Adların informasiya dəyəri

Adların yaranma tarixi insanların dil açıb danışmağa başladığı dövrdən sonraya təsadüf edir. Əcdadlarımız gördüklərini, hiss etdiklərini, xəyallarına gətirdiklərini bir-birindən fərqləndirmək və izah etmək üçün onları müxtəlif səslərlə ifadə etməklə adlandırmağa başlayıblar. Ona görə də ad hər şeydən əvvəl insan səsidir. Lakin, bu adi deyil, müəyyən məna kəsb edən səsdir, daha doğrusu səs qiyafəsində olan mənadır. Yazı yarandıqdan sonra bu mənanı kağız üzərində hərflərin köməyi ilə də qeyd etmək mümkün oldu. Bu səbəbdən adlara əşyaların səslə və yaxud hərflərlə ifadəsi kimi baxmaq olar. İnsanlar isimləri yaratmaqla öz aralarında informasiya mübadiləsini operativ və yığcam şəkildə etməyə nail olublar. 
adların mənası çox mühümdürBəzən belə bir sual yaranır ki, filan əşyanın adı niyə belədir, başqa cür deyil? Görəsən bir adın yerinə başqası olsaydı, nə olardı? Bu barədə çox mübahisələr olub. Lakin tam ortaq məxrəc yoxdur. Ümumiyyətlə, adların yaranmasını insan şüuruna, təfəkkürünə, düşüncəsinə, təsəvvürünə söykənən məntiqi proses hesab etmək olar. Güman etmək olar ki, ilk adlar yarananda, bir-iki səsdən ibarət olmaqla olduqca sadə olublar. Lakin, getdikcə isimlərin sayının artması onların yadda qalmasını çətinləşdirib, bu da öz növbəsində insanları yaratdıqları adların necə səslənməsinə, onların forma və məzmunlarına fikir verməyə məcbur edib. Məntiqlə, yeni adın uğurlu alınması üçün, o özündən əvvəlkilərlə ziddiyyət yaratmamalı, bir növ, mövcud olan sözlərin sintezindən əmələ gəlməli, onlarla qanunauyğunluq və ahəngdarlıq təşkil etməli, sahibinin nəzərə çarpacaq əlamət və xassələrini ifadə etməklə ürəyə və dilə yatan səslənməlidir. Belə olduqda yeni ad öz daşıyıcısını düzgün ifadə edə bilər və insanlar tərəfindən rahat qəbul edilər. Sadə bir misala baxaq, məlumdur ki, “gün” və “baxan” sözləri “günəbaxan” adını yaradıb. Əgər o vaxtlar “gün” anlayışının yerinə “yer” olsaydı “günəbaxan” olacaqdı “yerəbaxan”. Lakin, “gün” özü də təsadüfən yaranmayıb, o, da “günəş” adından əmələ gəlib. Yaxud, başqa bir misal, rəng bildirən “ağ” sözündən “ağüzlü”, “ağbəniz”, “ağbirçək”, “ağsaqqal” və s. kimi müxtəlif adlar əmələ gəlib. Əgər, biz vaxtı ilə “ağ” rənginə başqa, məsələn, “qara” adı versəydik, onda təbii ki, ağla bağlı bütün adlar da dəyişərdi, hər şey əksinə olardı, yəni qatıq ağ yox qara olardı.
Müşahidələr göstərir ki, zaman keçdikcə ad və onun daşıyıcısı arasında sıx vəhdət yaranır və isim öz sahibinin əsas xassələrinin özündə cəmləşdirir. Əgər biz nəzərə alsaq ki, belə xassələr vaxt keçdikcə müəyyən dəyişikliklərə uğraya bilər, onda bu dəyişikliklər təbii ki, adın verdiyi informasiyaya da öz təsirini göstərməlidir. Adlar, bir növ öz sahiblərinin daxili xassələri ilə tarazlıq yaradır. Bu daxili xassələr dəyişdikcə, müvafiq olaraq adların informasiya dəyəri də dəyişməyə başlayır. Məsələn, 50 il bundan əvvəl “kompüter” dedikdə elektron hesablama maşını başa düşülürdüsə, ötən müddət ərzində kompüterin funksiyasının və onun tətbiq sahələrinin ağlasığmaz dərəcədə genişləndirilməsi “kompüter” adının informasiya dəyərini xeyli artırıb və bu ad bizim üçün bu gün hesablama maşınından əlavə, internet əlaqələndiricisi, multimedia, kitabxana, müəllim, həkim və s. deməkdir. 
