Relevant mətn

Allah ağıl versin
Çoxdandır boğazımda düyünlənib qalan sözləri nə qədər ki, hıçqırığa çevrilməyib yazmaq qərarına gəldim.
Xahiş edirəm, "niyə demədin, səsini bəs niyə çatdırmadın?" və.s suallar verməyin.
Demədim, çünki dinləməyi bacarmırsınız. Bəli. Bir çox şeyi bacarırmış kimi göstərib bacarmadığınız kimi.
Odur ki, yazmağı daha üstün tutdum. Bəlkə, hansısa axtarış saytında "lüt şəkillər" yazıb axtaranda bu yazı qarşınıza çıxar.
Həmişə özümü inandırardım ki, insanlar mərhəmətlidir, qayğıkeşdir, sevgi doludur. "İnandırmaq" felinin daha çox "yalan yeritmək" metodu olduğunu anlayanda özümü aldatdığımı dərk etmişdim. Bəli. Biz hamımız aldadırıq. Hamımız kələk gəlirik. Ancaq, nə yazıq ki, özümüzə.
Elə ən böyük sirrimiz də, özümüzə aiddir. Onu da özümüzdən gizlədirik.
Qəddar ol, amma tam ol!
Mərhəmətli insanlar – onlar cəmiyyətin bir üzvü olub, ən "sadiq vətəndaş"lardır. Ölkəmizdə bu tiplərə hər addım başı rast gəlmək olar. Onlar, "yarımçıq insanlardır". Mərhəmətlik dərəcələri də, yarımçıqdır. Bu insanlar avtobusda cavan qıza "mərhəmətcəsinə" yer verib, axşam qonşusunu düşünmədən mağazadakı axırıncı çörəyi mərhəmətsizcəsinə alan "mərhəmətli insanlar"ımızdır.
Qayğıkeş insanlar:
Daha bir maraqlı insan tipi. Bu, özünü əsasən "valideyn" şəklində büruzə verir. Beləki, onlar daim bizim keşiyimizdədir. Və "sənə nəsə olsa mən neyniyərəm?", "bəs sən getsən mən nə olacam?" tipli gəmirici cümlələrlə bizə qayğı göstərirlər.
Həmişə əvəzlikləri sevmişəm. Onlar daim mənə doğruları göstərib. Bu cümlələrdəki "MƏN" əvəzliyini diqqətinizə çatdırım. Bu "MƏN"lər, insan növünün bir başqalaşmış tipi olan "eqoism"in təməl göstəriciləridir.
Eqoism – səmimiyyətin başlanğıcı.
Egoistlikdən söz düşmüşkən bir–iki cümlə də, bu haqda qeyd etmək yerinə düşər.
İcazənizlə "mənəvi masturbasiya" ilə eqoismi ayrı qeyd edim. Tam başqa mənalarda olan bu ifadələri çox vaxt qarışdırırlar.
Eqoist – ətrafdakılara daha az yalan danışan bir insan tipidir.
Bu da, "qayğıkeş""mərhəmətli" insan keyfiyyətlərini alt-üst edərək, bütün çılpaqlığı ilə onların da alt qrupunu eqoismin təşkil etdiyini sübut etdi.
Sevgi dünyanı xilas edəcəksə, dəyəri azdır demək ki. Axı sizlərçün xilasedicilər sadəcə işini görən bir fəhlədir.
Sevən insanlar. Bu yazını "brainstorm in babylon" e-zinendə oxuduğunuzu nəzərə alsaq, yəqin ki, bu haqda ürəkaçan nəsə olmayacaq. =)
Sentimenatallıq – aktiv və deaktiv edilməsi bizim əlimizdə olub, kontrolu bizdən asılı olmayan bir xarakter növü.
Sevgi də sentimentallığın başqa bir üzüdür. Kİmə yönələcəyini seçə bilərik, nə qədər davam edəcəyini isə yox.
Ətrafımızda hər kəs sevir. Əmr dolu bu sözün quluna çevriliblər. Ancaq onlar başa düşmür ki, bu dünyada sevgidən başqa şeylər də var.
Hörmət edənlər:
Yəqin ki, yorulmusunuz. İndi də, düşünürsünüz ki, uzun uzadı bir yazı oldu və bu hara qədər gedəcək?
Elə isə, tam əks mənasını çatdıran təvazökarlıq dolu "bilirəm mənimlə maraqsızdır" cümləsini yazıram. =)
Hə. Hörmət haqda.. Uşaq vaxtlarımdan hörmət sözünü "maaş" kimi başa düşürdüm. Biz hamıya hörmət edirik. Adı da, olur "beşdən-üçdən nəsə bir şey".
Sağ olun!

thank u brainstorm[in]Babylon!

1 şərh

Sufi
beşdən-üçdən mən də onu deyim ki, yazının yeri var.