Maye dərman formaları

Bunlara məhlullar,dəmləmə və bişirmələr,qarışıqlar (miksturalar) damcılar, tinktu ra və ekstraktlar, emulsiyalar va seliklər,ətirli sular,şərbətlər va s. aid edilir.

Məhlullar(Solutionis) Məhlul — (Solutio) Məhlullar bərk maddələri həlledicilərdə tam həll etmək yolu ilə və ya iki va daha artıq mayeni bir-biri ilə və ya həlledicilərlə qarışdırılması yolu ilə əldə edilir. Məhlulları əldə etmək üçün həlledici kimi distillə edilmiş sudan, spirtdən, qliserindən, bitki yağlarından, vazelin yağından va s. istifada olunur. Onların arasinda distillə olunmuş su indeferent (orqanizm üçün təsirsiz) olduğu və çox ucuz başa gəldiyi üçün daha geniş istifadə edilir, nəinki digər həlledicilər. Odur ki, məhlulları həlledicinin növündən asılı olaraq sulu, spirtli, yağli va qliserinli məhlullara bölmək olar.

     Məhlullar istifadə yerinə görə xaricə,daxilə tətbiq edilən və iynə ilə yeridilən məhlullara bölünür.Məhlullar şəffaf olmalıdır.Bulanıq və çöküntülü məhlullar istifadə üçün yararsız hesab edilir.

1)Xaricətətbiq edilən məhlullar.Adından görünündüyü kimi bu növ məhlullar xaricə is­tifadə olunmaq üçün yazılırlar. Bu məqsədlə əksər hallarda antimikrob-antiseptik xassəyə va ya büzüşdürücü, bürüyücü xassəyə malik maddalərin məhlulu istifadə olunur, həmin məhlullar dəri va selikli qişalarin zədələnmələri va iltihabinda о cümlədən, müxtəlif mənşəli yaraların,iltihabi proseslərin (konyunktivit, rinit, stomatit, tonzillit, angina) və s. müalicasinda tətbiq edilir, carrah əlini va yaraları yumaq, gözə, buruna va qulağa damızdırmaq,ağızı və boğazı qarqara etmək və s. yollarla tətbiq edilir.

2)DAXİLƏ İŞLƏDİLƏN MƏHLULLAR.Adından göründüyü kimi bu növ məhlullar daxilə qəbul edilir va qaşıqla, damcı ilə, dərman menzurkalari ve bölgülü stəkanla dozalanir.Bu onlarin birdəfəlik dozalari hesab edilir va birdəfəya qəbul edilir. Xörək qaşığının tutumu şərti olaraq 15-20 ml, desert qaşığının tutumu 7,5-10 ml, çay qaşığının tutumu 5-ml, dərman menzurkalarının tutumu isə 20-25 ml qəbul edilir.

Daxilə tətbiq edilən məhlulları şərti olaraq dozalanan məhlullar adlandirmaq olar.

Daxilə işlədilən məhlullarda ümumi qəbul sayının qaşığın tutumuna — 10 ml-a bölmək,birdafalik dozasını tapmaq üçün məhlulda həll olan darmanın ümumi dozasini (miqdarini) qaşığın ümumi qəbul sayına bölmək,darmanın  ümumi dozasini tapmaq üçün isə birdəfəlik dozanı məhlulun ümumi qəbul sayina vurmaq lazim gəlir.Sutkaliq dozani tapmaq üçün isə birdəfəlik doza gün ərzində qəbul olunan saya vurulur.

DAMCILAR — Cuttae (Damci-Cutta ixtsar halda gtts). Daxilə va xaricə işlədilən məhlulların bir növü də damcilardir.Lakin məhlullardan fərqli olaraq onlarin tərkibinə əsasən zəhərli va güclü təsirə malik dərman maddələri daxil edilir.Odur ki, birdəfəlik dozanın çox kiçik miqdarda olmasını nəzərə alıb xəstələrə onu tam dəqiqliklə yəni damcı ilə təyin etmək məqsədəuyğun hesab edilir.Buna baxmayaraq onları nəinki maksimal,hətta optimal müalica dozada təyin etmək risk etməkdir.Çünki damizdırıcının en kəsiyi va damcının səthi gərginliyi müxtəlif olur.Təbii ki,reseptda damcılarin ümumi miqdari məhlullardan fərqli olaraq çox az miqdarda (3-5ml) yazılmalıdır.

 Damcılarda həlledici kimi sudan,natrium xloridin izotonik məhlulundan,spirtdan, qliserindan, bitki va vazelin yağlarından istifadə edilir.            Damcılar da mahlullar kimi ham xaricə,həm də daxilə işlədilmək üçün hazırlanırlar.Lakin onlar mahlullara nisbətən yüksək konsentrasiyada hazırlanır.

DƏMLƏMƏLƏR VƏBİŞİRMƏLƏR-infusa et Decocta.Dəmləmə-Jnfusum.Bişirmə- Decoctum. Bunlar maye dərman növləri olub, darman bitkilərini tələb olunan miqdarda adi su ila qarişdırmaq yolu ila hazirlanırlar.Dəmləmə va bişirmələri hazirlamaq üçün dərman bitkilərinin otu, gülü, çiçəyi, yarpaqları, qabığı,kökü, kökümsov gövdəsi, bəzən də meyvələri,ilin müvafiq fəslində toplanılır, təmizlənir, qurudulub, doğranılır və ehtiyat halında apteklərdə saxlanilir.

