Saflaşdıran kəlamlar

Məhəmməd Peyğəmbər (s.ə.s):
Sevimli Peyğəmbərimizə (s.ə.s) belə sualla müraciət edirlər: "Ya Rəsulullah! Kahinlər bizə bəzi şeyləri söyləyirlər ki,onların dedikləri doğru çıxır". Məhəmməd Peyğəmbər (s.ə.s): "Bu,doğru olan kəlmələrdir ki,cinlər oğrun-oğrun qulaq asaraq,bu kəlmələri oğurlayaraq öz dostlarının,yəni,sehirbazların,falçıların,kahinlərin qulağına sözlərə 100yalan əlavə edərək pıçıldayarlar... Kim düşər düşməzliyi,nəhs gətirməyi və s. sınasa,kim baxıcılıq etsə,yaxud sehirbaza müraciət etsə bizdən deyil! Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə,Məhəmmədə nazil olanı inkar etmiş olur".

Məhəmməd Peyğəmbər (s.ə.s):
Bir dəfə Məhəmməd Peyğəmbərin (s.ə.s) yanına bir kişi gəlir və özünə məxsus olan bir qulu oğluna hədiyyə etdiyini söyləyir. Əziz Peyğəmbərimiz (s.ə.s) soruşur: "Sən bu hədiyyədən bütün övladlarına da vermisən?". Kişi:"Xeyir". Peyğəmbər (s.ə.s): "Allahdan qorxun və uşaqlarınız arasında ədaləti qoruyun". Sonra Allahın rəsulu bu sözləri əlavə etdi: "De görüm,övladların sənə eyni dərəcədə hörmətlə yanaşsalar,sevinərsən?". Kişi: "Əlbəttə". Məhəmməd Peyğəmbər (s.ə.s): "Onda bir də belə etmə!" Kişi evinə gedib,öz hədiyyəsini oğlundan geri alır.

İmam Sadiq (ə):
Günlərin bir günü İmam Sadiq (ə) Səmaə adlı bir nəfərə deyir: "Səmaə,səninlə dəvələrinə baxan arasında nə qalmaqal baş verib? Olmaya sən söyüşkən,yaman dilli və lənətləyən olmusan?". Səmaə: "And olsun Allaha ki,elə bu cür də olub.Çünki,o mənə zülm etdi!". İmam Sadiq (ə): "O sənə zülm etdi və sən də onun üstünə düşdün? Belə rəftar mənim əxlaqımda yoxdur,öz tərəfdarlarıma bu şəkildə davranmağı əmr etmərəm! Allahdan bağışlanmanı dilə və bir də belə rəftara dönüb,qayıtma!". Səmaə: "Rəbbimdən bağışlanmağımı dilərəm və bir də bunu təkrarlamaram".

Alim bir adam çox ibadətkar adamı görüb,soruşur: "Namazın necədi?. İbadətkar: "Heç mənim kimi abid insandan namazını soruşarlarmı? Mən elə əvvəldən Allaha bu cür ibadət edirəm!". Alim: "Ağlamağın necədir?". Abid: "Göz yaşım axana qədər ağlayıram". Alim: "Ağlayıb özünü öyməyindənsə,gülüb,Allahdan qorxmağın yaxşıdır! Çünki, həqiqətdə özünü öyənin,özünü bəyənənin əməli Allah dərgahında yuxarı ucalmaz!".

0 şərh