Viktor Hüqo-823 sözdən ibarət cümlə

Fransanin ən böyük ve dahi yazıçısı hesab edilən Viktor Hüqo-nun tarixi romani Səfiller (Fransızca: Les Misérables) ilk dəfə 1862-ci ildə yayımlandı.Yayimlanmasindan qəsa bir vaxt sonra isə roman 19-cu yüz ilin ən boöyük tarixi romani olaraq qəbul olundu.

Əhvəlatlar 1815-də başlayır və 1832-de Parisdə bitir. Bir neçə insanın xarakterini ve heyatinin bir-biriylə əlaqəsini izləyən roman çox əvvəllər məhkum olunan, katorq məhbuslugundan qaçmış Jan Valjanın həyat mübarizəsini, xarakterini, düşüncələrini kitabda əks etdirir.

Həyat, iztirablar, cətinliklər, sevgi və mərhəmət hissinin dərinliklərinə qədər incələyən, açıqlayan Səfillər romanı ayrıca Fransanın tarixi, Parisin memarlığını, siyasət, əxlaq fəlsəfəsi, antimonarxizm, ədalət, din, ailəvi və romantik sevginin formalari, özellikləri və yaranması kimi mövzuları özündə birləşdirir.

Yayımlanmamışdan öncə çox boyük tanıtımlar edilən Səfillər romani üçün gözlənilən müvəffəqiyyətlər özünü doğrultdu. Ticarət baxımından Səfi8llər romanı bütün dünyada öz yerini tutdu. Səfillər romanina film, teatr və animasiyalar çəkildiyi üçün günü bugündə Səfillər romanı öz papulyarlığını itirməyib.

Fransa ədəbiyyatında ən uzun cümlə məhz Viktor Hüqonun Səfillər romanına aiddir. Bu cümlənin uzunluğu 823 sözdən ibarətdir.

Dünyanın ən uzun cümlələrinə gəldikdə isə bunlar:

1-ci yerdə; Jonathan Coe’nun The Rotters romanı (13.955 söz),

2-ci yerdə; Ceyms Coys-Uilyes romanı (4.391 söz)-dür.

 

Səfillər kitabının III. hissəsində yer alan və 3 səhifəlik: Lui-Filipp başlığı altında bölümün yuxarı hissələrində yer aıan bu böyük cümləni sizə təqdim edirem.

 

 

