Ana və ataya göstərilən mərhəmət

Ana ataya qarşı yaxşı davranmaq, onlara mərhəmət göstərmək Quranın müxtəlif ayələrində dönə-dönə bildirilmiş əmrdir:
Biz insana, ana və atasına (qarşı) gözəlliyi tövsiyə etdik... (Ənkəbut surəsi, 8)
Biz insana, 'ana və atasına' yaxşılıqla davranmasını tövsiyə etdik... (Əhqaf surəsi, 15)
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (İsra surəsi, 23-24)

Möminlər Allahın ayələrdəki əmrlərinə tabe olaraq, yaşlanıb baxıma möhtac vəziyyətə gəlmiş ana və atalarına qarşı son dərəcə şəfqətlə davranırlar.
Quranın bu ayəsi bizə eyni zamanda ana-ataya qarşı göstəriləcək olan mərhəmətin ölçüsünü də bidirir. Allah "onlara of belə demə, onları danlama, gözəl söz söylə" ( İsra surəsi, 23) ifadəsiylə möminlərə bu mövzuda edilə biləcək ən kiçik bir hörmətsizliyi, ya da mərhəmətsizliyi qadağan etmişdir. Bu səbəblə möminlər öz yanlarında yaşlanaraq, qüvvətdən düşmüş ana və atalarına qarşı son dərəcə hörmət, incə düşüncə, xoşgörüş və etina ilə yanaşırlar. Onların rahat olması üçün əllərindən gələni edirlər. Yaşlılığın gətirdiyi sıxıntıları və çətinlikləri nəzərə alır və onlar hələ dilə gətirmədən bütün ehtiyaclarını anlayışla və şəfqətlə aradan qaldırmağa cəhd göstərirlər. Həm maddi, həm də mənəvi baxımdan çətinlik çəkməmələri üçün bütün imkanlarını səfərbər edirlər. Həm də hər nə olursa olsun onlara hörmətlə münasibət göstərirlər.

Ancaq bunlarla yanaşı möminlərin ana-atalarıyla əlaqədar olaraq qarşılaşa biləcəkləri başqa hallar da vardır. İman edən kəslərin ana-ataları bəzən inkarçı olurlar. Belə bir inanc ayrılığında möminin göstərəcəyi münasibət isə yenə gözəl sözlə onları doğru yola dəvət etmək olacaq. Hz. İbrahimin bu mövzuda atasıyla söhbəti bizə belə bir vəziyyətdə istifadə ediləcək üslub və göstəriləcək münasibət mövzusunda yol göstərir. Hz. İbrahim bütlərə sitayiş edən atasını bu sözlərlə haqq dinə dəvət etmişdir:

Kitabda İbrahimi də zikr et. Həqiqətən o, doğrunu-söyləyən bir Peyğəmbər idi.
O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım!
Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur!
"Atacan, həqiqətən mən, sənə Rəhman tərəfindən bir əzabın toxunacağından qorxuram, o zaman şeytanın yoldaşı olarsan." (Məryəm surəsi, 41-45)

Ancaq hz. İbrahimin atası kimi, bəzən belə gözəl üslub və hörmətli tərzdə edilən çağırışa razılıq etməyən kəslər də ola bilər. Mömin buna baxmayaraq, Allahın bu əmrinə itaət edərək, yaşlı və baxıma möhtac olan ana və atasına qarşı olan mərhəmətli münasibətini pozmaz. Ancaq din haqqında söylədikləri fikirlərə etibar etməz və bu mövzuda onlara itaət etməzlər. Çünki mömin üçün din haqqındakı tək yol göstərici Allahın əmrləridir. Allah möminin belə bir vəziyyətdə göstərməsi lazım olan münasibəti də belə açıqlamışdır:

Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et).Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!” (Loğman surəsi, 15 )
 

0 şərh