Ölünün adına xörəyə duz tökmək?!

Yəqin hər Azərbaycanlı bu səhnənin şahidi olur.Anamız,nənəmiz yemək bişirən zaman (adətən,bu,cümə axşamıları baş verir) ölülərimizin adına xörəyə duz tökürlər. Ancaq duz tökənlərin özləri də bəlkə bunu nəyə etdiklərini bilmirlər. Öncə onu deyək ki,ölünün adına duz tökmək kimi bir göstəriş İslam dinində yoxdur. Sadəcə, bu bizlərdə bir ənənəyə çevrilib. Ancaq bunu din adı ilə bağlamaq günahdır və bu, İslamda "bidət" adlanır.
Onu da qeyd edək ki,ölünün adına xörəyə duz tökmək ənənəsi hər yerdə yayılmayıb.

0 şərh