Dendrit hüceyrələr

Dendrit hüceyrələr termini elmə ilk dəfə 1973-cü ildə Ralf Ştayman tərəfindən daxil edilmişdir.

     Morfoloji dendritu hüceyrələri-iri hüceyrələrdir (15-20 mkm),oval,dairəvi və ya poliqonal ,ekssentrik nüvəyə malikdirlər.Onların memebranında çoxlu sayda törəmələr aşkar edilmişdir.

     Dendrit hüceyrələr əsasən bu antigenlərin təqdim edilməsində iştirak edir:

1)mikroorqanizmlərin hüceyrə divarı komponentlərini və nuklein turşu qalıqlarını.

2)hüceyrəarası adheziya molekullarını.

3)sümük iliyini stimuləedici molekulları.(CD40,CD86,CD80)

4)2-ci sinif histouyğunluq kompleksi molekullarını.

                                       

     Dendrit hüceyrələr 2 qrupa bölünür:

1)Mieloid dendrit hüceyrələr

2)Plazmatik dendrit hüceyrələr

     Mieloid dendrit hüceyrələr qanyaranmanın mieloid mərhələsində iştirak etdikləri üçün belə adlanırlar.Onlar müxtəlif orqan və toxumalarda lokalizasiya olunurlar.Mieloid dendrit hüceyrələr müxtəlif mikroorqanizmləri,yad zülalları faqositoz və ya pinositoz yolu ilə zəbt edirlər.Daha sonra isə  antigen determinantını MHC 2 sinif molekulları ilə birlikdə ekspressiya edirlər.Ardınca dendrit regionar limfa düyünlərinə miqrasiya edirlər.Burada DH antigenspesifik T limfositlərin proliferasiya və differensasiyasını stimulyasiya edirlər.

     Plazmatik dendrit hüceyrələr isə morfoliji quruluşuna görə plazmatik hüceyrələri xatırladırlar.Onlar çoxlu miqdarda İL-4,İL-10,interferon α və β sekresiya etmək xüsusiyyətinə malikdirlər.

     Makrofaqlara nisbətən antigenin daha effektiv prosesinqə uğradılması və T-limfositlərinə təqdim edilməsi faktı ilk dəfə keçən əsrin 60-ci illərində aşkar olunmuşdur.Sonradan bu prosesin şaxələnmiş hüceyrələr tərəfindən yerinə yetirilməsi müəyyənləşdirildi və şaxələrinin (desmosomlarının) neyronların dendritlərinə oxşadığına görə onlara dendritli hüceyrələr adı verildi.Dendritlər onlara digər hüceyrələrlə maksimum kontakt yaratmağa imkan verir.İmmun sisteminin digər hüceyrələri kimi dendritli hüceyrələr də orqanizmdə diffuz (səpələnmiş) şəkildə məskunlaşırlar.Leykositlərin heterogen qrupunu təşkil edən dendritli hüceyrələr antigeni təqdim etmək üçün ixtisaslaşmış “professional” hüceyrələrdirlər. Lakin, onlar immune sisteminin digər hüceyrələri ilə qarşılıqlı təsir yaradaraq bir sıra digər funksiyaları da yerinə yetirirlər.Dendritli hüceyrələrdə makrofaqlar kimi immun sisteminin köməkçi (A) hüceyrələr qrupuna (accesory cells) daxildirlər.Onlara əsasən dəridə, limfa düyünlərində, dalaqda, timusda, selikli qişanın epitelial və limfoid toxumalarında rast gəlinir.

     Langerhans hüceyrələri dendritli (şaxələnmiş) hüceyrələrin tipik nümayəndələrindən biridir.Əsas etibarı ilə dərinin epidermis qatında səpələnmiş şəkildə yerləşirlər.Müasir histoloji təsnifata görə onları şaxələnmiş ağ epidermositlər də adlandırırlar. İnsan orqanizminin dərisində bu hüceyrələrin miqdarı təxminən 1·1010 bərabərdir.Dərinin zədələnməsi və iltihab zamanı Langerhans hüceyrələri antigeni tutub özünə birləşdirir, prosesinqə uğradır, sonra regional limfa düyünlərində miqrasiya edərək interdigitat hüceyrələrə çevrilirlər və onu T-limfositlərinə təqdim edirlər.

