sol yanim

Salam ana, Yenə mən gəldim. Təlaşlanma məktəbdən çıxdım gəldim. Analarda atalar kimi maraqlanarmı bilmirəm amma Əli «Məktəbə getməzsəm anam çox hirslənər, maraqlanar» demişdi də, onun üçün söyləyirəm.

Keçən həftə müəllimə, Sağ əlimdə sarımsaq, sol əlimdə soğan dedirdə-dedirdə öyrətdi sağımı-solumu. Mən bilirəm artıq ana sağım hara, solum hara. Ağrıyan yanamın haram olduğunu indi yaxşı bilirəm ana. Keçən geldiyimdə buram ağrıyır buram demişdim də Heç cür söyləyəməmişdim ağrıyan yanımı ana, Bax indi söyləyirəm buram, Sol yanım çox ağrıyır ana. Həm də hər gün ağrıyır ana hər gün.

Dünən səhər anası Ayşənin saçlarını hörmüşdü. Yaxası da bağ idi. Zəng çalınca öpdü, hə balam sinifə dedi. Məndə ağladım, Ağladım heç də utanmadım. Müəllimə nə oldu dedi. Yıxıldım, dizim çox ağrıyır dedim. Yalan danışdım ana. Dizim ağrımırdı amma sol yanım çox ağrıyırdı ana.

Bu gün məndə saçım hörülsən istədim. Atam hördü amma onunki kimi olmadı. Bağ yığ istədim. Atam «Mən bilməm ki qızım» dedi. Heç olmasa məktəbə sən apar dedim. «Qızım, iş» dedi. Məndə mənə nə dedim, ağladım. «qızım, çörək» dedi atam. Susdum amma məktəbə gedərkən yenə ağladım ana. Hə bide sol yanım yenə çox ağrıyırdı ana. Hər kəsin corabları dümağ, mənimkilər boz kimi. Zeynəb «anam ağlara rəngli paltar qatmadan yuyur» dedi. Atam hamısını birlikdə yuyur. Atam paltar yumasını bilmirmi ana? Uff atam, hər gün pomidor pendir qoyur bəslənməmə. Kədərlənməsin deyə söyləmirəm amma dostlarım hər gün peçenye, tort gətirir. Bilirəm atam tort bişrməsini bilməz ana.

Hava qaralır, mən gedim ana. Atam bilmir qaçıb-qaçıb sənə geldiyimi. Eşitsə hirslənməz amma çox kədərlənər bilirəm. Kim pozur torpağını? çiçəklərini kim qoparır? İcazə vermə ana nə olar toprağına əl vurdurma. Evə gedincə ağılıma gəlir birdə bunun üçün ağlıyıram ana. Bax qab yanımda, torpağından bir ovuc daha götürürəm. Bilirsənmi ana hər gəlişimdə aldığım torpaqlarını bu qabda yığdım. Üzərinə də şəkilini yapişdirib başımın yanına qoydum. Hər səhər onu öpür iyləyirəm. Kimsəyə söyləmə amma ana bəzən də danışıram onunla. Neyniyim sənin üçün çox darıxıram ana.

He unutmadan, Müəllimə sabah ananı izah edən bir yazı yazacaqsınız dedi. Mən atama yazdıracağam. Müəllimə bilərsə çox hirslənər amma mənə nə hirslənərsə hirslənsin. Mən səni heç görmədim ki nəyi? necə? anlatacam ana.

Sənin adın keçincə sol yanım ağrıyır ana. Heç bir şey uda bilmirəm. Bəzən də dözə bilməyib ağlayıram. Kağızada belə yaza bilmərəm axı ana. Mən gedirəm ana, Torpağını öpüm, səndə yuxuma gəl məni öp. Mütləq gəl ana, Sən yuxuma gəlməyincə sol yanımın ağrısıyla oyanıram ana. Sol yanım ağrıyır ana. Bax burası, Sənin üçün çox darıxdım Ana çox...

1 şərh

FAMINIST
Dodurdanda çox maraqlıdı.