Yer üzərində həyatın əmələ gəlməsi

Canlı və cansız arasında fərq həyatın bu mahiyyəti hələ qədim zamanlardan insanları düşündürmüş, min illər ərzində dinlə elm, materializm ilə idealizm arasında həmişə mübarizə getmişdir.
Idealistlər ilahi qüvvə tərəfindən yazıldığını söyləyirlər onlar söyləyirlərdilər ki, həyatın qeyri-maddi başlanğıcı olan can, ruh təşkil edir.
Materialist isə dünya görüşünə görə həyat materiyanın varlıq, hərəkət forması olub, fəzada yerdəyişməsi deyil, həm də onda gedən dəyişikliklərin, inkişafını və mürəkkəbliyin məcmusu kimi başa düşülür. Materialistlərə görə canlı və cansız arasında uçurum yoxdur. Həm canlılar, həm də cansızlar materiyanın mövcudluğunun müxtəlif formalarıdır.
Həyat anlayışı - Biologiya elminin inkişafı canlılar və cansızlar arasında kəskin sərhəddin olmadığını müəyyən etdi. Hələ qədimdən həyatın canlılarla cansızları fərqləndirən cəhətini tapmaq. Ona dəfələrlə tərif verilsə də bu həyat anlayışını tam əks etdirmir. Belə təriflər içərisində özünə nisbətən yer tutan F.Engels və M.V.Volkenşteynin həyata verdiyi təriflərdir. F.Engels həyata belə bir tərif vermişdir. Həyat zülallardan ibarət cisimlərin yaşama üsuludur. Həmin cisimlər kimyəvi tərkibinin və hissələrinin daim özü özünə yeniləşməsindən ibarətdir. Engelsin bu tərifi 2 hissədən təşkil olunmuşdur. Birinci hissə canlıların cansızlardan fərqli olaraq zülalardan təşkil olunması, 2-ci hissədə isə zülalların yaşama üsulu-maddələr mübadiləsini göstərir.

Həyatın müasir tərifi isə M.V.Volkenşteynə məxsusdur. M.V.Volkenşteyn həyata belə tərif vermişdir. “Yer üzərində yaşayan bütün canlı varlıqlar zülallar və niklein turşularından ibarət biopolimerlərdən qurulmuş özünütörədən və tənzimləyən açıq sistemdir”.  Açıq sistem dedikdə ətraf mühitlə daim maddələr və enerji mübadiləsi aparan sistem nəzərdə tutulur. Yer üzərində həyatən yaranması haqqında bir şox fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrin düzgünlüyünü sübuta yetirmək üçün bir şox cəhdlər edilsə də, onların hamısı həyatın canlı və cansızlardan yaranması tərəfdarı kimi 2 qrupa ayrılır. Həyatın cansızlardan yaranmasını iddia edənlər balığın lildən, qurdların torpaqdan, milçəklərin çirkdən əmələ gəlməsi fərziyyəsini irəli sürmüşdür. 1661-ci ildə italyan bioloqu F.Redi canlıların cansızlardan əmələ gəlməsi fərziyyəsinə qarşı çıxaraq öz təcrübəsinin nəticəsini elan etdi. O,8 qaba ət qoyaraq 4-nün ağzını açıq, 4-nün isə ağzını tənziflə bağladı. Açıq qabda qurdların əmələ gəlməsinə istinad edərək, canlı orqanizmlərin cansızlardan əmələ gəlməsini inkar etdi. Lakin buna baxmayaraq bir çox alimlər bu fikrə qarşı çıxırdılar.

Həyatın özü-özünə yaranmasının mümkünlüyü haqda mübahisəyə son qoymaq Paris Akademiyası 1860-cı ildə xüsusi mükafat təyin etdi. 3 il sonra 1863-cü ildə bu mükafatı L.Paster aldı. O, bir ədəd kolba götürdü. S şəkilli şüşə borunu kolbaya əlavə edərək təcrübəni davam etdi. Kolbada mikroorqanizmlərin inkişafı üçün lazım olan qidalı mühit yaratdı və qaynatdı. Bura şüşə borudan sərbəst  surətdə hava girirdi. Bakteriyalar borunun əyri olan hissəsində çökdüyü üçün qidalı mühitdə çürümə baş vermədi və uzun müddət dəyişilmədi. Kolbadakı mayeni şüşənin dar boğazına toxundurduqda məhlulda tez bir zamanda çürümə getdi. Paster bu təcrübəsi ilə sübut etdi ki, canlı elə canlıdan yaranır.
Bəzi alimlər yer üzərində həyatın başqa planetlərdə gətirilməsi fərziyyəsini irəli sürdülər. Bu fikrə kimyaçı S.Arrenius və V.İ.Vernadski də tərəfdar olmuşdur. Arreniusa görə Yer və planetlər bir-birindən təcrid olmamışdır. Buna görə də həyatın rüşeymi kosmik fəzada işığın təsiri ilə başqa planetə sürətlə ötürülür. Bu fərziyyənin düzgünlüyü şübhə altındadır. Çünki canlı orqanizmlər yerə gəlib çatana qədər radiasiyaya məruz qalırlar, həmçinin atmosferin yuxarı qatlarında yanmalı idilər. Buna görə bu fikir qəbul edilmir.
Yerdə üzvi aləmin təkamülü

Yerin formalaşması

 

