Sәn hәlә dә özünü bәdbәxt sayırsan? (Psixoloji motivasiya)



Belә bir optimist hәyat tәrzi vardır. Bu günlә yaşamaq. Ay dostlar, gәlin siz dә, mәn qarışıq bir vәrәq götürәk. Orada sadalayacağım şeylәri yazaq vә әmәl edәk. Әgәr sizdә müәyyәn bir vaxtdan sonra (әn azı 40 gün) hәr hansı bir dәyişiklik olmasa mәnә nә deyirsiz, deyin. Proqramın adı «Mәhz bu gün»dür.

1. Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr. Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.

2. Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı olduqları kimi sevәcәyәm.

3. Mәhz bu gün mәn sәhhәtimin qayğısına qalacağam. Sağlamlığım üçün zәrәrli olan şeylәrdәn çәkinәcәk, bәdәnimә xәtrim istәdiyini qәbul etdirmәyәcәyәm.

4. Mәhz bu gün mәn ağlımın inkişafı üçün sәy göstәrәcәyәm. Nәsә faydalı bir şey öyrәnәcәyәm. Ağlıma qarşı tәnbәllik etmәyәcәyәm.

5. Mәhz bu gün mәn şәxsi inkişafım üçün çalışacağam. Bunun üçün dә üç iş görәcәm: bir insana yaxşılıq edәcәm. Elә edәcәm ki, heç özü dә bunu bilmәsin. Xәtrim istәmәdiyi, amma mәnim tәkamülüm üçün zәruri olan iki şeyi hәyata keçirәcәyәm.

6. Mәhz bu gün xeyirxah olmağa çalışacağam. Әynimә mәnә daha çox yaraşan bir şey geyinәcәyәm. Sakit sәslә danışacağam. Özümü alicәnab kimi aparacağam, insanların uğurlarına görә onları dәstәklәyәcәyәm. Başqalarını az tәnqid edәcәyәm, insanlar üzәrindә rәhbәrlik etmәk istәyindәn qaçacağam.

7. Mәhz bu gün mәn, yalnız bu günә görә yaşayacağam. Bu gün çalışmayacağam ki, hәyatımın bütün mәsәlәlәrini birdәn hәll edim.

8. Mәhz bu gün işlәrimin proqramını tәrtib edәcәyәm. Ola bilәr ki, hamısına riayәt edә bilmәyim. Amma onları tәrtib edәcәyәm. Çünki bu mәni qәrarsızlıq vә tәlәskәnlikdәn qoruyacaq.

9. Mәhz bu gün yarım saatı tәklik vә sakitçilik içәrisindә keçirәcәyәm.

10. Mәhz bu gün qorxmayacağam. Xoşbәxt olub әtrafdakı gözәllikdәn lәzzәt almaqdan qorxmayacağam.

Qeyd: Bu proqramı Sibilla Partric adlıı bir qadın tәrtib edib. Deyl Karnegi dә dәfәlәrlә tövsiyә etmişdir. Mәn dә bu proqram üzәrindә işlәyib, siz oxuculara tәqdim etdim.


Fərid Abdullah

4 şərh

Ferbara
Fərid Abdullah da bunları özündə sınayıbmı? :)
Həqiqətən, motivasiyaya təslim olmağa dəyər. Mütləq müsbət nəticəsi görünəcək. :)
Bir dənə də bəndi mən əlavə edim: Bunlara mane olan səbəblərə fikir vermədən səbrli davranacağam. Bu günün sabahı da var. ;)
Farid_Abdullah
Mən bu məsələyə özümü də aid etmişəm. Buna görə də «mən qarışıq» ifadəsini işlətmişəm. Məqalə müəllimlik deyil, çarə yolu axtarmaq niyyəti ilə tərtib edilib.
Lutfu
əlaaaaaaaaaaaaaaaaaaaa…