Рейтинг
+10.05

Hüquq

17 üzv, 7 topik

Valideynlikdən məhrum etmək

Hüquqşünas Elvin Səlimov açıqamasında deyib ki, valideynlik hüququndan məhrumedilmə Ailə Məcəlləsinin 12-ci fəslində nəzərdə tutulub. Həmin fəsildə valideynlərin hüquq və vəzifələrindən bəhs edilir, onların digərləri ilə müqayisədə daha üstün hüquq və vəzifələrə malik olduğu qeyd olunur. Ailə Məcəlləsinin 64-cü maddəsində bildirilir ki, valideynlər öz vəzifələrini yerinə yetirmədikdə, yəni aliment ödəmək iqtidarında olduğu halda qəsdən bu ödənişi həyata keçirmədikdə, valideynlik hüququndan məhrum edilirlər.
 “Valideynlik hüququndan sui-istifadə edilirsə, uşaqlara qarşı məişət zorakılığı olursa, tərəflərdən biri xroniki alkoqolizm və narkomaniyadan əziyyət çəkirsə, buna görə qeydiyyatdadırsa, uşaqlara, yaxud da valideynin biri tərəfindən digərinin sağlamlığına, yaxud da həyatına qəsd edilməklə cinayət törədilirsə, təqsirli şəxs valideynlik hüququndan məhrum edilə bilər. Bununla bağlı isə təbii ki, məhkəmənin qətnaməsi olmalıdır”, – deyə həmsöhbətimiz əlavə edib.
Davamı →