Critical Reasoning 1

  • GMAT

Verbal hissə: Dərs 1

Critical Reasoning: An İntroduction


Critical Reasoning(CR) bölməsi Azərbaycan tələbələrinin ən az tanış olduğu bölmə hesab oluna bilər.Digər bölmələrə biz ən azı  məktəb vaxtı və qəbul imtahanlarında rast gəlmişik! Sizin CR suallarında rast gəldiyiniz istənilən arqument 2 hissədən (assumption(evidence  və conclusion) hissələrindən ibarətdir. CR bölməsinin ğhdəsindən gəlmək üçün 7 əsas prinsip:

1. Arqumentin strukturunu anlamaq.Yəni nəyin fakt, nəyinsə nəticə olduğunu ayırd etmək lazımdır. Məsələn: The Brookdale Public Library will require extensive physical rehabilitation to meet the new building codes passed by the town council. For one thing, the electrical system is inadequate, causing the lights to flicker sporadically. Furthermore, there are too few emergency exits, and even those are poorly marked and sometimes locked.

Analiz: Diqqətlə fakt və nəticəni ayırd edək. Bu nümunədə faktın - The Brookdale Public Library will require extensive physical rehabilitation.... olduğunu müəyyənləşdirmək elə də çətin olmadı. Nəticə isə uyğun olaraq `the electrical system is inadequate, causing the lights to flicker sporadically` olacaq. Biz qarşımıza çıxacaq bütün arqumentləri bu üsulla analiz etməliyik.

2. Suala diqqət yetirin! Bu sizə dərhal nəyi axtarmalı olduğunuz barədə bir ipucu verəcək! Yuxarıdakı arqumentdən sonra belə bir sual gəlir: The author supports her point about the need for rehabilitation at the Brookdale Public Library by citing which of the following? Suala baxan kimi bizdən nəyin soruşulduğunu dərhal anlaya bilərik. Bu sizə qızıldan da qiymətli vaxtınıza qənaət etməyə kömək olar. Həmçinin bu metod sizə digər bölmələrdə də lazım olar.

3. Sadələşdirin(Parafraz).Cümləni oxuduqdan sonra onu elə qısa formaya gətirməlisiniz ki, dərhal mövunu başa düşəsiniz. Bu sizi artıq və çaşdırıcı sözlərdən azad edər.Məsələn kitabxana ilə bağlı sualımızda:The Brookdale Public Library will require extensive physical rehabilitation to meet the new building codes passed by the town council, cümləsini The library will need fixing up to meet new codes. ilə sadələşdirsək daha aydın alınar! 
Bu üsul sizə müəllifin nöqteyi-nəzərini daha yaxşı başa düşməyə və mətnin parçasını daha yaxşı anlamağa köməklik edər (Bəzən onlar çox uzun olurlar).

4. Aqrumentin doğruluğunu şübhə altına alın.(fikrimcə bu bizlərdə əla alınacaq.Çünki müəllifi `neprav` çıxartmaq tələb olunur). Siz aktiv şəkildə oxumalısınız.Yəni oxuduğunnuz hər şeyə tənqidi yanaşmalı və onun hansı dərəcədə doğru olub olmamasını tapmalısınız.Özünüzə sual verin ki, müəllifin gəldiyi nəticə məntiqi cəhətdən düzgündürmü? Məsələn: kitabxana müəyyən qədər reabilitasiya) ehiyacı var.Lakin,şəhər şurasının yeni qaydaları haqqında deyiləndə, deyilmişdi ki, bu qaydalar bu məsələni nəzərə alıb? Bu arqument  maraqlıdır, lakin boşluq var.


5. Verilən suala cavab verdiyinizdən əmin olun! CR bölməsində əsas məsələ sizdən nəyin soruşulduğunu anlamaqdır. Məsələn: Sizdən məntiqi nəticə(inference) soruşulanda, axmaqlıq edib sadəcə olaraq parafraz olunmuş cavabı seçməyin! Həmçinin, sizdən assumption soruşulanda müəllifin faktalından ibarət cavabı seçməyə tələsməyin! Bir də such, except kimi sözlərə diqqət yetirin! Bu hissəciklər mənanı tam tərsinə çevirə bilər.

