Məni buralarda görməmisiniz?

Ömür boyu dağ rayonlarının birində yaşamış bir yaşlı adam Bakı şəhərində yeni ev almış qızıgilə qonaq gəlir. Nahar vaxtı qızı evdə çörək olmadığını görüb atasından xahiş edir ki, düşüb məhlədəki marketdən çörək alsın. Kişini  liftə mindirib ondan necə istifadə etməyi öyrədir. Kişi həyətə düşəndə görür ki, məhlədəki market bağlıdır. Həyətdəki uşaqlardan başqa haradan çörək ala biləcəyini soruşur, o biri məhlədəki marketi göstərirlər. Gedib çörək alır, qayıdanda azır.Bir-birinə oxşayan binaların hansından çıxdığını tapa bilmir. Əlacsız qalan kişi məhlədə oynayan uşaqlara yaxınlaşıb soruşur:      -Ay bala, on-on beş dəqiqə bundan qabaq məni buralarda görməmisiniz?
 

2 şərh

azadmamedov90
goresen kimin basina gelib bu hadise?