Elmi tədqiqatlara görə Günəş sistemi əvvəllər sərbəst atomlar şəklində qaz dumanlarından ibarət olmuşdur. Atomların dumanlıqların mərkəzinə toplanması nəticəsində Günəş, mərkəzdən ayrılan sıx topalardan isə planetlə, onların peykləri formalaşmışdır. Məlumatlara görə yerin yaşı 4.5 milyard ilə çatır. Yeri əmələ gətirən qaz buludları fırlandıqca ağır metallar, xüsusən də dəmir atomları onun mərkəzinə toplanmışdır. Sonralar isə dəmir, silisium və alüminium kimi atomlar birləşib, Yerin üst qatını – Yer qabığını əmələ gətirdi. Daha yüngül atomlar isə atmosferi əmələ gətirdi. Atmosferin tərkibini N, O, H, C kimi elementlər təşkil etmişlər. Bu elementlərdən yalnız H atomu digər N, O, C atomu ilə reaksiyaya girmək qabiliyyətinə malikdir.
Ilk atmosferi təşkil edən elementlər H və O-nin qarşılıqlı təsirindən su (H2O), N-la birləşməsindən ammonyak (NH3), C-la birləşməsindən metan (CH4) yarandı. Bundan əlavə yerdə hidrogen sianid (HCN), karbon qazı (CO2), həmçinin H atomlarının birləşməsindən H molekulu (H2) yarandı.
Yerə intensiv təsir edən günəşin ultrabənövşəyi şüaları quruda həyatın inkişafını qeyri-mümkün edirdi. Su bu şüaları uda bildiyi üçün həyat suda mümkün idi. Fotosintez prosesində yaranmış oksigenin quruda ionlaşdırıcı şüaların təsirindən ozona çevrilməsi ultrabənövşəyi şüaların təsiri xeyli azaltdı. Nəticədə quruda həyat üçün əlverişli şərait yarandı.

Yerin inkişaf tarixini 5 eraya bölmüşdür.
1.Arxey erası          2.Proterozoy erası            3.Paleozoy
4.Mezozoy erası     5.Kaynezoy erası
Yerin ilk erası arxey erasıdır. Arxey erası ən qədim eradır. 3.5 milyard il əvvəl başlamış və təxminən 1 mlrd il davam etmişdir. Ilk canlı orqanizmin bu erada meydana gəlməsi güman edilir. Onlar okeanda yaşayan, oradakı üzvi maddələrlə qidalanan hetrotroflardır. Fotosintezin yaranması Yerdə həyatın yaranmasına şərait yaratdı və üzvi aləmi bitki və heyvanlar aləminə böldü. Ilk fotosintezedici orqanizmlər yaşıl və qırmızı bakteriyalar və sianobakteriyalar (göy-yaşıl yosun) oldu. Arxey və Proterozoy erasının sərhəddində cinsiyyətli proses və çoxhüceyrəlilik kimi 2 təkamül hadisəsi meydana gəldi. Cinsiyyətli proses xromosomlarda saysız-hesabsız kombinasiyalar yaradaraq ətraf mühitə uyğunlaşmanı artırdı. Bu zaman haploid xromosom yığımına malik orqanizmlərdə (sianobakteriyalar) baş verən irsi dəyişkənlik özünü biruzə verdi. Bu zaman faydalı mutasiyalar təbii seçmə yolu ilə saxlandı, əlverişsizləri isə kənarlaşdı. Birhüceyrəli eukariotlarda diploidin və genetik müxtəlifliyin yaranması koloniyaların yaranmasına səbəb oldu. Koloniyada halında yaşayan hüceyrələrin bölünməsi sonrakı eralarda ilkin toxumaların yaranmasına səbəb oldu. Toxumaların diferensasiyası orqanizmlərin struktur və funksional imkanlarını artırdı. Nəticədə isə mürəkkəb quruluşlu orqanlar meydana gəldi. Hüceyrələr 

ÜZVİ  ALƏMİN TƏKAMÜLÜ


eralar

DÖVRLƏR (davam etmə müddəti min illər)

İLK MEYDANA GƏLƏN BİTKİLƏR VƏ DİGƏR ORQANİZMLƏR

İLK MEYDANA GƏLƏN HEYVANLAR

NƏSLİ KƏSİLMİŞ BİTKİ VƏ HEYVANLAR

 

 

KAYNOZOY
(yeni həyat), yaşı-62-70 min il, davam etmə müddəti – 60-70 min il

Antropogen  1,5-2

Mədəni bitkilər

İnsanın meydana gəlməsi

İri məməlilər (mamontlar, mağara ayısı və şiri, buynuzsuz kəngərdən, qılıncdişli pələng)

Neogen
24,0-24,5

Müasir örtülü toxumlular

İri məməlilər və insana-bənzər meymunlar Lrio-piteklər, avstralopiteklər

Nəhəng sürünənlər, baş-ayaqlı mollyusklar, kisəli və yumurtaqoyan məməli-lərin bəzi qruqları

Paleogen 41

Qədim örtülü toxumlular

Dəniz məməliləri, dırnaqlı məməlilər, ibtidai mey-munlar, quyruqlu lemurlar

Qədim məməlilər, baş-ayaqlı mollyusklar, (belemnitlər)

 

MEZOZOY
(orta həyat), yaşı-240mln il, davam edən müddəti- 173 min il

Təbaşir 70

İlk örtülü toxumlular

Müasir quşlar, plasentalı məməlilər və həşəratyeyənlər

çılpaqtoxumlular, qıjıların bəzi qrupları, baş-ayaqlı mollyusklar (ammonitlər)

Yura 58

 

Müasir suda-quruda yaşayanlar, müasir sürü-nənlər və dişli quşlar

Qədim çılpaqtoxumlular, toxumlu  qıjılar, qədim qığırdaqlı balıqlar

Trias 45

Müasir çılpaqtoxumlular

Əsl sümüklü balıqlar, dinozavrlar, yumurtaqoyan kisəli məməlilər

Qədim zirehli balıqlar

 

 

PALEOZOY
(qədim həyat), yaşı 570 min il, davam etmə müddəti 330 min il

Perm 45

Qədim çılpaqtoxumlular

Yırtıcıdişli və otyeyən sürünənələr

Trilobitlər, steqosefallar

Daş kömür 55-75

Toxumlu qıjılar (İlk çılpaqtoxum-lular) qalıqlarına həm də Devonda rast gəlinir

Qanadlı həşəratlar, akulalar, ilk sürünənlər

Qədim qıjıkimilər, qatır-quyruğular, plaunlar, pəncəüzgəcli və zirehli balıqların bəzi qrupları

