Vəfsız qızlardı yoxsa oğlanlar? Niyə?

Daha çox hansı cins xəyanətə meyllidir?
 

21 şərh

Aynur
Axır vaxtlar saytda provokasion mövzular qoyulur:)
Cavabım da ki,hər ikisi. İkisi də insandır,ona görə ikisi də xəyanət edir.
Arzt
Aynurla razıyam.İnsanın niyyəti yolunu azandan sonra qız ve ya oğlan olması fərq etmir.
Arzt
Amma nəticələrə baxdım ürəyim sakitləşdi.
papatürk
Sualı belə də vermək olar.Leyli vəfasızdır yoxsa Məcnun? Aydın məsələdir ki,kim:-)
Nailə_Rzayeva
Konkret qız və ya oğlan haqqında fikir yürütmək düzgün deyil. İnsanlar müxtəlif olduğu kimi, hərəkətləri, niyyətləri də müxtəlif ola bilər. Vəfasızlıq da bu siyahıdadır…
səlahəddin
Şeytan kimin qəlbinə giribsə o.
2ral
Şeytan çox vaxt qızların qəlbinə girir:-)
James
Mənc n isbət fərqi ilə qızlar, çünki indiki qızlar pula baxırlar, sevgiyə yox...
Ferbara
Bu nədi? Oğlanlar 0%!!!!!!!!!!!!?????????
2ral
Nədir,deyirsiz mənfi ədəd olsunlar?
Ferbara
Məncə vəziyyətə baxır. Çünki ağlı başında olan xəyanət eləməz. «Yaprak dökümü» serialındakı kimi.
fidan

Nə qədər desələr də ki,o serial pisdir,səviyyəli adam baxmaz və s. məncə o serial çox maraqlı və aktualdır. Xüsusilə azərbaycan üçün.

Raskolnikov
Dünyadakı qızların oğlanlardan çox olduğunu nəzərə alsaq, oğlanların xəyanət etmə ehtimalı daha çox olur
Arzt
Maraqlı faktdır.Amma mən razı olmazdım.
Raskolnikov
niyə bəs?
Arzt
Nisbətdə 1 oğlana bir neçə qızın düşməsi oğlanın xəyanət etmə ehtimalını artır.Məncə bu riyaziyyat hüdudlarında öz əksini tapır.Və bir qızın 1 oğlana digər oğlanlarla xəyanət etmə faizini azaltmır.
Raskolnikov
Qızlarınkı ya azalır ya da sabit qalır. Oğlanlarınkı isə ya sabit qalır ya da artır.
Berdan
Unutmayaq ki hər bi insanin içində Habil və Qabilin izləri var
Dior
Məncə bu insanın xasiyyəti ilə bağlıdır.Ağılsız olan vəfasız da  olacaq,bununla yanaşı aldanacaqda