Atalar sözləri ilə həyata baxış II (yaxşılıq haqda)

“Dünyada bir pislik qalar, bir də yaxşılıq”. “Pisliyi torpağa əkdilər, göyərmədi”. “Başqasına pislik edən özünə etmiş olar”.

“Ömrün bərəkəti yaxşı əməl ilədir”. “Dünyada ən yaxşı şey yaxşılıqdır”. “Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən”. “Fürsət əldə ikən yaxşılıq eylə”. “Yazıq o adamdır ki, yaxşılıq etmir”. “Yaxşılıq edən yaxşılıq görər”. “Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın”. “Bir qarınc  yaxşılığı, bir çimdik yamanlıq pozar”. “Yaxşılıq elə, minnət qoyma”. “Yaxşılıq elǝyib bir şey umursansa etmǝsǝn yaxşıdır”. “Yaxşılıq elə at dəryaya, balıq bilməz, Xalıq bilər”. “Yaxşılığın əcrin Allahdan istə”.

 “Mǝn demǝdim, sǝn eşitmǝdin”. “Kimə yaxşılıq elədin, özünü ondan qoru”.

 

Vüqar Haqverdiyev

[email protected]

 

0 şərh