6. Cavabı parafraz edin! Bu prinsip, əvvəlki prinsipin davamı sayıla bilər. Siz sualları xüsusi metodlarla dəyişdirməli deyilsiniz.Sadəcə olaraq xəyalən belə cavaba malık mətnin sualının necə ola biləcəyini fikirləşməlisiniz. Bir sıra cavablar üçün bunu həyata keçırmək demək olar ki mümkünsüzdür.Əgər alınmırsa narahat olmayın. Ancaq bu üsuldan çox istifadə etsəz biz uğur qazanacaqsınız(CR-da əlbətdə ki)

7. Mövzudan kənara çıxmayın! Səhv cavabların əksəriyyəti mətndə olmayan informasiyanı daşıyır.Özünüzdən hüç nə uydurmayın! Əgər cavab mətnin məntiqinə uyğundursa, amma əlavə bir kiçik info da varsa o cavabı sılıi atın! Cavablarda bu sözlərə fikir verin: always, all, never, none və s. Bu sözlər konkretdirlər və əksər hallarda səhv cavablardır. Nümunə:

Sual: The author’s argument depends on which of the  following assumptions about the new building codes?
Cavab: A. The new building codes are far too stringent.

Göründüyü kimi cavabda  mətndə olmayan əlavə informasiya(stringent codes)var. Müəllif bu barədə heç nə deməyib. Deməli bu cavab səhvdir.

Dərsi tam başa düşdüyünüzü anlamaq üçün bir testi həll edin:

• Insurance company X is considering issuing a new policy to cover services required by elderly people who suffer from diseases that afflict the elderly. Premiums for the policy must be low enough to attract customers. Therefore, Company X is concerned that the income from the policies would not be sufficient to pay for the claims that would be made.

Which of the following strategies would be the most likely to minimize Company X’s losses in the policies?

A) Attracting middle-aged customers unlikely to submit claims for benefits for many years
B) Insuring only those individuals who did not suffer any serious diseases as children
C) Including a greater number of services in the policy that are included in other policies of low cost
D) Insuring only those individuals who were rejected by other companies for similar policies
E) Insuring only those individuals who are wealthy enough to pay for the medical services

Cavab: Hələlik özünüz tapın :)

13 şərh

Leyla
Şükür!Axır ki,yeni post oldu.
i think the true answer is C.
Wizard
Explanation please!
2ral
Why not D?:) Məntiqlə bu da pis variant deyil.
Wizard
Mətni 1-2 dəfə oxuyun! Bir az düşünün və cavabı verəndə niyə məhz bu cavabı seçdiyinizi də deyin :)
Leyla
B,D,E cavablarını tulladım. sizin öyrətdiyiniz kimietdim-onlarda only sözü vardı.Ona görə qaçdım o cavablardan.A variantında middle-aged söhbət gedir,bizə isə elder people lazımdır.Qalır d.doğurdan da məntiqə uyğundur.
Leyla
Sorry,qalır c.logically C.
Wizard
other policies? söhbət axı yenisindən gedir :)
bankir
Düzgn cavab A. C variantı olmaz.Onsuz da kasıb olan adamlara əlavə servislər təklif etmək olmaz.
Wizard
Dərin düşünməyin :)
HTML
i think the true answer is A
Wizard

Why? Explain in details!


 


 

Cavid
Cavab A.  Because

E düzgün cavab deyil, Çünki bu variantda deyilir ki company daha çox yüksək imkana malik olan insanları siğorta etsin, bu da məntiqi cəhətdən düzgün deyil, çünki həmin insanların artıq siğortaları olacaq və onlara bu siğorta ehtiyac olmayacaq.

D də deyil. Bu cavabda deyilir ki company digər şirkətlərin qəbul etmədiyi insanları siğorta etsin, bu da əksinə zərərli olacaq, çünki həmin insanlar artıq xəstədirlər or başqa ciddi problemləri var.

C də yox. Bu variantda böyük həcmdə xitdmətin(service) daxil edilməsidir ki, bu da müzakirə mövzusu deyil( sualdan göründüyü kimi company bu işdən boyun qaçırmaq istəyir nəinki bu cür xidmətlər təklif etsin və çoxlu pul xərcləsin)

B də cavab deyil. Çünki sualdan deyilir ki o insanlar siğorta olunsun ki onlar uşaqlıqdan bəri ciddi bir xəstəliyə tutulmasın, bu da düzgün yanaşma deyil, çünki yaşlılar indi elə xəstəlikdən əziyyət çəkirlər, baxmayaraq onlar əvvəllər bu xəstəliyə tutulmayıblar və hətta bəzi xəstəlikləri uşaq vaxtından aşkarlamaq mümkün deyil

Finally

A düzgün cavabdır. çünki orta yaşlı insanların cəlb edilməsi ən azından uzun illər bu cür xəstəliklərə tutulmayacaqlar və bunun üçün müraciət etməyəcəklər (unlikely to submit claims for benefits).

Wizard

Sizdən bax belə cavablar gözləyirdim ki, Cavid də sağ olsun ki, bu suala maximum dolğun cavab verdi! Hər şey düzgün getsə, gələn dərs 2-ci gün olacaq :)