Sitat obyekti: Qadınlar

1. Qadınlar heç vaxt kişilər kimi müvəffəqiyyətli olmayacaq, çünki onlara məsləhət verən arvadları yoxdur.
-- Dick Van Dyke

2. Qadınlar iki qrupdan ibarətdir: ilahələr və kölələr.
-- Pablo Picasso

3. Bütün qadınlar yararlıdır – ya hər şeyə, ya da heç nəyə.
-- Miguel De Cervantes

4. Qadınlarda riyaziyyata qarşı sevgi var. Onlar yaşlarını ikiyə bölür, geyimlərinin qiymətini ikiyə vurur, və həmişə də ən yaxın rəfiqələrinin yaşına ən azı beş il əlavə edirlər.
-- Marcel Achard

5. Qadınlar: onlarsız yaşaya bilmirəm, qonşular da sezmədən onları arxa bağçada basdıra bilmirəm.
-- Sean Williamson

6. Qadını məhkəmədə görməyincə onu tanımaq mümkün deyil.
-- Norman Mailer

7. Soyğunçu səndən ya pulunu ya da həyatını tələb edəcək. Qadın isə hər ikisini.
-- Samuel Butler

8. Qadınlar fil kimidir, onlara tamaşa etməyi xoşlayıram, amma sahib olmağı istəmirəm.
-- W.C. Fields(Mississippi, 1935)

9. İki il bir qızı izlədim ki, sonda onunla mənim zövqlərimizin eyni olduğunu öyrənim
-- Groucho Marx

10. Qızın 18 yaşınadək yaxşı valedeynlərə ehtiyacı vardır; 18-35 arası onun yaxçı görünüşə ehtiyacı vardır. 35-55 yaş arası yaxşı şəxsiyyət olmalı. 55 yaşından sonar isə yaxşı pula ehtiyacı vardır. Ona görə də mən pul ehtiyat edirəm
-- Sophie Tucker

11. Əgər qadınlar yanlış yoldadılarsa, onların arxasınca gedən kişilər doğru yoldadır.
-- Mae West

12. Qadının beyni kişinin beynindən daha təmizdir, çünki o, tez-tez onu təzələyir. (Bizim sözlə barmağı həmişə F5 düyməsindədir)
-- Oliver Herford

13. Qadın təxmini kişi dəqiqliyindən daha etibarlıdır.
-- Rudyard Kipling

14. Psixiatr qadınlar tərəfindən pulsuz soruşulan sualları səndən baha qiymətə soruşan peşəkardır sadəcə.
-- Joey Adams

15. Əgər qadınlar mövcud olmasaydı, yer üzündəki bütün pullar mənasın itirərdi.
-- Aristotle Onassis

16. Bir gün bir qız zəng eləyib dedi ki, “gəl bizə, evdə heç kim yoxdur”. Mən də getdim evə. Evdə doğrudan da heç kim yox idi.
-- Rodney Dangerfield

http://www.amusingquotes.com/h/w/Women_1.htm

 

11 şərh

ramzes
Mətn əla idi, amma 10 — uncunda «18-35 arası onun yaxçı »  yaxçı yerinə yaxşı olmalıydı.
fidan
Hər xırda səhvi burda yazmayın da. Şəxsi mesajla yazın ya da nəzərə almyaın.Axtarılsa sizin səhviniz hamıdan çoxdur.Demirəm ki,səhvlə yazın.Amma hər xırda səhvi də yazmayın.
Freddie,qız lduğum üçün bəzi sözlərinlə razılaşır,bəzilərilə razılaşmıram))) Gözəl yığımdır.
bankir

Avtomatik olaraq əlim plyus verdi reytinqə:-)
Mən 7-ci fikirlə tam razıyam.Afərin!

Aynur
Artıq baş səhifəyə çıxıb post. Belə getsə,axırımız yaxşı olmayacaq.Mən qızları bu posta minus verməyə çağırıram:-))
+1
IDEAL
Niyə planların barədə əvvəlcədən xəbər etmdin?:))) Artıq gecdi + vermişəm
IDEAL
Milli Məclisdə eynicinslərin nigahı barədə qanun qəbul olunacağı gözlənilir. Yəni belə getsə birinci hal baş verəcək.
ramzes
Fidan xanım özünüzdən elə razı danışısız ki, elə bil heç sizin səhviniz olmur, mənim yazılarımda səhv ola bilər olanda deyin, mən də səhvləri deyə bilərəm, bu sizlik deyil.
Samad
maraglidi..)) +1
loğman
11. Əgər qadınlar yanlış yoldadılarsa, onların arxasınca gedən kişilər doğru yoldadır.
Çox gözəl deyilmiş fikirdir. bunu adi vaxtda fikirləşmək olmaz. görünür müəllif böyük həyat təcrübəsinə malikdir.
Dior

Kişi başdır,qadın isə boyundur,hansı ki bu başı hara istəyir fırladır.))

təpəgöz
İlanın ağına da lənət,qarasına da:=) Bu qadınlar ilan təbiətli şeydir.