Tarix onun atasının öz dövründə vəziyyəti yumĢaltmasını etiraf edir; lakin onun atası məzəmmətə nə qədər layiqdisə, bu, o qədər hörmətə layiqdi; Lui-Filippdə qeyri-rəsmi bir adamın malik olduğu bütün fəzilətlər və ictimai xadimin bəzi fəzilətləri var idi; o öz səhhətinin, öz varının, öz Ģəxsiyyətinin, öz iĢlərinin qeydinə qalırdı; o, bir dəqiqənin qiymətini bilsə də, bəzən bir ilin qiymətini bilməzdi; o, sakit, təmkinli, səbirli, dinclik sevən Ģəxs idi; xoĢtəbiətli bir adam, mərhəmətli bir hökmdar idi; arvadına sədaqətli idi; sarayında bir neçə xidmətçi saxlardı: bu xidmətçilərin vəzifəsi – onun ər-arvada aid olan yatağını burjualara göstərməkdi. Abırlı ailə həyatı ilə lovğalanmaq indi faydalı olmuĢdu, çünki əvvəlki nəsil xəttində qeyri-qanuni əlaqələri xüsusi olaraq nəzərə çarpdırardılar. O, bütün Avropa dillərini və daha nadir olan bir Ģeyi – bütün mənafelərin dilini bilirdi, bu dildə danıĢmağı bacarırdı; ―orta təbəqə‖nin füsunkar nümayəndəsi idi, lakin bu təbəqədən hər barədə üstün olduğu üçün ondan yüksəkdə dururdu; öz əqli ilə fərqlənməklə və öz Ģəcərəsinin qədr-qiymətini bilməklə bərabər, hər Ģeydən əvvəl, öz daxili keyfiyyətini qiymətləndirirdi, hətta mənĢəyi haqqında qəribə bir mövqe tutaraq, özünü ―Burbon‖ deyil, ―Orlean‖ adlandırmıĢdı; o, ancaq ―həĢəmətli‖ olanda özünü nəslin birinci Ģahzadəsi kimi tuturdu, lakin ―Əlahəzrət‖ olan gündən xalis burjua oldu; camaat içində çox, yaxın adamları arasında az danıĢardı; hamı onun xəsis olduğunu deyirdi, ancaq bu, sübut olunmamıĢdı. Əslində, o, elə qənaətcil adamlardan idi ki, belə adamlar iĢ Ģıltaqçılığa, ya öz vəzifəsini yerinə yetirməyə çatanda bədxərc olurlar; o, çox kitab oxumuĢdu, lakin ədəbiyyatı az hiss etmiĢdi; dvoryan idi, lakin rıtsar deyildi; sadə, sakit və qüvvətli idi; ailəsi və xidmətçiləri pərəstiĢ edəcək dərəcədə onu çox istərdi; öz söhbəti ilə adamı valeh edirdi; daxilən laqeyd, həmiĢə, ancaq ən vacib, ən zəruri Ģeyləri düĢünən, həmiĢə ancaq bu günü nəzərə alan, kin bəsləməyən, minnətdarlıq etməyən, ayıq bir dövlət xadimi idi; məĢhur adamlardan hədsiz dərəcədə istifadə edir, adi adamları sakit buraxırdı, çox bicliklə parlamentdə olan çoxluğun köməyi ilə təqsiri ondan narazı olan, boğuq-boğuq uğuldayan gizlin birləĢmələrin üzərinə yıxa bilirdi; fikrini açıq söylərdi, bəzən bu məsələdə ehtiyatsızlıq edirdi, lakin bu ehtiyatsızlığında çox məharət göstərirdi; vasitə, süni bir sima, maska seçməkdə tükənməz bacarığa malikdi; Fransanı Avropa ilə, Avropanı Fransa ilə qorxudurdu; Vətənini sevməsinə Ģübhə ola bilməzdi, lakin ailəsini daha çox sevirdi; hakimiyyəti nüfuzdan, nüfuzu ləyaqətdən üstün tuturdu; bu, pis meyil idi; o mənada pis idi ki, bu meyil hər Ģeyi müvəffəqiyyətə tabe etməklə hiyləgərliyə yol verir, alçaqlığı həmiĢə inkar etmir; lakin bu meyildə bir üstünlük var ki, siyasəti sərt təkanlardan, dövləti dağılmaqdan, cəmiyyəti fəlakətdən qoruyur. Lui-Filipp nəzakətli, ayıq, diqqətli, arif, yorulmaq bilməyən, hərdən öz-özünə zidd gedən, sözünü geri götürən xırdaçı bir adamdı; o, Ankonada Avstriyaya qarĢı cəsarətli, Ġspaniyada Ġngiltərəyə qarĢı inadkar olur. Antverpeni topa tutur, Pritçarda pul verirdi; ―Marselyoza‖nı ürəkdən oxuyurdu; məyusluğun, yorğunluğun, gözəlliyə və ideala vurulmağın, ağılsızca alicənablıq etməyin, utopiyanın, xülyanın, hiddətin, Ģöhrətpərəstliyin, qorxunun nə olduğunu bilmirdi; Ģəxsi cəsarətin hər növünə malikdi; Valmi vuruĢmasında general, Jemap vuruĢmasında əsgərdi. Səkkiz dəfə ona sui-qəsd edilmiĢ, öldürmək istəmiĢlər, lakin o, həmiĢə gülümsəmiĢdi; qrenador kimi cəsarətli, mütəfəkkir kimi ürəkli idi; o, ancaq Avropa dövlətləri əsasının sarsıla biləcəyindən qorxurdu, böyük siyasi avantüralar etməyə qabil deyildi; öz iĢini yox, öz həyatını həmiĢə təhlükəyə verməyə hazırdı. Öz hakimiyyətini təsir Ģəkildə büruzə verir, ona bir kral kimi deyil, ağıllı bir adam kimi tabe olunmağı üstün tuturdu; irəlini görmək deyil, müĢahidə etmək qabiliyyətinə malikdi; ruhlarla az maraqlanırdı, lakin adamları çox yaxĢı tanıyırdı, baĢqa sözlə, ancaq gördükləri haqqında mühakimə yürüdə bilirdi; sağlam düĢüncəyə,
hadisələri dərindən görən canlı, praktik əqlə, danıĢmaq qabiliyyətinə, böyük bir hafizəyə malikdi; həmiĢə də hafizəsindəki Ģeylərdən istifadə edirdi, o ancaq bu cəhətdən Sezara, Aleksandra, Napoleona oxĢayırdı; faktları, ayrı-ayrı təfərrüatları, hadisələrin tarixini, adam və Ģey adlarını bilsə də, məqsədin, ehtirasın, çoxcəhətli kütlə mənəviyyatının, gizlin ümidlərin, qəlbin məxfi və məchul çırpıntılarının, bir sözlə, ―Ģüurun yeraltı cərəyanları‖ adlandırmaq olan Ģeylərin nə olduğunu bilmirdi; o, Fransanın yuxarı təbəqələri tərəfindən tanınsa da, aĢağı təbəqələrlə az əlaqədar idi, çətinlikdən hiylə ilə çıxırdı; idarəçiliklə həddindən artıq məĢğul olur, lakin kifayət qədər hökmdarlıq etmirdi; öz-özünün birinci naziri idi; xırda Ģeylərdən böyük ideyalara çox ustalıqla əngəl törədə bilirdi; tərəqqiyə, qayda-qanuna, təĢkili iĢlərə kömək etməyi çox bacarıqla formalizm və maneələrlə birləĢdirirdi; onda həm Böyük Karl, həm də minnətçi sifəti vardı, o, sülalənin həm banisi, həm də vəkili idi; ümumiyyətlə, görkəmli və orijinal bir Ģəxsiyyətdi: Fransanın təĢviĢinə baxmayaraq, hakimiyyəti möhkəmləndirdi, Avropanın bədxahlığına baxmayaraq, qüdrətini artırdı; Lui-Filipp öz dövrünün tanınmıĢ adamları sırasına daxil ediləcəkdir; Ģöhrəti bir az çox xoĢlasaydı, faydalı olmaq hissi qədər də böyüklük hissinə malik olsaydı, tarixdə ən məĢhur hökmdarlar sırasında yer tutardı.
loading...

0 şərh