Ümumiyyətlə, bu günə kimi bizə məlum olan hər nə varsa, onların hamısının adları artıq qoyulub və insanlar tərəfindən qəbul edilib. Mövcud adların yenidən dəyişdirilməsi isə çox nadir hallarda baş verir. Belə hal həm qərəzli, həm də ədalətli ola bilər. Məsələn, Azərbaycan şəhərlərinin adlarının: “Gəncə”nin tarixən müxtəlif adlara, sovet dövründə isə “Kirovabad”a, “Biləsuvar”ın “Puşkin”ə, “Beyləqan”ın “Jdanov”a, “Şərur”un “İliç”ə və yaxud “Xankəndi”nin “Stepanakert”ə dəyişdirilməsi nəticəsində bu saxta adlar həmin şəhərləri yaxından tanımayan insanlara çox böyük yanlış informasiya verirdi. Bu faktlar göstərir ki, əsl adın qərəzli surətdə dəyişdirilməsi onun verdiyi informasiyaya birbaşa təsir edir. Bəzən isə adına böyük keyfiyyətlər yazılan, sonradan məlum olur ki, əslində heç də belə deyilmiş. Məsələn, dağılmaz, qüdrətli, azad respublikalar birliyi hesab edilən SSRİ sən demə milyonların qanı bahasına gəlmiş bir ittifaq imiş. Bundan əlavə, ölkəmizdə tikilən hər bir yeni obyektə, salınan küçəyə, parka Lenin “babanın”, inqilabçıların, xalqımıza düşmən gözü ilə baxmış Şamuyan kimi qaniçənlərin adının qoyulması sovet dövrünün tələbi idi. Bu faktlar onu göstərir ki, nəinki ad dəyişməklə, hətta yeni yaradılan obyektlərə qondarma adlar qoymaqla, elə ilk gündən onların yanlış informasiya verməsinə nail olmaq olar. Lakin, atalar demişkən: “Kələklə gələn, küləklə gedər”. Artıq bu saxta adların əsl informasiya dəyəri xalqımıza məlumdur. Qeyd etmək lazımdır ki, adlarla bağlı göstərilən yuxarıdakı faktlarda ermənilərin birbaşa əli olmuşdur. Özünün hər hansı bir milli-mənəvi, maddi-mədəni sərvəti olmayan, “yer mənim” kimi sağalmaz irsi xəstəliyə tutulmuş ermənilər əsrlər boyu qədim xalqlara, ən çox da Azərbaycan xalqına məxsus olan yer, musiqi, alət, abidə və digər dəyərlərin adlarını dəyişməklə onları özününkü etməyə çalışıb və biz görürük ki, onlar bu gün də öz çirkin əməllərindən əl çəkmirlər. Belə bəd əməllər “erməni” adını da bütün dünya qarşısında bədnam edibdir. Artıq beynəlxalq arenada “erməni” adının hansı informasiya verməsini yəqin ki, kiməsə izah etməyə ehtiyac yoxdur. Çox fərəhli haldır ki, xalqımız müstəqillik əldə etdikdən sonra, bir çox tarixi həqiqətlərin bərpa olunmasına, o cümlədən erməni saxtakarlığının qurbanı olmuş adların bərpa edilməsinə, sovet hakimiyyəti dövründə yaradılmış qondarma adların milli adlarla əvəz edilməsinə başlanıldı və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. 


