Xəyanətə şahid gül

Aysellə Tural nişanlandıqdan sonra tez-tez görüşərdilər. Tural hər görüşdə Ayselə ətirli qızılgül hədiyə edərdi. Qızılgül Ayselin ən çox xoşladığı gül idi.
Gənc qız sevgilisinin ona bağışladığı gülü doyunca iyləyər, sonra da nazlana-nazlana üzünü Turalın dodaqlarına yaxınlaşdırıb deyərdi:
– Əzizim niyə bədxərclik edirsən... Güllər indi çox bahadır axı?!
Tural da nişanlısının üzündən öpüb deyərdi:
– Aysel, toyumuz olsun, mən səni gül-çiçək içində saxlayacağam!
Aysel özünü göyün yeddinci qatında hiss edərdi. Gündən-günə Turala qarşı məhəbbəti daha da artardı...
Bir gün bədbəxtlik baş verdi. Görüşə gələrkən Ayseli maşın vurdu...gül və xəyanət

Dörd saat reanimasiyada qaldıqdan sonra həkimlər müalicənin xeyri olmadığını dedilər.
Əlində qızılgül xəstəxananın koridorunda gözləyən Tural bu xəbərdən şoka düşdü. Həkimlərə yalvarıb onu Ayselin yanına buraxmalarını xahiş etdi. Ona bir neçə dəqiqəliyə icazə verdilər.

Tural xəstə çarpayısında halsız uzanmış Ayselə yaxınlaşdı:
– Aysel məni eşidirsən?

Aysel göz qapaqlarını zorla aralayıb Turala baxdı. Üzünə təbəssüm gəldi.
– Tural, nə yaxşı gəlmisən...Çox darıxırdım.. Ən çox sevdiyim gülü də gətirmisən, – deyə titrəyən əli ilə Turalın əlindəki gülü aldı.
– Əzizim darıxma, hər şey yaxşı olacaq!...
– Tural, yaxşı ki, toyumuz olmayıb, yoxsa sən də bədbəxt olardın...
– Elə danışma, Aysel! Mən sənin yoxluğuna dözə bilmərəm, – Turalın gözləri doldu.
– Tural, mən gedirəm... Sənin həyatın hələ qabaqdadır...
– Yox, Aysel məni tərk etmə... Yalvarıram sənə!
– Tural, bir xahişim var... Söz ver ki, yerə salmayacaqsan!

Tural söz verdi.
– Tural, mən öləndən sonra hərdən bu güllərdən gətirib mənim qəbrimin üstünə qoy!... Onda ruhum şad olar...
– Sən nə danışırsan, Aysel?!...
– Hə, Tural, mən deyən kimi et!... Çox xahiş edirəm! – Ayselin üzündə bir yazıqlıq ifadəsi yarandı. Biçarə qız başını qaldırıb əlindəki gülü iyləmək istədi, lakin bacarmadı... Qəfildən bədənini əsməcə tutdu, əli boşaldı, gül əlindən üstünə düşdü, bədəni donub qaldı... Gözləri yumuldu.

Tural qışqırıb həkimləri köməyə çağırdı. Lakin artıq gec idi...
Aysel torpağa tapşırıldı...

Bu hadisədən bir-iki ay keçmişdi. Tural əlində qızılgül addımlayırdı. Çox həyəcanlı idi. Ancaq o, qəbiristanlığa yox, təzə tanış olduğu qızla görüşə tələsirdi...
Həmçinin bax:
Doğurdan da olmuş secgi hekayəsi

Müəllif: Vüqar Haqverdiyev
 

16 şərh

ElcinHesenov
axırı həyati olsa da pis sonluqla bitdi bilsəydim heç oxumazdım :(((
cahandar
Yenə də Xəyanət…
lili95
Həyat davam edir.
Xrizoberil
həyat davam etməyinə edir, ancaq gərək gedənin də xatirəsinə hörmət edilsin (hər gedənə yox təbii ki, müxtəlif gedişlər olur)… nəisə insan övladı belədir.
ayxansevda
yaxşı ki, evlənmədilər yoxsa elə sağlığında ikən tural ona xəyanət edəcəkdi heç olmasa qız onun başqasına da qızılgül verdiyini bilmir
bahar

Bu hekayədə o qız qəza nəticəsində şikəst olsaydı da nəticə eyni olacaqdı.


Çünki kişilər yalnız özlərini düşünürlər,qadınlar isə həmişə fədakarlıq edirlər

Xrizoberil
bütün kişilərə belə yanaşmaq olmaz. mən kişi görmüşəm ki, həyat yoldaşı iflic olub gəzə bilməyib, illərlə ona və uşaqlarına qulluq edib… Hər bir cinsin (qadın və ya kişinin) pisi və yaxşısı vardır.
bahar
Əlbətdəki elədi,lakin mən çoxluqdan danışıram.
cahandar
Bu şərhə mənfi verən kəs həqiqətə əyri oturub düz baxsa gözəldir.Çünki bu həqiqətdir və dü söz həmişə acı olur.Bəli,bahar xanım çox düz buyurub böyük əksəriyyət burda hər kəs deyilmir ancaq 99% kişilər qadını şikəst olarsa başqasını axtarar qadın çəkdiyini kişi çəkmir.Gəlin həqiqətə göz yummayaq hamıya aid deyil təbii ki,99% belədir nə yazıq ki,çox təəssüf mən bu şərhə +1 verirəm —  verən bəyənməsə də
Xrizoberil
hər halda həmin mənfini qadınlar verməz)))) kişilərdən kiminsə yəqin xoşuna gəlməyib həqiqət. bəli elədir qadınlar daha dözümlü olur bu tip hallarda.
cahandar
Bu şərhə mənfi verən kəs həqiqətə əyri oturub düz baxsa gözəldir.Çünki bu həqiqətdir və dü söz həmişə acı olur.Bəli,bahar xanım çox düz buyurub böyük əksəriyyət burda hər kəs deyilmir ancaq 99% kişilər qadını şikəst olarsa başqasını axtarar qadın çəkdiyini kişi çəkmir.Gəlin həqiqətə göz yummayaq hamıya aid deyil təbii ki,mən bu şərhə +1 verirəm —  verən bəyənməsə də
ElcinHesenov
ayxansevda və bahar fikirlərinizə qatılıram
2ral
Başqa oğlan adı yox idi? Gərək Tural olaydı?
Hagverdiyev

Nədənsə Tural adı bu əhvalatın özündən doğdu. Mən ondan yaxşı başqa bir ism tapa bilmədim. Özü də hələ tam demək olmaz ki, bu hekayədə Tural mənfi obrazdır, kimlər üçünsə bəlkə də müsbət qəhrəmandır...