Devon 70-50

Mamırlar, qıjılar, plaunlar, qatır-quyruğular və əsl göbələklər

İkitənənffüslü və  pəncəüzgəcli balıqlar, çənəli zirehli balıqlar, steqosefallar   (ilk suda-quruda yaşayanlar)

Psilofitlər, mollyusklar, kökayaqlılar, mərcan poliplərinin əksər növləri

Silur 30

Psilofitlər

Hörümçəkkimilər(əqrəbər), qanadsız həşəratlar, zirehli balıqların bəzi növləri

 

Ordovik 60 kembri ola bilsin ki,  70

İri çoxhüceyrəli yosunlar

İlk çənəsiz zirehli balıqlar

Yosunların bir çox növləri

PROTEROZOY (ilk həyat), yaşı 2,6 mlrd. il davam etmə müddəti-2mlrd il

 

 

Yaşıl və qırmızı yosunlar

Süngərlər, bağırsaqboşluq-ular, yastı qurdlar, mollyusklar, dərisitikanlılar, buğumayaq-lılar, kəlləsiz xordalılar

 

Arxey yaşı-3,5 mlrd. il davam etmə müddəti-
1 mlrd il

 

Göy-yaşıl yosunlar və bakteriyalar

 

İbtidailər

 

Cədvəl 12. Yer üzərində həyatın inkişaf tarixi

arasında sinir və humoral sistemli qarşılıqlı əlaqənin daha da təkmilləşməsi çoxhüceyrəli orqanizmlərin əmələgəlməsinə səbəb oldu. Arxey erasından sonra gələn 2-ci era Proterezoy erası oldu. Inkişaf tarixinə görə ən uzun era hesab olunur. Təxminən 2mlrd il davam etmişdir. Bu dəniz və quru sahələrin dəyişməsinə səbəb oldu. Bir çox mikroorqanizmlər belə dəyişikliyə dözməyib məhv oldu. Protezoy erasında bakteriyalar və sianobakteriyalar sürətli inkişaf etməyə başladı. Bu orqanizmlərin suyun dibinə çökməsi nəticəsində çökmə qatı meydana gəldi. Proterezoy erasında bir çox yataqlar, dəmir bakteriyalarının fəaliyyəti nəticəsində dəmir, yosun və ibtidailərin skeletindən əhəng yataqları meydana gəldi. Sianobakteriyaların hökmranlığı zəiflədi. Eukariot yosun və bakteriyaların hökmranlığı ilə əvəz olundu. Proterezoy erasında çoxhüceyrəli yosunlar yarandı. Bitkilərlə yanaşı heyvanların əksəriyyəti çoxhüceyrədən ibarət oldu. Dənizdə ibtidai quruluşlu heyvanlarla yanaşı iki tərəfli simmetriya və aktiv hərəkətli heyvanlar meydana gəldi. Onların arasında yastı və həlqəvi qurdlar var idi. Proterezoyun axırında buğumayaqlıların qədim nümayəndələri xərçəng-əqrəblər meydana gəldi. Arxey və proterezoyda canlı orqanizmlər yer qabığını dəyişərək biosferin üst qatını əmələ gətirdi.
Proterezoy erasından sonra gələn 3-cü era paleozoy erasıdır. Paleozoy erasında da proterezoy erasında olduğu kimi dağ əmələ gəlmə prosesi davam etmişdir. Nəticədə isə quru və su sərhədləri dəyişildi. Heyvan və bitki növlərinin bir çoxu məhv oldu. Məhv olmuş bitki və heyvan qalıqları dənizin dibinə çökmüşdür. Dənizin dibinin qalxması nəticəsində bu balıqlar Yer səthinə çıxaraq dağ süxurları əmələ gəlmişdir. Paleozoyun əvvəlində heyvanlarda üzvi və mineral maddələrdən təşkil olunmuş xarici skelet yarandı. Paleozoy erasının 6 dövrü vardır.
1.Kembri – Bu dövrdə iqlim mülayim olmuşdur, materiklə geniş düzənliklərdən ibarət olmuşdür. Dəniz sahələri müasir dəniz sahələrindən çox olmuşdur. Demək olar ki, bütün Avropanı əhatə etmişdir. Kembridə bir çox tiplərin nümayəndələri yaşayırdı. Bu dövrdə süngərlər, məryəmqurdlarını xatırladan trilobitlər çox yayıldı.
2.Ordovik - Bu dövrdə mərcan poliplərinin fəaliyyəti nəticəsində mərcan qayaları yarandı. Bitkilərdən yaşıl, qonur, qırmızı yosunlar, heyvanlardan qarınayaqlı və başayaqlı molyusklar yarandı. Ilk zirehli balıqlar yaranmağa başladı. 
3. Silur - Bu dövrdə güclü dağəmələ gəlmə prosesləri nəticəsində ordovikin isti və dayaz sulu dənizləri quru sahələrlə əvəz olundu. Atmosferdə ozon qatının yaranması nəticəsində bitkilər sudan çıxaraq yer səthinə yayıldı. Ali sporlu bitkilərin quruda inkişafı başladı. Silurda ilk quru bitkilər yarandı. Silur dövründə onurğasızlardan dərisitikanlıların yeni nümayəndələri meydana gəldi.
Dənizlərdə zirehli balıqlar artmağa başladı. Bu balıqların yalnız bir burun dəliyi, tək üzgəci və qığırdaqdan ibarət daxili skeleti var idi. Silurda həmçinin torpaqda çoxlu miqdarda üzvi maddələrin toplanması hetrotrofla qidalanan göbələklərin meydana gəlməsinə səbəb oldu. Silurun sonu Devonun əvvəlində heyvanların quruya çıxması başlandı. Sudan quruya çıxanlar hörümçəkkimilər oldu.
