Microsoft KİN ONE və KİN TWO

Mikrosoft və ya Maykrosoft şirkəti 2010-cu il Aprelin 12-də (yəni dünən) sosial həyat tərzindən acınacaqlı surətdə asılı olan insanlar üçün KİN adlı Windows sisteminə əsaslanan telefon təqdim etdi. Verizon Wireless, Vodafone və Sharp Corporation kimi şirkətlərin də birgə dəstəyi ilə KİN özünün Loop, Spot və Studio kimi onlayn xidmətləri ilə camaatın vaxtını öldürməyə yardımçı olacaq.


Birgə şəriklərimizlə belə qərara gəldik ki, yeni social nəsil üçün nə isə xüsusi telefon istehsal edək — elə telefon ki, mənasız həyatın hər anını digərləri ilə bölüşə biləsən,” Mikrosoft şirkətinin Əyləncə və Qurğular üzrə Bölməsinin prezedenti olan Robbie Bach dedi. “Biz KİN istehsal etdik ki, insanlar kin bəslədiyi tərəfdaşları ilə dil tapa bilsin, onlarla daim əlaqədə olsun. Bu sosial nəsil öz telefonundan daha çox şey tələb edir. KİN elə bir şeydir ki, sənin marağında olan şeyləri sənin marağında olan insanlarla bölüşməyə imkan verir.”

KİN hətta ən avam adamların da digər adamları və ya başqa şeyləri hədəfə alaraq şəxsi jurnallarını nəşr edə biləcək sadə interfeys təqdim edir. Burda heç bir menyuya və ya ikonlara ehtiyac yoxdur. KİN-in iki modeli vardır: KİN BİR və KİN İKİ. BİR balacadır və asanlıqla cibə girə bilər. İKİ isə nisbətən geniş ekranı və keyboard-u ilə seçilir. KİN BİRin meqapikseli (və ya milyonpikseli) 5-dir. İKİninki isə 8 meqapikseldir.

KİNin başlıca səhifəsi KİN LOOP adlanır və o tez-tez yenilənir (uptade) və həmişə birkəsin sosial dünyasında baş verən inqilabi hadisələri əks etdirir. Kİn avtomatik olaraq Maykrosoftdan və üçüncü tərəf sosial şəbəkələrdən olan Facebook, Myspace və Twitterdən qaynaqlanır və onların hamısının ipini bir əldə tutmağı bacarır.

Robbie Bachdın “niyə daha səviyyəli blog saytı olan Kayzen.az-ı KİNdə yerləşdirməmisiniz?” sualına isə cavabı belə oldu.
“Bildiyiniz kimi Kayzen.az bütün bəşəriyyətə xidmət edən və edə biləcək insanların fikirlərini bölüşdükləri bir məkandır. Ona görə də onu KİNdə yerləşdirmək bizim üçün həm böyük şərəf, həm də böyük uğur olardı. Belədə İphonun da bazarını bağlayardıq. Problem bundadır ki, Kayzen.az azərbaycancadır. Amerikada isə Azərbaycan dili məktəblərdə əsas dərs vəsaiti kimi yalnız bu ildən tədris olunmağa başlanıb. Ona görə də bir-iki il gözləməli olacağıq”, deyə qeyd edib.

KİN-in digər səciyyəvi xüsusiyyəti isə KİN SPOTdur. Burda istifadəçilər istədikləri Veb səhifələri, tekst mesajları, şəkilləri, status yenilənmələrini vaxtlı-vaxtında izləyə biləcəklər.

KİN də belə gəldi. Bazara May ayında çıxarılacaq. Fikrimcə 12 şkala ilə 7.5 vermək olar. KİNin qiyməti haqda bir şey tapa bilmədim. Amma İphone və Blackberry ilə bazarda rəqabət aparmaq çətin olacaq.

2 şərh

fidan
Səhər-səhər pozitiv üçün sağ ol)))Robbie Bach-a salam deyərsən.
HTML
Kin One
displey ölçüsü-2.6 düym
5 meqapiksel kamera(ikiqat LED vspışka ilə)
4 Qb əvvəldən quraşdırılmış yaddaş
Kin Two
displey 3.4 (480x320 piksel)
kamera 8 meqapiksel,yaddaş 8 QB,Hər iki telefonda Bluetooth 2.1 və Wi-Fi,GPS qəbuledici, FM-radio,akselerometr var.Telefonun əsas özəlliyi odur ki,Loop adlı servislə bütün sosial şəbəkələrlə işi rhat təmin etmək olur.
Problem məncə dizayndadır.Xüsusilə də Kin One çox pis görünüşü var.