Qısa zaman ərzində tam şəkildə yatmaq mümkündürmü? METODİKA

   
    Qısa zaman ərzində tam şəkildə yatmaq mümkündürmü? Yuxunu 4-5 saat qədər azaltmaq olarmı? METODİKA

Alimlərin araşdırmasına görə, insana yenidən güc verəcək, onu gümrah edəcək tamamlanmış yuxunu əldə etmək üçün adi insan orqanizminə gün ərzində 5 saat yuxu da kifayət edir. Amma bu 4-5 saatı yatmaq üçün yuxunun bir sıra prinsip və qanunlarına riayət etmək lazımdır. 

İndiki əsrdə həyat ritminin daha da yüksəldilməsi, onun daha da sürətləndirilməsi yolunda mütəxəssislər çoxlu səy göstərməkdədirlər. Bu alimlər elə bir üslub yaratmaq istəyir ki, insan gün ərzində 4-5 saat probemsiz şəkildə yatsın və bunun əvəzində gün ərzində özünü gümrah hiss etsin. Bunun üçün bir sıra əməllərə riayət etmək lazımdır. 

1. Yatmamışdan əvvəl özünü sakitləşdirmək, rahatlaşdırmaq gərəkdir. Belə ki, həyəcan və problemlərinizlə birlikdə yuxuya getməyə ehtiyac yoxdur. Buna görə də, yatmamışdan 10-15 dəqiqə əvvəl nəsə gözəl bir şey haqqında düşünməyə çalışın və ya sakitləşdirici musiqilərə qulaq asın.
2. Yatmamışdan əvvəl mədənizi lazımsız qidalarla doldurmayın və ya axşamçağı qida qəbul etməyi azaldın. Əks təqdirdə orqanizm öz enerjisini tamamlamaq əvəzinə, onu qidanın həzmi yolunda sərf edəcəkdir.

3. Yatmaq üçün xüsusi aksesuarlardan istifadə edə bilərsiz. Misal üçün, mayaotu qozası və s. ətirli rahatlaşdırıcı yastıqdan istifadə edə bilərsiz.

4. Yatmamışdan əvvəl isti duş qəbul etmək. Bu təkcə gigiyena üçün deyil, əksinə, gün ərzində yığılıb-qalmış informasiya, təəssürat və emosiyaların da yuyulub aradan getməsinə səbəb olur. Çünki, su bədəni sakitləşdirib-rahatlaşdırmaqla özü ilə onları da aradan «aparır».

5. İsti bəttaniyyə altında yatmaq. Soyuq zamanı insan istiyə nisbətən daha ağır oyanır.

6. Orqanizminizi 5 saatlıq yuxuya dəqiq şəkildə öyrəşdirməyə çalışın. Belə bir vərdiş hardasa orta hesabla bir ay müddətinə əmələ gəlir.

7. Həftədə özünüzə elə bir gün seçin ki, həmin günü adi vaxtdan bir az çox yata biləsiz. Misal üçün, 8 saat. Amma çalışmaq lazımdır ki, belə bir gün gərgin gün olmasın. Çünki, adətən belə günlərdə insan səksəkəli yatır, rahat istirahətini edə bilmir.

8. Saat 24:00-dan tez yatmağa çalışın. Çünki bu periodda insan orqanizmi daha tez və daha yaxşı yuxu tələbatını ödəyir. Gecə yarısından sonra yatılan iki saatlıq yuxu gecəyarısından əvvəl yatılan bir saatlıq yuxuya bərabərdir.

Tərtib etdi: Fərid Abdullah.

0 şərh