Dini rəvayətlər və hədislər

Həzrəti rəsuli əkrəm(s.ə.s)buyurdu:Bir zaman gələr ki,camaat alimlərə yalnız yaxşı və gözəl paltarına görə hörmət edər.Quran səsinə də yalnız gözəl səslə oxunduqda qulaq asarlar.Allaha yalnız mübarək ramazan ayında ibadət edərlər.Onların qadınlarında həya,kasıblarında səbr,varlılarında səxavət olmaz.Aza qane olmaz,çox ilə doymazlar.Onların bütün fikri,zikri qarınları,dinləri pul,qiblələri arvadlarıdır.Qoyun canavardan qaçdığı kimi,onlar da dini alimlərdən qaçarlar.Belə olanda Allah da onları 3 cür bəlaya düçar edər:
1-incisi: onların mallarının,dövlətlərinin bərəkətini alar.
2-cisi: zalım hökmüdarı onlara hakim edər.
3-cüsü də: dünyadan imansız gedərlər.
Həzrəti Rəsuli Əkrəm(s.ə.s),Həzrəti əli(ə)-dan və.s məsum imamlardan axirət zamanda baş verəcək hadisələr haqqında çoxlu rəvayətlər nəql olunubdur.
11-ci HƏDİS. Namazın fəziləti və əhəmiyyətli bir əməl olması.Dinin sütunu,möminin ilahi dərgaha meracı,yüksəlmə vasitəsi və müqəddəs islam dinində firuiddin 1-ci olması barəsində.

Bilin ki.namaz dinin sütunu,Allah yanında ən yaxşı əməl və peyğəmbərlərin nəsiət etdiyi axırıncı şeydir.Əgər bu qəbul olunsa,sair əməlləri də qəbul olacaq,əgər qəbul olunmasa,insanın sair əməlləri də qəbul olunmayacaqdır.
Namaz qiyamətdə adəm övladının əməlləri arasında araşdırılacaq ilk əməldir.Əgər o yaxşı olsa onda bəndənin başqa əməllərinə də baxılacaqdır.Əgər yaxşı olmasa onda onun başqa əməllərinə də baxılmayacaqdır.
Qiyamət günü olanda bəndəni çağırarlar.Ondan soruşulacaq birinci şey namaz olar.
Səhih bir hədisdə imam Cəfəri Sadiq(ə)-ın belə buyurduğu nəql olunur:
-Allahı tanıyıb,etiqad bəsləməkdən sonra namazdan da əfsər bir şey bilmirəm.
Sonra H.z quranda İsa(ə)-da sözlərini buna şahid gətirdi:Rəbbim mənə diri olduğum vaxta qədər namaz qılmağı və zəkat verməyi vəsiyyət etdi.
Şeyx Tusi o Həzrətin belə buyurduğunu nəql edir:
-"Vacib namaz Allah yanında 1000 həcc və 1000 ümrəyə bərabərdir."
H.z Rəsuli Əlrəm(s.ə.s)buyurur.
-"Hər kəs namazı yüngül saysa,ona etinasız yanaşsa məndən deyildir."
Başqa bir hədisdə buyurur:
-"Hər kəs namazı yüngül saysa,mənim şəfaətim ona çatmayacaq." Yenə buyurur:
-"Öz namazınızı korlamayın,zay etməyin!"
H.z Əmirəl Möminin Əli(ə) öz nəsiyyətinin sonunda buyurub:
-"Amandır,namaz barəsində qorxun Allahdan.Amandır,namazı yaddan çıxarmayın! Çünki,namaz ən yaxşı əməl və dinimizin sütunudur."
Nəql olunub ki,bir gün Rəsuli Əkrəm(s.ə.s) məsciddə oturmuşdu.Bu zaman bir kişi məscidə gəlib.namaz qılmağa başlayır.Amma onun ruku və səcdələrini kamil şəkildə yerinə yetirmədən namazını qılıb,qurtardı.H.z buyurdu:
"Bu kişi qarğa dimdiyini yrə vurduğu kimi başını yerə qoydu.Əgər bu kişi namazını belə qıldığı halda ölsə,başqa bir dində ölmüş olacaq."
Burada İmam Cəfəri Sadiq(ə)-ın son vəsiətini də təqdim edirik.Əbu Bəsirdeyir:
-"İmam Cəfəri Sadiq(ə)-ın şəhadətinə görə baş sağlığı vermək üçün ümmü Həmidənin hüzuruna gəldim.O xanım ağlamağa başlayır.Mən də onun ağlamağına görə ağladım. Sonra buyurdu:Ya Əba Məhəmməd əgər H.z Sadiqi şəhid olan zaman görsəydin,qəribə bir səhnənin şahidi olardın.O Hz. ömrünün axır anlarında gözlərini açıb,buyurdu:
"Hər kəs ki,mənimlə onun arasında yaxınlıq və qohumluq vardı,buraya çağırın."
Biz qohum əqrabadan bir kəsi belə yaddan çıxarmadıq.sonra Hz. onlara baxıb,buyurdu:
-"Bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq."
Namazın fəzilət və əhəmiyyəti barəsində bunu qeyd etmək kifayətdir ki,Rəsuli Əkrəm(s.ə.s) mübarək ramazan ayının xüdpəsində buyurmuşdur ki,"Allah öz izzət və cəlalına and içib,buyurmuşdur:"Namaz qılanlara və səcdə edənlərə əzab verməyəcək."

Pərvərdigara,sənə and verirəm ağamız,seyyidimiz Məhəmməd və onun əhli beyti haqqına,bizi namaz qılanlardan və səcdə edənlərdən qərar ver.AMİN.
 

4 şərh

Samuel
Soruşmaq ayıb olmasın əhli beyt nə deməkdi?
name
Google əmidən soruşun :)
Samuel
Mən bəzi kitablardan oxudum güyə peyğənbərimiz (s.a.s) deyib ki, əhli beytdən olun ama onun dövründə elə bir söhbət olmuyub və onu təsdiqləyəcək heç bir hədis yoxdu ona görədə yalan sayıram. Mənim bir dostum əhli beyit idi və Bakı İslam univeristetinə daxil oldu və bir nçə ölkəyə göndərdilər təsilini mükəmmələşdirdikdən sonra imtina elədi ki, səhf olub. Buna görədə harda görsəm əhli beyt söhbəti var maraqlanıram. Youtub-da Cübbeli Ahmet hoca var yaz o barədə butun soruları cavablandırır və hələ ona cavab verə biləcək əhli beyt aimi yoxdu nədənsə çünkü islamda hər bir ayənin sözün dəlili var oda dəlillərlə danıçdığına heç kim  qarşısına çıxmır.
Samuel
Sevin deyir demirki Azan verərkən nəsə artırın