Yaşıl geyim

Yolda onunla qarşılaşdığım zaman Azan oxunurdu.
-Gəl,məscidə gedək.Bugün Cümədir.
-Sən bilirsən mən məscidə getmirəm.
-Bilirəm.Və səbəbi həqiqətən də maraqlıdır.
-Nə bilim olmur.Şalvarımın da əzilir,dizləri ağarır.

Özümdən aslı olmadan gülməyə başladım və dedim:
-Yaqin zarafat edirsən? Bunun üçün məscidə getməzlər?

Həqiqətən də eləymi.Geyindiyi paltarların çoxu yaşılın müxtəlif tonlarında olardı və çox səliqəli,ütülü geyinər,əzilməsini istəməzdi.
— Yaxşı.Heç olmasa ömründə məscidə getmisən?
-Uşaq vaxtı babamla gedərdim. Yaqin o zaman paltarım üçün narahat olmudum. Artıq məscidə gedə biləcəyimi heç düşünmürəm.

Söylədikləri məni çox təəccübləndirmişdi və söhbəti açdığıma peşman etmişdi.Sonra sağollaşdıq.Onunla söhbətimdən 2 ay sonra məsciddə olduğunu söylədilər. Getdim. Ən öndə durmuşdu. Və yenə də üzərində yaşıllar vardı. Yavaşca yaxınlaşdım və qısıq səslə dedim:
-Bəs məscidə gəlməyəcəkdin?

Heç səs çıxartmadı. Çünki, yaşıl örtülü bir tabutun içərisində yatırdı…

5 şərh

kocharli
Ibretamizdir.Tesekkur.
MaksiMuS
Oxumuwdum.emeye hormet cox sagol.ibretverici hekayedi,ama anlayana
məryam
Maraqlıdı. Teşekkürler.
Unknown
Tuklerim biz biz oldu lap )