Qanlı bir səhradı bu......

Göz yaşım leysan olub səhrada bir dəryadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Xatəmin övladına yas tutmaga Adəm gəlib, 
Adəmin fəryadına Peyğəmbəri-Xatəm gəlib,
Kərbəla torpağına göydən bütün aləm gəlib,
Carı çək başsız Hüseynə, baş çəkən Zəhradı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Ötdü min dört yüz ilim dur Şimrə bir meydan oxu,
Yetdi son Aşura, zülmün qətlinə fərman oxu,
Bitdi həqqin intizarı, döndü bu dövran oxu,
Surələr sur oldu xatəmi-qeybəti-kübradı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Badu-Kubə şəhrinə bir gün ƏliƏkbər gələr,
Həzrəti Abbas ilən Həzrət ƏliƏsğər gələr,
Zülfuqarıynan Əmir-əl-Möminin Heydər gələr,
Sahibi-əsr-zamandan öncəki peydadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Ol Yezidin ləşkərindən bir başa min baş gedər,
Şah Hüseynim başdadır hər başda gizlin baş gedər,
Baş-düşər daşdan çıxar qaş başa birgün baş gedər,
Yazdığım misralar içrə qalibi-misradı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Bir səhər mən at belində göydə gördüm Höccəti,
Endi göylərdən yerə sildim min illik həsrəti,
İnşəAllah gün gələr kubəmdə görrük Həzrəti,
Bir həqiqətdir yazıb Pünhan demə xulyadı bu,
Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.




Baba Pünhan

1 şərh

azadmamedov90
Zaman elə bu zamandır…