Dərman dəmləməsi hazirlamaq,lazm gəldikdə onların sifariş edilən hissələrindan lazimi qadar götürülüb infundirkaya, çaynika va s. qoyub üzərinə tə­ləb olunan miqdar su əlavə etdikdan sonra onu qaynar su hamamına və ya qaynamaqda olan har hansı su qazanına qoyurlar va tez-tez qarişdırmaq şərti ilə 15 dəqiqa müddətində saxlayir, sonra isə dəmləmə qabı  çıxarıb soyudulur, süzülür və istifadəyə verilir. Dəmləmə hazirlamaq üçün əsasən dərman bitkilərinin kövrək va incə hissələrindən, о cümlə- dan onlann otundan, gul va gigaklarindan, yarpaqlarından va s. istifada edilir.Ona görə ki, onların tərkibində olan təsiredici maddələr çıxarıcı mayeyə (suya) daha asanlıqla keçə bilir,nəinki darman bitkilarinin qaba hissələrində olan təsiredici maddələr. Darman bitkilərindən bişirmə hazırladıqda isə bitkilərin asasan qaba hissələrindan, о cümlədən onların  qabığından, kökündən, kökümsov gövdəsindən istifadə edilir.

EKSTRAKTLAR (EXTRACTA) — Ekstrakt (Extractum) sözü çıxarış  mənasinda işlədilir. Dərman xammalındakı təsiredici maddənin oradan çıxarılması kimi başa düşülür. Bunlar da tinkturalarda olduğu kimi dərman bitkilərinin müvafiq hissələrindən alınır.

Onlar dərman bitkilərini lazimi hala gatirildikdən sonra əczaçılıq zavod və fabriklarində adi otaq temperaturunda çıxarıcı mayelərlə (ekstraktın növündən asılı olaraq) müxtəlif nisbətdə qarışdırılır.Ekstraktlar əsas perkolyasiya va reperkolyasiya üsullari ilə qismən isə ikiqat dəmləmə islatma (bismaserasiya) yolu ilə hazırlanırlar.

Ekstraktlar qatılıqlarına görəduru,qatı va quru ekstraktlara, çıxarıcı mayenin növünə  görə isəspirtli. efirli va sulu ekstraktlara bölünürlər.Çıxarıcı maye kimi etil spirtin dən, efirdən, bəzən də sudan istifadə edilir. Duru ekstraktların hazırlanması üçün yalnız 70 %-li etil spirtindən, digar ekstraktların alınması  üçün isə efir, xlorformdan istifadə olunur.

MiKSTURALAR (QARIŞIQLAR) MiXTURAE — Mikstura (Mixtura) latın sözündən (Miscere) götürülmüş,qarışıq, qarışdırmaq mənasında işlədilir. Mikstura bir neçəa dərmanın qarışdırılmasından alınan maye dərman formasıdır. Onların tərkibinə dəmləmə və bişirmələr, tinkturalar, ekstraktlar, ətirli sular,şərbətlər, mineral mənşəli duzlar və s. dərmanlar daxil edilə bilir.

Məhlullardan fərqli olaraq miksturalar əksər halda bulanıq (turbida) və hətta çöküntülü (agitanda) olur. Ona görə də onları istifadədən əvvəl yaxşı çalxalamaq va sonra qəbul etmak lazımdır. Miksturalar asasan daxilə qəbul edilmək üçün yazılırlar. Lakin bəzi miksturalar xaricə va hətta parenteral yolla da istifada olunur.

EMULSiYALAR (Emulsa) Emulsiya (Emulsum) əksar hallarda dərman zavodlarında hazirlanır va ofisional preparat kimi daxilə və xaricə tətbiq olunmaq üçün istifadəyə buraxılır. Dərman forması kimi emulsiyaların əhəmiyyəti ondan ibarətdir ki, suda həll olmayan dərmanin maye halina salınmasına va onların asan mənimsənilməsinə səbəb olur.Digər tərəfdən darmanin pis iyi va dadı aradan qaldırılır.

Əsas maddə kimi duru yağlar, о cümlədən baliq yağı,gənə-gərçək yağı, badam yağı və sulfaniamid preparatlarının,antibiotiklərin suda həll olmayan nümayəndələri və bu kimi digər maddalər götürülür.

Emulsiyalar iki növ olur. Həqiqi və qeyri-həqiqi emulsiyalar.Həqiqi emulsiyalar,onlar bitki və meyvə tumlarından hazirlandıqları üçün onlara tumlu emulsiyalar (Emulsum seminalis) da deyirlər.Qeyri-həqiqi emulsiyalar isə yağlardan hazırlandıqları üçün onlara yağli emulsiyalar (Emulsa oleosa) deyirlər.Emulqator kimi ərik və ya şaftalı kitrəsi (seliyi),ərəbistan kitrəsi və s. götürülür.Bu zaman ikifazalı dispersiya yaranir. Dispers mühitlə dispers fazanın münasibətinə və xarakterinə göra emulsiyalar «yağ-suda» və «su-yağda» tipli olur.

SUSPENZİYALAR (Suspensiones) Suspensio — maye mühitdə asılı vəziyyətdə qalmaq mənasında işləni. Suspenziyalara da dispersiya sistemi kimi baxmaq olar. Çünki o, dispersiyon mühitdən və dispersiya fazasından (dərmandan) ibarat olur. Suspenziyalar daxilə, xaricə, hətta parenteral yolla (əzələyə, vətər yatağına, oynaq kisəsinə, təbii boşluqlara) tətbiq edilir.

 

 

0 şərh