Soğan

Bir zamanlar bir qadın varmış. İnsanlara yardımı, yaxşılığı çox sevərmiş. Hərkəs ona imrənər, həsəd aparar *aman, nə yaxşılıqsevər biridir* deyərlərmiş.

VAxt çatır, bu yaxşı qadın dünyadan köçür.Qadının cənazəsi evdən çıxarılarkən, qəlb gözü açıq bir adam tabutun baş tərəfində bir soğan görmüş.Tabut əllər üstündə alçalıb yüksələrkən soğan yerindən tərpənməmiş.Qəbrə qədər adam eyni görüntünü görmüş.

Sonradan gerçəklər anlaşılır. Sən demə bir həftə öncə bu qadının qapısına bir dilənçi gəlmiş.Bu qadın da ona bir şey verə bilmək üçün sağa sola baxmış,bir şey tapmayınca da əlinə keçən o soğanı vermişdir.

Həyatı boyunca bütün yaxşılıqları göstəriş və xalqın tərifi üçün edib qürurlandığı halda,soğanı o gün sırf ALLAH üçün vermiş və qəbrə də o soğanı götürmüşdür.(Çox sevdiyim yazar Kamal Ural-ın *Kiçik şey yoxdur*-əsərindən.)

0 şərh