Həyatın gerçəkləri

1.Ölmək həyatda böyük itki deyil.Əsil itki yaşarkən içimizdə ölənlərdir.

2.Öləcik basdıracaqlar.Bir neçə gün də danışıb sonra qalanları böləcəklər.Hələ bəyənməyib arxanca söyəcəklər.

3.Dostun kədərinə pis ola bilərsən.Bu asandır.Lakin dostun uğuruna sevinə bilmək möhkəm xarakter tələb edir.

4.İnam ruh kimidir.Tərk etdiyi bədənə geri dönməz.

5.Bəzən hər şeyi boş verib geri dönmək istəyirsən.Bir şey mane olur.Qürur !

6.Məni yarı yolda qoyub o yolda nəfəs-nəfəsə qalanlar Sizi yolun sonunda gözləyirəm.

7.Sevinmək başqa ,xoşbəxt olmaq başqadır.(E.Senankur)

8.Həyat yuxuda da öz sonuna doğru gedir.(A.Barbüs)

9.Həyat qatar kimidir.Tam yer tapıb oturmaq istəyirsən ki son dayanacağa çatmısan.

10.Dünyada üç fəlakət var- yanğın, qadın, dəniz.(Ezop)

11.İnsanı iki şey tərk etməz-ürəyindəki yara və yanındakı ANA.

12.Böyüməyi anam və atam qocalmasın deyə istəmirəm.

13.İsti ələ ehtiyacın varsa o biri əlini tut.Kimsədən fayda gəlməz.

14.Nə vaxtsa qarşına elə biri çıxacaq ki, sənin bu vaxta qədər etdiklərini sənə edəcək.

15.Heç kimin "Sevmişdim" adlı nağılına inanma.

Oxşar məqalələr

 

12 şərh

MaksiMuS
Duzdu biraz seliqesiz yazilib,ama cox fraza xowuma geldi.Emeye ve paylawima gore sagol
Kinosunas
Bilmirəm kat niyə alınmır.Kimsə kömək etsin. Səhifəni bölmüşdüm axı.Niyə belə oldu?
MaksiMuS
Bolgu olub da
Kinosunas
sağol.Deyəsən sonradan alındı.Yenidən düzəliş etdim.
Ferbara
Maksimusun iradından sonra səliqəsi düzələr. :) (nöqtə, vergül, nida və s. işarələrdən sonra boşluq (space və ya пробел) qoymağı unutmayın)
İkincidə qalanları böləcəklər ifadəsini anlamadım. Yoxsa öləndən miras qalanlarını nəzərdə tutursunuz?
Maraqlıdır, təşəkkürlər. :)
Kinosunas
Dəhşətsən:) Aha mirasdan söhbət gedir.
Aysel218
tesekkurler cox beyendim...men bu cur mentiqli sozleri sevirem
cahandar
Menden de  +  əla mövzudur təşəkkür edirəm.ancaq sonuncu 15sinci bənddə yazılanla razi deyilem her kəsə aid deyil i söz.Yəni sevgi nağılını hər kəs danışmır.Sevmişdim deyənlərin hamisi yalanşı olmur
Responsible
Aralarında şablon olmayan cümlələr var idi deyə bəyəndim. Təşəkkür.
Karizma
hec kimin sevmisdim sozune inanmayin.Niye?
Kinosunas
Hər kəsə təşəkkür edirəm.
Nailə_Rzayeva
Qaynanadan qorxma fobiyası -  penterafobiya)))