Yaqub Zurufçu

1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində (məktəbi) təhsilə başlayan Yaqub daha o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və Cücələrim mahnısı ilə həm Azərbaycan və həm İranın tamamında dillərdə əzbər olmuşdu. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşına gəldikdə Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək Evləri Var Xana-Xana, De gülüm gəlsin ay nənə, Dilbər mahnısını ifa etmişdir. 
Yaqub Zurufçu Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirir. Bizə hər zaman Azərbaycanın musiqi və mədəniyyətindən söhbət açmışdır. 19 yaşına gəldikdə Tehran Üniversitetinin İqtisad fakultetində təhsilinə başladı. Eyni zamanda Tehranın operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi. 79-cu ildə İranda xalqın inqilabından 1 il sonra 80-cı ildə İrandan çıxdı. Almayaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburg şəhərində başladı və vokal sənəti üzrə diplom alan müğənni daha sonra master üzrə Amerikanın Florida ştatında Miami şəhərinin Miami üniversitetində vokal sənəti üzrə master diplomunu almışdır. 

Bu illərdə də ürəyində Azərbaycan musiqi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri idi. Çox çalışmış olsa da bu arzusu ürəyində qalan müğənni bir gün dövranın dəyişəcəyinə və arzusunun həyata yetəcəyinə daim inanırdı. Nəhayət 89-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya gəldi və Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəldi. Klipi Azərbaycana gətirdi və Televizorda yayınlandı. Ayrılıq mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək Azadlıq hərəkatı zamanında da çox sevildi və 89-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə Azərbaycana gələn müğənni Azadlıq meydanında dəfələrlə canlı ifa edərək Azərbaycan xalqına ürəkdən bərabər olduğunu göstərdi. Bununla müğənni Azərbaycanı özünə ikinci vətən olaraq seçdiyini və daha Azərbaycansız yaşayabilməyəcəyini vurğulamışdır.

O zamankı konsertlərdən sonra Azərbaycan xalqı müğənnini çox sevərək bağrına basdı və qarşılıq olaraq böyük sevgi seli yarandı. Müğənninin ifadəsinə görə bu sevgi ürəklərdə əbədi olaraq yaşayacaqdır. Daha sonra Amerikaya köçərək və bir müddət Californiya ştatının Los Angels şəhərində yaşayan müğənni hal hazırda öz sənət dünyasına davam edir və 2004-cü ildə ailəsini Azərbaycana gətirdi . Bir müddət sonra ailəsi yenidən Amerikaya köçən müğənni Amerika vətəndaşlığı olduğu halda Azərbaycan sevdasına görə təkrar 2006-cı ildə yenidən ailəsiylə birlikdə Azərbaycana köçdü. Hal hazırda müğənni Azərbaycan xalqı tərəfindən çox sevilir və Ayrılıq mahnısı ilə sadəcə Azərbaycanda deyil, İranda, Türkiyədə və digər həmvətənlilərimizin yaşadığı hər yerdə tanınmış və dinləyici kütləsindən böyük rəğbət görmüşdür. 

Bir şeyi də deyim ki,  15 iyul 2009-cu ildə Prezident İlham Əliyev onun Azərbaycan vətəndaşı olmaq istəyini müsbət qarşılayıb və bunu təsdiqləyib. Sənətçi deyir ki, bu onun illərdən bəri ürəyində gəzdirdiyi arzusu idi və prezident İlham Əliyevə təşəkkürünü bildirir. Yaqub Zurufçu bundan öncə ABŞ vətəndaşı idi və bir müddət əvvəl Azərbaycan vətəndaşı olmaq üçün prezidentə müraciət etmişdi. 17 sentayabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

Azadlıq Radiosunun qonağı olarkən (http://www.azadliqradiosu.az/content/article/1792457.html?page=1)

- Yaqub bəy, Azərbaycan qanunvericiliyinə görə, ölkə vətəndaşı başqa ölkənin vətəndaşı ola bilməz. Sizin ABŞ vətəndaşlığınıza xitam veriləcəkmi?

- Fikirləşirəm ki, mənə veriləcək vətəndaşlıq məxsusi olacaq. Məsələn, pianoçu Çingiz Sadıqov həm ABŞ vətəndaşıdır, həm də Azərbaycan. Yəni məşhur adamlara məxsus olaraq verilir. Amerikada da belə bir qayda var. Fikirləşirəm ki, Azərbaycan qanunlarında da belə bir qayda var. Məşhur bir musiqiçi kimi fikirləşirəm, mənə də bu qayda tətbiq olunar. 

- Yəqin artıq ölkənin şou-aləminə də yaxından qatılarsız…

- Mən heç vaxt Azərbaycanın şou-aləminə qatılmamışam, qatılmayacağam da. Çünki mən şou musiqisini sevmirəm. Doğrudan da, Azərbaycan şou-musiqisi çox geridə qalmış hallara malikdir. Heç arzulamazdım ki, bu aləmə qoşulum. 

- Bəs Azərbaycanda hansı işlə məşğul olacaqsız?

- Yalnız xanəndəliklə!

Məni Yaqub Zurufçudan yazmağa məcbur edən isə bir mahnı oldu. O mahnı ki, onu dinləməkdən yorulmuram. O mahnı ki, hər bir həqiqi Azərbaycan türkünün ruhunu oxşayır. 


İkisinə də Eşq Olsun!!!


3 şərh

ramzes
Yaqub Zurufçular, Səməd Behrəngilər çox olub, bir gecədə 4000 azəri insan asılan yerdə onları başa düşirəm. Yeri gəlmişkən gərək Səməd Behrəngi haqda bir məqalə yazam bilməyənlər də tanıya bəlkə…
Dior
Lap yadıma «Planet parni iz Baku»nun Yaqub Zurufçunu parodiya etmə səhnəsi yadıma düşdü.Əsasəndə qaşları))