Dolanır Əli qızı..........(sinəzən)

Dolanır Əli qızı məqtəli,
Qan içində bir bədən axtarır.
Yolun üstə qafilə ləng olub, 
Bacı qardaşa kəfən axtarır.

Əli başda dörd tərəfə qaçır,
Qayıdır çuxur yerə baş vurur!
Bu nə yerdi duxti Əbu Turab,
Qədəmin turabə yavaş vurur.

Yadına o səhnə düşübdü ki,
Hamı bir yaralıya daş vurur.....((((

Gedüri Ruqəyyə yavaş-yavaş,
Üzünün tozun yuya Əlqəmə.
Deyə şərhi halini mubəmu,
Su yanında sahebe pərçəmə.
Əmu can dur əllərivə fəda,
Köməy eylə qusəli əmməmə.
Çağırır hərayə bibim səni,
Gözü yoldadı gələn axtarır, 
Bacı qardaşa kəfən axtarır.

Dolanır Əli qızı məqtəli,
Qan içində bir bədən axtarır.
Yolun üstə qafilə ləng olub, 
Bacı qardaşa kəfən axtarır.

Deyir Allahi də tumasunun, Nədən aşiyanəsi qalmayıb.
Qolu bağlı quşların evi, Talanıbdı lanəsi qalmayıb........(((((((
 

0 şərh