Peyğəmbərin (s) gələcək haqda dedikləri

1. Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal, haram düşünməyəcəklər. 
2. Rüşvət hədiyyə adı altında veriləcək, gözdağı üçün günahsız insanlar öldürüləcək. 
3. "Peyğəmbərəm" deyən insanlar meydana çıxacaq, halbuki məndən sonra peyğəmbər gəlməyəcək. 
4. "Məndən bir hədis söylənincə" "Rasulullah bu söyləməz, hədisi burax, Qurana bax!" dəyərək məni yalanlayanlar çıxacaq. 
5. "Qurandan başqa dəlil qəbul edə bilmərəm" deyənler çıxacaq. 
6. Kafirlər üçün gələn ayələri Müsəlmanları günahlandırmaq üçün istifadə edəcəklər. 
7. Sünnət bidət kimi çirkin, bidət sünnət kimi rəğbət qazanacaq. Sünnətə uyan qərib, yalnız qalacaq, bidətə uyan çoxlu yardımcı bulacaq. 
8. Məscidlərdə mindən çox insan namaz qılacaq, amma içərilərində bir müsəlman bələ olmayacaq. 
9. Sonra gələnlər əvvəlki alimləri cahilliklə günahlandıracaq. 
10. Din alimi qalmayacaq, din adamı yerinə keçən cahillər, bilmədən fətva verəcək, hər kəsi doğru yoldan çıxarmağa çalışacaqlar. 
11. Din adamları, xalqın istədiyi yöndə fətva verəcək, halala haram, harama halal deyəcəklər. Din ticarətə, menfəətə alət ediləcək. 
12. İnsan dinini və dünyasını ancaq pul ilə ayaqda tuta biləcək. Parası, pulu olmayan rahatlıq tapa bilməyəcək. 
13. Həccə hökmdarlar gəzmək üçün, varlılar ticarət üçün, din adamları göstəriş üçün gedəcəklər. 
14. Anarxıya və ölüm çoxalacaq. 
15. Çalğı hər yərdə çoxalacaq, güvənlik gücləri çoxalacaq. 
16. Hər əsr əvvəlkindən daha pis olacaq. 
17. Insanin butun qaygğısı mədəsi olacaq, şərəfi mal, qibləsi qadin, dini pul alacaq. 
18. Çeşidli adlar altında şərablar çıxacaq, halal sayılacaq. 
19. Dinə uymaq ovucda atəş tutmaq qədər çətin olacaq. 
20. İt saxlamaq uşaq böyütməkdən daha cazib olacaq. 
21. Əxlaqsız qadınlar çoxalib, zina yayılarsa xalq daha öncə görünməmiş xəstəliklərə tutulacaq. Ölçüdə, çəkidə hiylə edilərsə yaşayış çətinləşər. 
22. Zənginə malı üçün təzim ediləcək, əxlaqsızlıq yayılacaq, bic uşaqların sayı artacaq. Böyüyə hörmət, kiçiyə mərhəmət qalmayacaq. 
23. Lutilik. Homoseksualliq mubah (haram olmayan, bəyənilən) sayılmadıqca qiyamet qopmayacaq. 
24. Zəlzələ, fitnə artmadıqca qiyamət qopmayacaq. 
25. Pis insanlar dünyaya hakim olmadıqca, qiyamet qopmayacaq. 
26. Kişilər yol kənarında qadınla bərabər olacaq.
 

0 şərh