     Follikulyar dendritli hüceyrələr (FDH) limfa düyünlərinin B-kortikal sahələrinin birincili və ikinciliçoxalma mərkəzlərində, dalaqdavəselikli qişanın limfoid toxumalarında məskunlaşırlar.Onlar antigeni B-limfositlərinə təqdim etmə funksiyasını yerinə yetirirlər.FDH llsinif MHC molekullarından məhrum olduqlarından antigeni komplementin reseptorları – CR1 (CD35)  və CR2 (CD21) ilə birləşdirirlər və immunkompleksi (ikkosomlar) şəklində B-hüceyrələrinə təqdim edirlər.Özü də antigen intakt, yəni prosesinqə uğradılmadan təqdim olunur.FDH rezident (oturaq) hüceyrələrdir.Şaxələnmiş desmosomlarının bir-biriilə möhkəm birləşib tor əmələ gətirmələri onların hərəkətsizliyinə səbəb olur.

     FDH-lərin mənşəyi aydınlaşdırılmamışdır.Alimlərin bir çoxu onların sümük iliyi deyil, mezenxim (fibroblast) mənşəli olmalarını göstərirlər.Onlar morfologiyalarına görə dendritli hüceyrələrə daha çox oxşayırlar.Bu hüceyrələrə antigeni səthində uzun müddət saxlayan “ambar” və ya depo kimi baxılır.Belə hesab olunur ki, FDH-nin bu xassəsi immunoloji yaddaşın  uzunmüddətli saxlanılmasında mühüm rol oynayır.

     Son vaxtlar B-sahənin follikulalarının çoxalma mərkəzində FDH-dən fərqlənən antigentəqdimedən hüceyrələrin başqa bir növü də aşkar edilmişdir.Onlar miqrasiya xüsusiyyətinə malikdirlər, səthində MHC-nin ll sinfinin molekulları ekspressiya olunur və T-limfositləri ilə  qarşılıqlı əlaqə yaratmaq qabiliyyətinə malikdirlər.Bunlara çoxalma mərkəzi dendritli hüceyrələri deyilir.

     Dendritli hüceyrələrin sələf hüceyrələri indiyə qədər tam dəqiqliyi ilə müəyyənləşdirilməmişdir.Lakin məlumdur ki, FDH-dan başqa, yuxarıda nəzərdən keçirilən dendritli hüceyrələrin hamısı sümük iliyi mənşəlidirlər.Sümük iliyində in vitro-da monositar/makrofaq və dendritli hüceyrə tipli koloniyalar əmələ gətirə bilən ümumi sələf hüceyrəsi aşkar edilmişdir.Bundan əlavə, monositlərə və onların sələflərinə müəyyən sitokinlərlə (QM-KSF, İL-4, α-ŞNF) təsir etməklə onların bir qismini dendritli hüceyrələr istiqamətində inkişaf etdirmək olur.Analoji təsirə monositlərdə c-AMP molekulları hüceyrə daxili qatılığını yüksəldən faktorlar da malikdirlər.

     Dendritli hüceyrələr təbii və adaptive immune sistemləri arasında körpücük yaradırlar.Belə ki, onlar antigenləri özlərinin anadangəlmə reseptorları ilə tutub və  onu endogen prosesinqə uğradıb T-helperlərə təqdim etməklə adaptive immunitetin inisiasiyasına səbəb olurlar.Ona görə də, bəzən bu hüceyrələrqazanılmış immune sistemininkomponenti kimi də nəzərdənkeçirilir.

     Antigentəqdim etmə funksiyası dendritli hüceyrələrdən başqa aktivləşdirilmiş makrofaqlar və B-limfositlərinə də məxsusdur.Bundan əlavə, normada ll sinif MHC molekullarından məhrum, qeyri limfoid somatik hüceyrələr bəzi sitokinlərin,γ-interferonun və α-ŞNF-nun təsirindən bu molekulları ekspressiya edərək antigentəqdimetmək xassəsini qazanırlar.Belə hüceyrələrə qan-damar endotelial və qalxanvari vəzin epitelial hüceyrələrini misal göstərmək olar.Bəzən bu cür “yersiz” ll sinif MHC molekullarının ekspressiyası autoimmune xəstəliklərin və sürətli iltihabın yaranmasına gətirib çıxarır.

loading...

2 şərh

Ramil
Salam! Həkimsinizsə Sizə bir neçə sualla müraciət etmək olar?
Giashka
Telebeyem.buyurun,cavablandirmaga caliwaram.