Nifrət elə

nifrət edirəm bu dünyaya
proloq yerinə.
Bu tez-tez baş vermir. Bu hiss hərdən gəlir və iz qoyaraq, tərk edir məni.Bu gün məhz həmin nadir günlərdən biridir ki, mən nifrət edirəm.Bütövlüklə kütləyə və həmin kütlənin var olmasına səbəb olan və əyani sürətdə mənimlə öz əhəmiyyətsiz həyatlarını sürən hər bir kəsə qarşı.Nifrət və ümidsizlik kokteyli – məhvedici qarışıq.Anlayırsan?Soruşacaqsan ki, bu qədər nifrət nədən yarana bilər?Yalan.Hər şeyə üstün gələn yalan.Yadına sal, axırıncı dəfə nə vaxt və kimə həqiqəti demisən?Axırıncı dəfə sevdiyin insana onu nə qədər çox sevdiyini nə vaxt etiraf etmisən,
və yaxud ən nifrət etdiyin insana ona niyə nifrət etdiyini nə vaxt başa salmısan?İkiüzlü yalançıların dövrü.
Və əgər sən ətrafda baş verənlərdə boğulmayıb, sağ qalmaq və həyatına davam etmək istəyirsənsə – qoşul hamıya!Görəsən Allah bizim hərəkətləri izləyərək, hansı hisslər keçirir?
Cənnət arzusu ilə edilən savab işlər və ya dinsizliyin himayəsi altında baş verən ağılasığmaz hərəkətlər.
Cəfəngiyat!
İnsan qalmaq belə çətindir?
İnsanlar tərəfindən əziyyətlə yaradılan hər şeyi məhv etmək istəyirəm!
Fərq etmir – şəxsi mənfəət üçün və yaxud hər kəsin inkşafı üçün nəzərdə tutulub məhv etmək istədiyim.
Biz artıq çoxdan vəzifələrimizi yerinə yetirən robotlarıq.
Babylonun nəzarəti altında baş verən masturbativ antybabylon fəaliyyəti – siz axmaqsınız?
Manipulasiya yolu ilə aramızda yaradılan uçurum və fərq – bu onların var olmağının əsas şərtidir.
Biz isə xain hiylələrin aciz qurbanları.
Əsrlər boyu baş verən müharibələr və sülhlər, səlib yürüşləri və cihadlar, vendettalar, döyüşlər, vuruşmalar, çarpışmalar;
solçular, sağçılar və ortada qalan bitərəflər;
lehinə və əleyhinə gənclərdən ibarət olan partiyalar;
dindarlar və ateistlər, "ateistlər" və "dindarlar";
dəbdə olan zibillər və dəbdə olan zibillərin zibil qurbanları;
qlamur qızlar və onları "bişirib", yatağa salmaq istəyi ilə nəfəs alan eşşə-ə-əylər;
yeni nəsilin yeni dünya görüşü və bunu qəbul etməyən "oldskulşik"lər;
konformizmə uğramış nonkonformistlər;
yeridənlər və yeridilənlər;
cəmiyyəti, ətrafı, dünyanı dəyişmək istəyi haqqında hər küncdə bağıran, amma dəyişməyən axmaqlar;
millət, vətən, adət, mədəniyyət, etika, ənənə, fikirlər, nəzər-nöqtələr, öhdəliklər və icbari işlər, mentalitet, stereotip, qürur, qeyrət, tarix, bir sözlə gözəl səslənən, amma boş sözlərdən ibarət babylon!;
sən, mən, o, biz – masturbasiyaya uğramış zibil marionetlər.
Bütün bunlar məndə ancaq nifrət və qəzəb oyadır.
XAOS.
Dünyanı xilas etməsə belə.. Dünya bizim nəyimizə lazım axı?
Həyatın dadını hiss etdirəcək yeganə bələdçi olacaq.
Onlar tərəfindən yaradılan hər şeyi məhv etmək istəyimdə yeganə köməkçim olacaq!
epiloq yerinə.
Çox sadəlöhvəm, elə deyilmi?
Bilirəm. Bilirəm ki, hər kəs bunu hiss edib və hər kəs bütün bunlardan keçib. Keçir. Keçəcək.
Çıxış yolunu axtarıb, amma tapmayıb.
Çünki çıxış yolu yoxdur. Heç vaxt da olmayıb.
Ümudsizliyin yaratdığı aldadıcı maska - başqa heç bir şey.
Bağışla, rastafari, amma bu gün gülümsəyə bilmirəm.
Hər kəsə və hər şeyə qarşı içimi parçalayan nifrət hissi keçirirəm.
Sabah hər şey başqa cür olacaq, buna əminəm.
Sabah mən ətrafda baş verən hər şeyə tüpürüb, sevgimi başqalarına hiss etdirən və bundan həzz alan birisi olacam, amma indi, bağışlayın.
Başda özüm olmaqla - hamınıza nifrət edirəm.

thank u brainstorm[in]Babylon!

2 şərh

rokfeller
Sizə çay içmək, dostlarla maraqlı söhbət etmək və bir qədər sakitləşmək lazımdır. Bu qədər aqressivlik olmaz. Həyatın mənası haqqında düşünün, pozitiv enerji alın.
nihat1
bu qədər nifrət insanı məhv edər