Gözlər bizə nə deyir?!

Gözlər qəlbin aynasıdır deyirlər. Bir çox hallarda sözlə izahı olmayan hissləri bir baxışla izah etmək mümkündür. İllər ötdükcə insanın dünyaya baxışı ilə yanaşı gözlərin ifadəsi də dəyişilir. Sən demə hətta insanın gözlərinin rəngi də onun xasiyyəti barədə kifayət qədər informasiya verir.

MAVİ
Mavi gözlü insanların həyatının ən qaynar dövrü 14-38 yaş arasındadır. Bu qəbildən olan insanlarda 38 yaşdan sonra yorğunluq əmələ gəlir və onlar artıq sakit həyata meyl edirlər. Gözünün rəngi mavi olan qadınlar, adətən,bir qədər laqeyd olur. Ətrafdakı insanların onlar haqqında nə düşündükləri bu cür xanımları çox da maraqlandırmır və onlar söz-söhbətə fikir vermədən həyat sürürlər. Mavi gözlü kişiləri isə bütün həyatları boyu yalnız bir məsələ düşündürür: hansı peşəni seçməli? Onlar işlərini tez-tez dəyişdirirlər.

QONUR
Qonur gözlərə malik olan kişilər düşdükləri mühütdən asılı olmayaraq özlərini həmişə yaxşı hiss edirlər. Onlar deməək olar ki, bütün hallarda hətta ən çətin vəziyyətlərdən belə çox asanlıqla çıxırlar. Belə adamlarda ruh düşkünlüyü olmur. Qonur gözlü kişiləri yalnız professional məsələlər maraqlandırır və bütün problemləri özlərinə uyğun tərzdə həll edirlər.

Qəhvəyi
Qəhvəyi gözlü insanların həyatı 40 yaşdan sonra başlayır. Bu cür qadınlar adətən, fikirçəkən olurlar. Bu onların ən başlıca cəhətidir. Kişilərdə isə bir qədər fərqli xüsusuyyətlər var. Onlar çox ehtiyatlı olurlar.

YAŞIL

Yaşıl gözlü insanların həyatının ən gözəl dövrü cavanlıqdır. Onların həyatında bütün unudulmaz anlar məhs bu dövrdə 15-25 yaş arasında olur. Yaşıl gözlü qadınlar ailə qurarkən çox ehtiyatla, uzun çək-çevirdən sonra qərar verir. Həyat yoldaşlarından əsas tələbləri isə bacarıqdır.

BOZ
Gözünün rəngi boz olan insanlar adətən, olduqca uğurlu və xoş həyat sürən kəslərdir. Onların bəxt ulduzları doğulan gündən parlamağa başlayır. Ruzili və şanslıdırlar. Hətta latoreya və digər bəxtsınayıcı oyunlarda da həmişə şanslıdırlar.
 

0 şərh