Рейтинг
+12.06

ALLAH DEMEK

8 üzv, 3 topik

Uca Rəbbə müraciətdə valideynə münasibətin inikası

Önəmli bir məsələdən, bəla və çətinlikdən qüssələndikdə İmam Səccadın (ə) etdiyi dua – mübarək “Səhifeyi-Səccadiyyə” kitabında 7-ci dua olaraq qeyd edilib. Nəzərə alsaq ki, zəmanənin böyük alimləri də virus böhranı ilə bağlı bu duanın oxunmasını tövsiyə edib, onda mövzunun əhəmiyyəti bir qədər də artır.
“Sən bəlanı uzaqlaşdırmasan, heç bir bəla (bizdən) uzaqlaşmaz və Sən çətinlikləri həll etməsən, heç bir çətinlik aradan qalxmaz”.
Davamı →

Günahkarların xeyir əməli qəbul olunurmu?

Qurani-Kərimdə buyurulur ki, Allah ancaq təqvalılardan qəbul edir. Bəs o kəs ki, təzə müsəlman olmuşdur və nəfsinin islahı ilə məşğuldur – onun xeyir əməllərinin hökmü necə olacaqdır? Allah tərəfindən qəbul olunacaq, yoxsa yox?
Həzrət  Adəmin (ə) övladlarının əhvalatında görürük ki, iki nəfərin qurbanı arasından, Allah Təala Habilin qurbanını qəbul edir. Quran bu əhvalatı bəyan edəndən sonra buyurur: “Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir»”. (“Maidə” 27).
Davamı →

Alimin oğlu bir kisə soğanı özü ilə niyə gəzdirirdi?

Bir gün müdrik bir alim övladına deyir: “Sabah özünlə bir kisə götür və onun içərisinə sevmədiyin insanların sayı qədər soğan qoy”.
Sabahı gün oğlu bu işi görür. Atası ona deyir: “Hara getsən, bu kisəni də özünlə apar”. Oğlu bu işdən bir neçə gün sonra yorulur və atasına şikayət edir ki, soğanlar xarab olmuş və pis iy verməkdədir. Onun iyi mənə əziyyət verir.
 

Davamı →