Həzrət Fatimeyi Zəhra (s.a) haqqında.

Analar anası iki dünya xanımı Həzrət Fatimeyi Zəhra (s.a) haqqında.Üçüncü m'əsum Fatimə (ə.s.)Adı: Fatimə (s)Atasının adı: Məhəmməd (s)Anasının adı: Xədicə (s)Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, be᾽sətin 5-ci ili.Doğulduğu yer: MəkkəŞəhadət ili: Hicri 11-ci ilDəfn olunduğu yer: Mə᾽lum deyildir.Tarixdə qadın Tarixə nəzər saldıqda görürük ki, qadından qədim xalqlarda bir əmtəə kimi istifadə olunur və əmtəə kimi də heyvanlarla dəyişdirilirdi.Islamdan əvvəl, cahiliyyət dövründə isə qadınları bədbəxtlik səbəbi hesab edir, buna görə də qız uşaqlarını diri-diri basdırırdılar. Amma islam dini belə inam və fantaziyalarla zidd olduğuna görə həzrət Peyğəmbər (s) həmişə cahiliyyət millətinin fikri və əməlləri ilə mücadilə edirdi. O, qadınların da kişilər kimi insan olduqlarını, onların da insanlıq imtiyaz və hüquqlarından istifadə edə bilmələrinin zəruriliyini və heç kəsin qadınları təhqir etmək haqqına malik olmadığı fikrini müdafiə edirdi. Təəssüflə Avropa və qərb dünyası qadınlardan reklam və əyləncə əşyası kimi istifadə edir. Bir sıra müsəlman ölklərində də islami dini adət və ən᾽ənələrlə zidd olduğuna baxmayaraq qadınlar əsarət zəncirlərinə bağlanıb tə᾽lim-tərbiyə və ictimai fəaliyyət göstərməkdən məhrumdurlar. Belə ölkələrdə qadınlar təkcə yas ya mövlud kimi ən᾽ənəvi dini yığıncaqlarda iştirak edə bilərlər. Buna görə də oralarda qadınlar xurafata daha çox meyl göstərərək cahillik və qəflət uçurumlarına yuvarlanmışlar. Beləliklə qadınlar imperializmin «azadlıq» fəryadı ucaltdığı vaxtda, bu fəryadın kimə aid olduğuna və haradan gəldiyinə diqqət edə bilməyib azadlığın nə demək olduğunu da başa düşə bilməmişlər. Hicabın aradan götürülməsi ilə özlərini ziyalı zənn edib keçmişdəki bütün çirkinliklərini büruzə verərək hər şeyi kənara qoydular və üzdəniraq azadlığa nail oldular. Amma bu, qadınlar üçün həqiqətən cəhalət və xurafələrdən qurtulub azad olmaq deyildi; iffət və təqvadan qopub uzaqlaşmaq idi. O, bu yolda irəlilədikcə elə bir yerə çatdı ki, nəhayət qadınlar imperialistlərin istədikləri zaman istədikləri şəkildə istifadə edə biləcəkləri bir əşya və əmtəəyə çevrildilər.

Bu iradəsiz təqlidçi, gözü-qulağı möhürlü oyuncaq kukla - «günün qadının» adlandırıldı. Amma islam və Qur᾽an tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə və Zeynəb kimi şəxsiyyətlərlə islamın qadınlara verdiyi böyük qiymət nümayiş etdirilir. Bütün əsirlərin qadınları üçün örnək olmalı belə misilsiz qadınların yetişməsi qadın olmağın həqiqi mə᾽nasını ifadə edir.Indi isə həmin qadınlardan biri olan, Peyğəmbərin qızı, Әli əleyhissalamın xanımı, Həsəneynin və Zeynəbin anası həzrət Fatimənin həyatını oxuyacağıq. Bununula da nümunəvi müsəlman qadının necə olduğunu müşahidə edəcəyik inşaallah.Təvəllüdü Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: «Indi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və mə᾽sum rəhbərlər onun nəslindən gələcək». Həzrət Fatimə (s) be᾽sətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kə᾽bənin binasını yenidən tikdirirdi.Həzrəti Fatimənin (s.a) tərbiyəsi Həzrət Fatimə (s) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Qur᾽anı Peyğəmbərin (s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi. Həzrət Fatimə (s) Qur᾽an və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi. Bir gün Ayişə Peyğəmbərə (s) belə bir sual verdi: Nəyə görə Fatiməni bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən? Peyğəmbər (s) onun cavabında belə buyurdu: «Ey Ayişə! Әgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən». Peyğəmbərimiz Həzrət Fatiməni öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir». Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə belə buyurdu: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir»


Ya Rəbbim Anamıza qalxan əlləri zəlil elə axirətdə. Amin
 

0 şərh