Vüqar HAQVERDİYEV

Yazını tam variantda buradan oxumaq olar  http://ucnoqta.az/cemiyyet/6908.html

8 şərh

2ral
Haqverdiyev,siz adlar məsələsi ilə yaxından maraqlanırsınız,sizə bir sual verim.Kayzenə axtarış kəlmələri ilə daxil olan sözlər arasında «sərbəst qız» var. «Sərbəst qız» nə deməkdir?Gülümsəyir
Hagverdiyev
«Sərbəst qız» heç kimin xətrinə dəyməsin, məncə «Sərsəm qız» deməkdir.
bloqçu

İndi bir uşağa ad qoymaq üçün bir çoxları adlarla bağlı kitablar alırlar ki, qoyacaqları adın mənasını da bilmiş olsunlar. Görəsən adların mənası həqiqətəndəmi önəmlidir? Çoxları inanır ki, insana taxılan adın mənası sabah o insanın xasiyyətinə də təsir edər və şəxs də öz adının mənasını həqiqətən də doğruldar. Maraqlıdır, amma mən özüm buna inanmıram.

Hagverdiyev

Mənim insan adları hansı informasiya verir, uşaqlara necə ad seçmək lazımdır barədə analitik yazılarım var. Bir neçə günə bloqda yerləşdirəcəm. Qabaqcadan onu deyim ki, «Adam adıyla tanınar» atalar sözü əbəs yerə deyilməyib. Ad şəxsiyyətin ayrılmaz hissəsidir. Kiminsə adına söz atmaq, elə ad sahibinin özünə sataşmaqdır.

tenqo
Maraqlı gəldi yazılarınız. Gözləyək
Hagverdiyev

Uşaqlara hansı adı seçmək barədə buradan oxuya bilərsiniz.


http://sosium.com/ad-insan-həyatinda-hansi-rolu-oynayir-3/


 

mr13

Məncə Bu mahnı Yerinə düşər






В море синем, как в аптеке,
Всё имеет суть и вес.
Кораблю, как человеку,
Нужно имя позарез!
Имя вы не зря даёте,
Я скажу вам наперёд:
Как вы яхту назовёте,
Так она и поплывёт.
Как вы яхту назовёте,
Так она и поплывёт!
Назовите геркулесом -
И скомандуйте: Вперёд! -
И она без ледореза
Льды на Полюсе пробьёт!
А корытом назовёте -
Не уйдёте от беды -
Ваша яхта и в болоте
Нахлебается воды.
Ваша яхта и в болоте
Нахлебается воды!
… Пусть мутят нам воду черти,
Но у нас свои ходы!
Для «Беды» беда, поверьте, -
Это только полбеды,
Для «Беды» беда, поверьте, -
Это только полбеды!

Hagverdiyev

Gəmiyə hansı adı versən elə də üzəcək. Bu həqiqətən də belədir. Uğurlu ad seçmək isə olduqca çox çətindir.
Yeri gəlmişkən qeyd edim ki, ad şou-biznesdə də böyük müvəffəqiyyətlər gətirə bilər. “Na-na” musiqi qrupunun prodyuseri Bari Alibasov qeyd edir ki, uğurlu ad onların məşhur olmasında və əldə etdikləri nailiyyətlərdə, əsil talisman rolunu oynamışdır. Belə ki, bu qrupun, adı sovet dövründə “İnteqral” olanda, onlar müəyyən müvəffəqiyyətlər qazansalar da SSRİ dağılmaq ərəfəsində olanda onlar tez-tez böyük uğursuzluqlarla üzləşirdilər. Belə ki, qrupun tərkibi tez-tez dəyişir, hər təzə gələn də bir müddət fəaliyyət göstərdikdən sonra kollektivi tərk edirdi, hətta qrupun tamamilə dağılmaq qorxusu var idi. Hadisələrin belə uğursuz gedişinin səbəbini qrupun adında görən Bari Alibasovun təklifi ilə 1989-cu ildə qrupun adını dəyişib “Na-na” qoyurlar. Əsl triumfum bundan sonra başlayır. “Na-na” dalbadal bir neçə beynəlxalq mьsabiqələrdə qalib gəlir və onların pərəstişkarlarının sayı günü-gündən artmağa başlayır. Prodyucerdə soruşanda, niyə məhz “Na-na”? o, qeyd edir ki, biz qrupumuza yeni ad seçərkən çox fikirləşdik, çünki, bu ad həm qısa, sadə, cəlbedici, həm də birbaşa insanın şüuraltısına təsir etməli idi. “Na-na” bu tələbləri ödədiyi üçün biz bu isimi qəbul elədik. Həm də ki, körpə uşaq ilk dil açanda “Ana” yox, məhz “Na-na” deyir. Bu faktın özü də “Na-na” adının uğurlu olmasında müəyyən rol oynayır. Belə hallar bizim şou-biznesdə də az deyil. Özü də bizdə tək qrupun, ansamblın deyil, hətta öz adını və familiyalasını dəyişənlər də var.

 

Admin 2010-06-24 18:24:29 redakte edib