha sonra bu dua oxunulur:
«Subhanə zil-izziş-şamixil-muniyfi, subhanə zil-cəlalil-bazixil-əziymi, subhanə zil-mulkil-faxiril-qədiymi, subhanə mən yəra əsərən-nəmləti fis-safa, subhanə mən yəra vəq`ət-tayri fil-həva`i, subhanə mən huvə həkəza və la həkəza ğəyruhu. 3. Günəşin zöhr vaxtına çatmamışdan yarım saat qabaq iki rəkət namaz qılmaq, hər rəkətdə bir dəfə „Həmd“, 1o dəfə „İxlas“, „Ayətəl-kürsi“ və „Qədr“ surəsi oxunur.
4. Zülm və sitəmdən qorxan, ona məruz qalan kəs bu gün oxusun:
»Həsbi, həsbi, həsbi min suali ilmukə bihali" Bunu oxuyan kəsdən Allah-Taala sitəmkarın şərrini uzaqlaşdırar. Bununla belə, bu gün İbrahim peyğəmbərin doğum günüdür. Şeyx Kuleyni və Şeyx Tusinin rəvayətinə görə, bu gün həm də Həzrət əmirəlmöminin Əli ilə Həzrət Fatimənin ailə qurduğu gündür. 
Hazırladı: Fərid Abdullah. 
 

0 şərh