Atalar sözləri ilə həyata baxış VI (söz haqqında)

“Əyri oturaq, düz danışaq”.

 “Dünyada ən çətin şey sözdür, anlamağı da çətin, anlatmağı da”. “Söz odur ki, haqqa vara".
“Sözün zahiri zərif, batini lətif olmalıdır”. “Qaba söz qaba hərəkətdən pisdir”. “Eyibli söz danışma”. «Sözü ağzında bişir, sonra çıxart». “Söz ağızdan çıxıncan sənindi”. “Deyilǝn söz geri qayıtmaz”.

“Adamı sözündǝn tutarlar, heyvanı buynuzundan”. «Bildiyindən danış, bilmədiyin səni güdaza verər». “Sözü məqamında de”. “İstədiyini söyləyən, istəmədiyini eşidər”. “Sözünü bilməyəni bayıra atarlar”.  «Söz danış, söz olsun”. Söz danış söz eşit”.

“Adam sözünü adama deyǝr”. “Adama sözü bir dǝfǝ deyǝrlǝr”. “Səhrada gül bitməz, cahilə söz yetməz”.

“Söz gǝzdirmǝ”. “Özgǝnin sözünü özgǝnin evindǝ danışma”. “Söz gǝzdirǝn adamdan qorx”. “Kişi, sözü üzǝ deyǝr”.  “Kişi öz sözünün ağası olar”.

 »El ağzında bir sözün yüz rəngi var”. “Söz deyən azdır, söz çeynəyən çox”. “Oğru elə bağırır, doğrunun bağrı çatlayır”. “Oğru doğruluqdan danışar”. “Əliəyri hey düzlükdən danışar”.

 “Sǝn doğru ol, ǝyri bǝlasını tapar” . 

Vüqar Haqverdiyev

[email protected]

2 şərh

istorik_c
Ən sonuncusu əsl həyat devizidir.