4.Devon-Bu dövrdə bəzi yerlərdə buzlaqlar yarandı. Daha isti yerlərdə isə iqlim quraqlıqlaşdı, səhralar və yarımsəhralar yarandı. Devonda quruda nəhəng qıjılar, qatırquyruğukimilər meydana gəldi. Quruya çıxan buğumayaqlılara çoxayaqlılara və ilk həşəratlara başlanğıc verdi. Devon dövründə zirehli balıqlardan əsl balıqların müxtəlif nümayəndələri meydana gəldi. Devonun axırında bu balıqlar quru mühitinə çıxaraq ilk quruda yaşayan suda-quruda yaşayanlara başlanğıc verdilər.
Daş kömür-havanın nəzərəçarpacaq dərəcədə istiləşməsi nəticəsində hündürlüyü 40m-ə çatan ağacşəkilli qıjılar meydana gəldi. Lakin daş kömürün axırında iqlim quruması və soyuması baş verdi. Bununla əlaqədar olaraq qıjılar məhv oldu. Onların qalıqlarından indiki daş kömür yataqları yarandı.
Daş kömür dövründə dənizlərdə həyat devonkindən fərqlənməsi də quruda ilk qanadlı həşəratlar, ilk sürünənlər meydana gəldi.
Perm-Bu dövrdə iqlim quruması və soyuması ilə nəticələndi. Qıjıkimilər çılpaqtoxumlularla əvəz olundu. Əlverişsiz quru iqlim suda-quruda yaşayanların–steqosefalların tədricən aradan çıxması ilə nəticələndi. Daş kömür dövründə əmələ gələn sürünənlər Permdə inkişaf etməyə başladı. Beləliklə permdə çoxhüceyrəli bitkilər və heyvanlar quru mühitini tutdular. Quru mühitinə uyğunlaşma ilə əlaqədar olaraq bitki və heyvanlarda bu mühitdə uyğunlaşmağa imkan verən bir sıra dəyişiklik yarandı. Məs: çılpaqtoxumlularda toxum borusunun yaranması mayalanma prosesinin sudan asılılğı azaltdı. Sürünənlərdə bədən dərisinin qurumasının qarşısını almaq üçün dəri üzərindən pulcuq əmələ gəldi. Ağ ciyər tənəffüsü mürəkkəbləşdi ki, bu da dəri tənəffüsünün itməsinə səbəb oldu. Sürünənlərdə quru mühitində mayalanmanı təmin edən daxili mayalanma yarandı. Nəticədə quruda sürətlə yayılmağa başladılar.
Paleozoy erasından sonrakı era Mezozoy erasıdır. Bu erada həyat daha da inkişaf etməyə başladı. Quru səhralar çoxalmağa başladı. Mezozoy erasını 3 dövrə bölürlər.
1.Trias                   2.Yura                    3.Tabaşir     
Trias. Bu dövrdə iqlim sərtləşməyə başladı. Daxili su hövzələrinin azalması və quru sahələrin artması inkişafları su mühitində olan quru orqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaratdı. Onların əvəzinə çılpaqtoxumlular, heyvanlardan sürünənlər inkişaf etməyə başladı. Trias dövründən bizim dövrə gəlib çıxanlar tısbağalar, timsahlar və hatteriya kərtənkələsidir. Bu dövrdə bitkilərlə qidalanan quru heyvanları, yırtıcı dinozavrlar və sümüklü balıqlar meydana gəldi.
Ətraf mühitin temperaturunun aşağı düşməsi sürünənlərdə mübadilə prosesinin zəifləməsinə və belə şəraitdə onların süst vəziyyətdə qalmasına səbəb oldu. Triasda istiqanlıların ilk nümayəndələri olan yumurtaqoyanlar, triasın axırında isə kisəli məməlilər meydana gəldi.
Yura dövrü-isti sulu dənizlər genişlənməyə baladı. Dənizlərdə ixtiozavrlarla yanaşı, iri gövdəli, ilanabənzər boyuna malik pleziozavrlar meydana gəldi. Pleziozavrlar sahilə yaxın ərazlərin dayaz suları, ixtiozavrlar isə açıq dənizlərdə qidalanır. Quruda sürünənlər hava mühitini tutmağa başladı. Həşəratlarla qidalanan uçan kələz meydana gəldi. Bu dövrdə uçan kələzlə yanaşı, həm sürünənlərin, həm də quşların əlamətini daşıyan dişli quş arxeopterikslər meydana gəldi.
Tabaşir-dəniz çöküntülərində çökmüş tabaşirin yaranması ilə səciyyələnir. Tabaşir canaqla ibtidai heyvanların, xüsusən foraminiferlərin qalıqlarından əmələ gəlmişdir. Bu dövrdə havaların soyuması baş verdi.  Bu dövrdə proqressiv quruluşlu örtülü toxumlular meydana gəldi. Örtülü toxumlularda çoxalma orqanı çiçək əmələ gəldi. Çiçəklərdə həşəratları cəlb edən rəng, qoxu və nektarın olması həşəratla çarpaz tozlanmanın meydana gəlməsi ilə nəticələndi. Iqlimin soyuması ilə əlaqədar olaraq dəniz kələzi-ixtiozavrlar məhv oldu. Bununla yanaşı sürünənlərin yeni formaları yarandı. Quruda ot yeyən dinozavrların qidasını təşkil edən rütubərsevən bitkilərin azalması bu heyvanların azalmasına gətirib çıxartdı. Bu dövrdə sürünənlər də məv oldular. Tısbağalar, timsahlar, hatteriyalar qaldı. Iqlimin soyuması ilə əlaqədar istiqanlı heyvanlar artmağa başladı ki, onların da hökmranlığı kaynozoy erasına düşdü. Bu dövrdə dişli quşlar daha çox yayılmışdır. Bununla yanaşı  müasir quşlar da yaranmağa başladı. Bədən temperaturunun qeyri sabit olması yumurta qoymaqla çoxalma sürünənləri ətraf mühitdən asılı saldı.
Təbaşirin 2-ci yarısında plasentalı ali məməlilər meydana gəldi dölün ana bətnində inkişafı, plasenta ilə qidalanma, diribala doğma, nəsil qayğısına qalma, istiqanlılıq kimi əlamətlər məməlilərin tərəqqisini tərənnüm etdi. Belə əlamətlər heyvanların ətraf mühitdən asılılığını azaldır, onların qeyri-sabit həyat şəraitinə uyğunlaşmasına səbəb olur.
Axırıncı era Kaynezoy erasıdır. Bu erada çiçəkli bitkilər, həşəratlar, məməlilər daha geniş yayıldı. Bu era hazırda da davam edir və 3 dövrə bölünür.
1.Paleogen
2.Neogen
3. Antropogen
Paleogen-Kaynezoy erasının əvvəlində dağəmələgəlmə prosesi sona çatır. Müasir dövrdə olan qitələr və dənizlər yarandı. Mülayim iqlim şəraiti bitkilərin yayılmasına səbəb oldu. Örtülü toxumlu bitkilər həm su, həm də quru mühitinə yayıldı. Bu erada havaların soyuması başladı ki, bu da yarpağını tökən bir çox ağacların meydana gəlməsinə səbəb oldu. Həmişəyaşıl meşələrin əksəriyyəti yarpaqlarını tökən meşələrlə əvəz olundu. Bir çox meşələr isə otlu çöllərlə əvəz olundu. Kaynezoy erasında sürünənlər istiqanlı, sabit bədən temperaturuna malik məməlilərlə əvəz olundu. Məməlilər bütün sahələri tutmağa başladılar. Paleogendə məməlilər 3 yarımsinifdən – ilkməməlilər, kisəlilər və plasentalılardan ibarət idi. Hələ Trias dövründə yaranan yumurta qoyan məməlilər, təkmilləşmiş plasentalı məməlilər tərəfindən bir çox qitələrdən sıxışdırıldı. Paleogendə quşlar həm hava mühitini, həm də quru sahələrini tutdu, ali məməlilər (kürəkayaqlılar və balinakimilər) dənizləri tutmağa başladılar.  Paleogendə primatlar dəstəsinin ilk formaları lemurlar, əsl meymunlar, sonra ilk insanabənzər meymunlar (parapiteklər) meydana gəldi.
Neogen – iqlimin daha quru və soyuq olması tropik meşələrin savannalarla əvəz olması ilə nəticələndi. Belə şəraitdə otyeyən bitkilərin qidasını təşkil edən dənli bitkilər yayılmağa başladı. Məməlilərdən-yırtıcılar, balinakimilər, dırnaqlı heyvanlar, həşaratyeyənlər inkişaf etdi. Neogendə meymunların insan cinsinə başlanğıc verən avstralopiteklər yarandı.
Antropogen-Bu dövr şərti olaraq 2 hissəyə ayrılır-pleistosen və qolosene Neogenin axırı  antropogenin əvvəlində havalar soyumağa başlandı və bir çox sahələrdə buz örtüyü əmələ gəldi. Buzlaqlar yaranan yerlərdə bütün canlılar məhv oldu.
Buzlaqların ətəyində arktik floranın başlanğıcını qoyan cırtdan bitkilər, buzlaqların gəlib çatmadığı yerlərdə soyuğadavamlı iynəyarpaqlılar və yarpaqlarını tökən ağaclar salamat qaldılar. Beləliklə, soyuğadavamlı bitkilər əmələ gəldi. Lənkəran təbii vilayətində və Xəzər dənizinin sahillərində buzlaqlar çatmadığı yerlərdə bəzi bitkilər (dəmir ağacı) həmin dövrdə qalmışdır. Iqlimin soyuq keçməsi məməlilərin-mamontların, tük örtüyünə amlik kərkədanların, nəhəng maralların yaranmasına səbəb oldu. Buzlaq olan yerlərdə mənfi temperaturun olması buz kütlələrinin yaranmasına səbəb oldu ki, bu da dünya okeanlarının səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Şimali Amerika ilə Şimali Avropa arasında quru körpü yarandı ki, bu da heyvan və bitkilərin bir qitədən o birisinə keçməsinə səbəb oldu. Avstraliya ilə Avropa arasında quru körpünün olmaması buradakı kisəlilər və kloakalılar kimi ibtidai məməlilərin qalmasına səbəb oldu. Digər materiklərdə ali məməlilər tərəfindən sıxışdırıldı. Qolosenin əvvəlində iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əridi. Bir çox məməlilər-mamontlar, kərkədanlar, mağara ayıları məhv oldular. Onların nəslinin kəsilməsi təkcə iqlim şəraiti ilə deyil, həm də insanlar tərəfindən məhv edilmişdir.
Antropogendə bitki və heyvanlar aləmi formalaşdı. Insan cinsi meydana gəldi. Antropogen hazırki dövrdə davam edir.  

Dünyanın tarixi 1 dəqiqə ərzində



Kim elmə aid olmayan şərhlər yazsa məndən inciməsin.Yaza bilməyən heç yazmasın.

Həmçinin bax: təkamül nəzəriyyəsi

23 şərh

2ral
Həyatın yaranmasına aid bir dəfə müzakirə getmişdi.
Materializm getdikcə inkişaf edir.Bunu dindarlar,idealistlər də başa düşürlər. bu post antitəkamlüçülər üçün qısa dərslik ola bilər:)
Zərrə
2ral, «materializm getdikcə inkişaf edir» deməyiniz çox maraqlı gəldi? Bunu nəyə əsasən deyirsiz?
Materializmin beşiyi olan Avropaya baxanda tam əksi görünür.
Dediyinizi təkzib etmirəm, sadəcə bu ifadəniz marağıma səbəb oldu. fikriniz maraqlıdır, zəhmət olmasa dəlillərini yazardız.
Fortuna
Materialist fikirlər daha da geriyə gedir. İndi elmi biliyin həqiqət olmasi məsələsini belə müdafiyə edə bilmirlər. Modern bilik  postmodernistlər tərəfindən elə tənqid olunur ki özünü müdafiyə etmək üçün heç bir şansı qalmır. Elmi biliyin nisbi bir bilik olduğunu artıq demək elm adamları qəbul edib. Bu səbəbdən elmi biliyin dini bilikdən heç bir üstünlüyü olmadığını iddia edənlər və kifayət qədər sübutlu danışanlarda var. Belə bir şəraitdə əsas dayaqları elmi bilik olan materializm isə çökmək istiqamətindədi. Bu səbəbdən bütün dünyada savadlı təbəqə arasında dinə və mistik fikirlərə meyl artıb. Əvvəllər din savadsız kütlənin baş vurduğu bir bilik növü idisə indi Ən savadlı Alim belə dini inancından danışanda çəkinmir. Çünki əmindi ki, heç kəs onu inancına görə geridəqalmış adlandıra bilməz.
Fortuna
Paul Karl Feyerabendin fikirlərini tapıb oxusaz çox maraqlıdı. O elm anarxisti kimi tanınır.

Thomas Khunda çox maraqlıdı. Əsasəndə Khunun «The Structure of Scientific Revolutions (Elmi İnqilabların Quruluşu)» adlı əsərini oxusaz bu gün elmin satusunun nə vəziyyətdə olduğunu başa düşə bilərsiz.
2ral
Allaha inanların sayı getdikcə azalır
Gördüyünüz kimi getdikcə alimlər arasında aterialistlərin sayı artır(NAS, National Academy of Sciences üzvləri arasında).
Ən maraqlı məqam isə odur ki,alimmlərin sahəsi nə qədər təbii elmlərə yaxındırsa,o qədər də çox idelizmə az inanırlar.Riyaziyyatçılar arasında bu faiz 14 olduğu halda,bioloqlar arasında bu 5.5 faiz təşkil edir.
Zərrə
Təşəkkürlər, 2ral. Daha yeni göstəriciləriniz olsaydı çox yaxşı olardı. Çünki 2000 dən bu yana dünyanın rəngi çox dəyişib. Sonuncu dediyiniz isə faktdı. İnsanda  "ülfət" deyilən bir xüsusiyyət var. Məsələn, ilk dəfə kəpənək görən uşaq gördüyü şeydən çox təsirlənir. Amma yaşlı birisinə göstərin, eyni marağa səbəb olurmu? İnsan bir şeyi ilk gördüyündə onun həqiqi dəyərini anlayır. Hər növbəti görüşdə o şeyə qarşı "ülfət" əmələ gəlir. Bu bir qanundur. Buna insan hislərinin entropiyası da demək olar. Hər gün gözümüzün önündə olan bir adamda baş verən dəyişiklikləri sezə bilirikmi? Təkrar-təkrar yediyimiz yeməyin hər dəfəsində ilk dəfə aldığımız ləzzəti duya bilirikmi? Proses azalan xətt cərəyan edir. Buna istənisən qədər misal gətirmək olar. Elə ona görədir ki, zamanla ətrafımızda olan bir çox şeyin, hətta doğmalarımızın dəyərini anlamırıq. Ananın nə olduğunu, uzun illərdən sonra anasına qovuşan uşaqdan soruşun.  Bizim də bir neçə müddət yer kürəsindən kənarda yaşamaq imkanımız olsaydı, geri dönüşdə ülfətimiz bir az aradan qalxardı.

"Ülfət" insan mahiyətinin bir qanunudur. Bu qanuna bir sübut da, qeyd etdiyiniz kimi, təbii elmlərlə məşğul olanlarda zamanla əmələ gələn təfəkkür entropiyasıdır. Bir əşya ilə daha az əlaqəli olan adamlar onun dəyərini daha yaxşı anladıqları üçün qeyri təbii elmlərlə məşğul olanların bu ülfətə az məruz qalması da çox təbiidir.
Zərrə
...Proses azalan xətt üzrə cərəyan edir. Buna istənilən qədər…
Fortuna
Alimlərin ixtisaslaşması onları bir çox sahədə kor edir. Ancaq məsələ burasındadı ki, bu gün elmi biliyin nisbi bir bilik olduğunu hər kəs qəbul edir. Bir zamanlar elmin hər bir məsələni izah edəcəyinə inanan alimlər ümidlərini tamami ilə itiriblər. Çünki bu gün inandıqları nəzəriyyə səhər Ptolemeyin geosentrik nəzəriyyəsi kimi mövhumat çevrilir. Elmli bilik öz nisbiliyini elan etməyə məcbur olub. Bu səbəbdən riyazıyyatçı və ya bioloq və s. alim hələ də materialisdisə bu o demək deyil ki, materializm inkişaf edir. Bu o deməkdi ki, o alimlər geri qalıb. Çünki onların fikirlərinin elmi əsası demək olar ki dağılıb. Nə üçün geridə qaliblar deyirəm çünkü geridə qalmış olmasaydılar öz fikirlərini müdafiyə edə bilərdilər.
Çünki Materialist fikirlərin yeni nəfəsə ehtiyacı var. O alimlər bu nəfəsi gətirə bilməsələr materializm tarixə qarışacaq. Əslində materialistlərin uzaqdan materialist olmalarındansa ciddi tənqidlərə cavab verəcək iş ortağıla qoymaları vacibdir və bu gün üçün çox aktualdı.
Leyla
Genetiklər elmi təcrübələr aparır,hər il nə qədər kəşf olunur,fizika üzrə Nobel mükafatları alınır,siz isə deyirsiniz ki materialistlərin elmi işləri yoxdur. Afərin. Gedin Harun Yəhya oxuyun=)
Fortuna
Fakt bir prosesin mahiyyətini izah etmir ki. Bu sözləri yazmaqdansa gedin elmin vəziyyətini araşdırın. Düzdü sizi qınamıram elmin fəlsəfəsinə aid Azərbaycan dilində demək olar heç bir normal material yoxdu. Bu sahədə bilgisiz olduğunuz üçün sizi qınamaq düzgün deyil.
Elm hər yeni kəşfi ilə qarşıya bilirsiz neçə yeni problem gətirir? İndi kəşflər sayəsində materiyanın sirlərini aça biləcəyinə inanan qalmayıb. Dediyim kimi elmi biliyin nisbi olduğu və müəyyən zaman daxilində insanlar tərəfində məntiqli sayıldığı artıq sübut olunub. Bu günün elmi və alimlərin nəzəriyyələri sabahın mövhumatıdır. Məsələn Nyuton mexanıkası, Ptolemeyin geosentrik nəzəriyyəsi və s. tarıxə qarışan kimi. Bu günün elmi nəzəriyyələri də tarixə qarışacaq. Elmi bilik nisbidir necə ki dini bilik kimi. Elə isə elmi kəşf dedikləriniz ola bilər ancaq o əldə olunan faktlarla həqiqətə çatmaq mümkündürmü? Bax bu məsələyə Enşteynin nisbilik nəzəriyyəsinə qədər elm adamları müsbət cavab verirdilər. Pozitivist düşüncə tərzi ön planda idi. Ancaq Nisbilik nəzəriyyəsi bütün bu düşüncələri alt-üst etdi. Alimlərin inancı bir növ qırıldı. Sovet dövrü öz idealogiyasına uyğun olaraq bəzi fikirləri ciddi işıq üzünə çıxartmaya bilər. İndiki alimlərimizində düşüncəsi o dövrdən qaldığı üçün bizə həqiqəti normal çatdırmaya bilərlər. Ancaq internet imkanlarınız var. Heç olmasa özünüz axtarıb oxuyun. Bu gün Nyuton, Kopernik və s. alimlərin etdiyi iş səviyyəsində xidmət göstərmiş Thomas Khunu heç kəs tanımır.  Gözləyək görək də bəlkə alimlərimiz 50-60 ilə müasir elm aləmində gedən ideoloji «müharibələr» barədə sizə məlumat verdilər. Onda sizin də ən azından xəbəriniz olar və  Nobel mükafatı almış kəşflərin mövzuya aid olmadığını başa düşərsiz.
Leyla
Bu sözləri yazmaqdansa gedin elmin vəziyyətini araşdırın
Mənə yol göstərməyin.
Bu günün elmi və alimlərin nəzəriyyələri sabahın mövhumatıdır.
Yazıq alimlər.Bəs onda niyə onlar əziyyət çəkirlər?Onsuz da dediklərinin hamısı sabah mövhumat olacaq=)
Ptolomeyin geosentrik nəzəriyyəsi səhv idi,onu həqiqət sayan yoxdur.Nyutonun mexanikası isə tarixə qarışmayıb.İndi məktəbdə fizika dərsində birinci onu öyrədirlər.
Fortuna
Və elə həmin müəllimlər 11 -ci sinifdə  deyir ki, Nyuton səhv edib. :D Nə dediyimi başa düşmədən yazdığım fikri tənqid etməsəydiz belə yazmazdım. Nə etməliyəm heç olmasa istiqamət verdim.
Fortuna
Gedin Harun Yəhya oxuyun=)

Görəsən bu sözlər istiqamət göstərmək deyil? Siz istiqamət göstərəndə yaxşı olur mən göstərəndə pis?
Kanti
bunun tərcüməsin də yazın da. heç də hamı ingilis dilini super bilmir…
Fortuna
Elmi biliyin nisbi bir bilik olması məsələsinin materialist düşüncə tərzinə nə kimi zərbə vurduğunu izah etməyə çalışacam.

Materializm materianı şüurdan əvvəl sayır və şüuru materianın törəməsi sayır. Məsələ burasındadı ki, materialistlər öz fəlsəfələrinin tamami ilə elmə dayayırdılar. Elmi biliyin həqiqəti əks etdirdiyini iddia edirdilər bu səbəbdən dialektik materializm elmi dünyagörüşü kimi qələmə verilir və idealizm isə mövhumat sayılırdı. Məlum olanda ki, bu günün elmi sabahın mövhumatıdır Artıq materializm bu iddiasından əl çəkməyə məcbur oldu.  İndi o əsrin əvvəlində olduğu kimi hücum mövqeyində deyil. Heç özünü müdafiyə edə bilmir.  Bu gün kainatın mənşəyini materialist mövqedən izah edən ciddi elmi əsasları olan nəzəriyyələr də yoxdu. Nə həyatın mənşəyini izah edə bilirlər, nə də xaosdan sistemin yaranmasını. «Böyük partlayışın» isə artıq heç olmadığını deyirlər. Gündə bir qərarə gəlinən bu böhran vəziyyətdə isə materialist qalmaq bir az çətin məsələdi. Elmi biliyin keçirdiyi böhran təbii ki insanları alternativ bilik mənbələrinə məsələn dinə yönəldir. Materialistlər bu problemlərə açıqlama gətirə bilmədikcə bu proses davam edəcək. 

Hansısa elmi faktın kəşf olunmasının məsələyə adiyyatı yoxdur. Adama deyərlər nə olsun? Materialist üçün Əsas bu fiziki qanunun mövcud olduğunu izah etmək deyil, bu qanunun  mövcud olduğunu idealistlər inkar etmirki belə kəşflər olanda materialistlərin xeyrinə olsun. Əsas məsələ bu qanunların nə üçün mövcud olduğunu izah etməkdir. İdealistlər bunu Allahın varlığı və onun iradəsi ilə izah edir. 
Ancaq materialistlər bu qanunların nə üçün mövcud olduğunu izah edə bilmirlər. Bir zaman elmin inkişafı nəticəsində bu izahın veriləcəyinə inananlar isə elə elmin inkişafı nəticəsində bunun əksinin şahidi oldular.
Fortuna
Yazıq alimlər.Bəs onda niyə onlar əziyyət çəkirlər?

Elmi biliyin dəyəri məsələsi də əsas mübahisə doğuran problemlər sırasındadır. Bəziləri buna praqmatizm nöqteyindən yanaşmaqla izah edirlər ki, əsas faydalı olmasıdı. Həqiqət və yalan olması əsas meyar kimi götürülməməlidi. bu gün ki elmi bilik faydalı olduğu üçün dəyərlidi. 

«Həqiqəti» meyar götürüb yanaşsaq o zaman məlum olar ki, dəyərsizdi. Çünki elmi bilik nisbidi. əqiqəti əks etdirməyə qadir deyil.

Bəziləri isə bu böhrandan istifadə edərək elmi biliyin cəmiyyətdə «iqtidar» mövqedə olmasını tənqid edir. Daha çox postmodernistlər belə bir mövqeləri ilə seçilirlər. Onlar elmi biliyin dini və s. biliklərdən daha dəyərli olmadığını iddia edirlər.  Elmin hal hazır ki, vəziyyətini orta əsrlərdəki kilsənin vəziyyəti ilə müqayisə edirlər. iddiaya görə ikisidə həqiqəti demədiyi halda güclə hakimiyyəti əlində saxladığı üçün oxşardılar. 

Ümumiyyətlə bu problemin çox geniş izaha ehtiyacı var. Həm hələ də öz həllini tapmadığı üçün çox dərin təhlil tələb edir. Sadəcə bunu deyə bilərəm ki,  məncə alimlər faydalı işlə məşğul olurlar bu səbəbdən əməkləri boş deyil.

Bilici

birdə axı bu mübahisələrin nə mənası var


ha itdən əmələ gəmişik, ha meymundan, ha sudan


insan özünün insan olduğunu unudub müxtəlif heyvanları təqlid etdikdən sonra bunun heç bir mənası yoxdu

Elvin85
İstənilən neytral mövqeli oxucu Fortunanın şərhlərinin Leylanın şərhlərini əzici üstünlüklə məğlub etdiyini görə bilər. :) Təbriklər Fortuna, fikri sakit,təmkinli cümlələrlə çatdıra bilmək də bacarıqdır.

Harun Yahya-nın adı ətrafında müəyyən bir çevrənin yaratdığı böhtan dumanı həmin adamların yalnız zəifliyini göstərir, Harun Yahyanı isə reklam edir. H.Y özündən Amerika kəşf edən alim deyil, sadəcə materialları toplayır, tərcümə edir və yayınlatdırır. Onun adı ətrafında şüvənlik qoparılması onun kitablarının effektivlik göstəricisidir. Amma təkrar edirəm H.Y.-nı istər mənfi, istər müsbət mənada şişirməyə gərək yox, o sadəcə bir araşdırmaçıdır. Onun məsələn götürək Misir alimlərinin işlərindən götürdüyü Qurana aid çox maraqlı riyazi qəribəliklərə bir sözü olmayan, bu sadəcə bir təsadüfdür(ah bu təsadüf) deyən adamlar onun şəxsinə murdar böhtanlar atırlar(masondur,agentdir,pedofildir,nə bilim sınıq kəllə ordeninin üzvüdür və.s. :) )
Magicboy
Elmi biliyin nisbi bilik olması çox gözel vurğulanmış bir ifadədir. Fortuna, siz elmi bilik və dini bilik anlayışlarını birlikdə işlətməklə, dinin bir elm olmadığını iddia etdiniz və həqiqət budur ki, din heç vaxt elm kmi qəbul olunmayıb. Bu isə ən böyük çatışmazlıqdır. Halbuki, dini bir elm kimi inkişaf etdirsəydilər, bu gün dinə inananların sayı qat-qat çox olardı. Nəinki dinə, ondan daha vacib olan Allahı dərk edənlərin sayı 100 dəfələrlə çox olardı. Bəli, bu gün din bir elm kimi yox, məhz şəxsi mənafə naminə istifadə olunan bir vasitədir və elə ona görə də dinə inanların sayı azdır. Dinin məqsədi nədir?- Allahın varlığını insanlara qəbul etdirmək yolunda səy göstərmək. Amma bu gün dini idarə edənlər nə yolunda çalışır, bir Allah bilir... Bir də onu qeyd edim ki, dini təkzib edənlərlə ateistlər arasında fərq böyükdür. Allahı qəbul edib onu tanıyanlar ateist sayıla bilməzlər (məsələn, Eynşteyn belələrindən olub).
Bu baxımdan, nisbi olan elmi biliyin insanlara olan töhvəsi dini biliyin verdiyi töhvədən müqayisəedilməz dərəcədə yüksəkdir.
Fortuna
Elmi biliyin öz meyarları var. Dini bilik elmi bilik olmağa qadir deyil. Bu səbəbdən onları ayırdım. Çünki dini bilik əsasən vəhyə əsaslanır. Onun üçün vəhyin dediyi həqiqətdir. Elmi bilik üçün isə məntiqi cəhətdən sübutu olmayan heç bir  şey həqiqət deyil. Elmi biliyi xristianada, müsəlmanada, yəhudiyədə təqdim edəndə normal yanaşarlar. