Qulaqlarınıza baxdırmadan dənizə girməyin

QBB üzrə mütəxəssislər tibbi müayinədən keçmədən dənizə və ya hovuza getməyinizi uyğun hesab etmirlər.Məsələ burasındadır ki,sizin də xəbəriniz olmadığı daxili qulaq kiri mayenin təsirindən şişə və sizin üçün ciddi narahatlıq doğura bilər. Əgər əlavə olaraq infeksiyalaşmış bir kirlə rastlanarsa problemin nə qədər ciddi olduğunu cərrah stolunun üzərinə uzanacağınız zaman daha yaxşı anlayacaqsınız.Hər bir halda dənizə gedərkən öz sağlamlağınız üçün profilaktik tədbirləri görməyinizlə bərabər dənizin sağlamlıq göstəriciləri ilə də maraqlanın.Çünki,normal olaraq dəniz suyu hovuza nisbətən daha gigyenik hesab olunur,səbəb isə günəşin UB şüaları təsirindən daha az infeksiyaya yoluxmaq imkanı və dəniz suyundakı duzun əlavə təsiridir.
 

0 şərh