Madam Tüsso muzeyləri

Madam Tüsso (Madame Tussaud) London şəhərində yerləşən mum heykəlləri muzeyidir və bir çox məşhur şəhərdə filialı vardır. Onun əsası mum heykəltəraşı Mari Tüsso (Marie Tussaud) tərəfindən qoyulmuşdur.

madam Tüsso (madame Tussauds)

Mari Tüsso (1761–1850) Almaniyanın Hamburq şəhərində anadan olub. Onun anası mumiya modelləşdirməsində ixtisaslaşan həkim Filip Körtisin evində xidmətçi işləyib. Elə həmin Körtis Mariyə mum modelləşdirnəsinin incəsənətini öyrədir.

Tüsso 1777-ci ildən məşhur şəxslərin mumdan maketini düzəlməyə başlayır. O zaman onun modelləşdirdiyi mum heykəllər arasında Jan Jak Russo və Benjamin Franklin kimi şəxslərin heykəlləri var idi.

Marinin 1975-ci ildə Fransua Tüssoya ərə getməsiylə göstərdiyi mum maketləri şousuna yeni bir ad verildi – Madam Tüsso. 1802-ci ildə o, Londona getdi.O zamankı Fransa-Britaniya müharibəsinə görə o, Fransaya geri qayıda bilmir. Buna görə də o, Britaniyanı gəzib dolaşaraq öz kolleksiyasını nümayiş etdirməyə başlayır.

1835-ci ildə Mari Beyker küçəsində özünə məskən salır və burada muzey açır. (Şerlok Xolmsun ev muzeyi də həmin küçədədir - müəllif)

Onun muzeyinin cəlbedici cəhətlərindən biri muzeydə olan qorxulu həbsxana kameraları idi. 

Sərginin bu hissəsi Fransa İnqilabının qurbanlarını və yenicə yaradılmış qatil fiqurlarını və digər qətlləri təsvir edirdi.


1842-ci ildə o, şəxsi portretini hazırladı və həmin portret hal-hazırda muzeyin girişində nümayiş olunur.

Madam Tüssonun mumiya muzeyləri hazırda Londonun əsas turizm mənbələrindən biridir. Onun Amsterdam, Berlin, Las-Vegas, Nyu-York şəhəri, Xonq-Konq, Şanxay, Vaşinqton və Hollivud kimi şəhərlərdə filialları vardır. Madam Tüsso muzeylərində tarixi şəxslərin, film ulduzları, idman ulduzları və məşhur qatillərin mum maketlərini görmək olar.
Britni spirsin mum heykəli

2008-ci ilin İyul ayında Madam Tüssonun Berlindəki filialında münaqişəli hadisə baş verdi. 41 yaşlı şəxs iki gözətçidən yayınaraq Adolf Hitleri təsvir edən mum heykəlin başını kəsmişdi. Sonradan heykəl təmir olundu və zərərtörədən mərci udmaq məqsədi ilə bunu etdiyini etiraf edib. Mərci udsa da onu 900 Avro məbləğində cərimə ediblər. Madam Tüssonun Londondakı muzeyində olan original Hitlerin heykəli hələ 30-cu illərdə hücumlara məruz qalıb və bir neçə dəfə dəyişdirilib.





Mənbə : http://en.wikipedia.org/wiki/Madame_Tussauds    

http://www.madametussauds.com/London/About/History/200YearsofFame/BakerStreet/Default.aspx

Madam Tüssonun muzeyindən videokadr

7 şərh

fidan
Las-Veqasdakı madam Tüsso muzeyinin rəhbərinin sözlərinə görə, Oval kabinetin surətinin və prezidentin fiqurunun hazırlanması 300 min dollara başa gəlib.
bankir
Madam Tüssonun muzeyində bildiyimə görə Heydər Əliyevin də mum fiquru qoyulmalı idi.
Kaka
Gülməli şəkildir.


Nailə_Rzayeva
Bildiyimə görə əvvəlcə büstlər düzəltməyə başlayıb, daha sonra tam formada heykəllər…
burla xatun
Şəkillər doğurdan mumdan düzəlir yoxsa süni materiallardan? yəni plastmassdan düzəlir?
bloqçu
Orda olmaq istrdim ki canlı-canlı baxım…
girl_moon

Salamlar kayzen. az.


2007-ci ildə  Londondakı muzeydə Heydər Əliyevin də mum fiqurunun təqdim edilməsi olub. Bildiyimə görə bu muzeydə mum fiqurlarla şəkil çəkdirmək 1 dollardı. Bu şəkillərdən alınan gəlir isə BMT-nin uşaq fonduna(YUNİSEF) köçürülür.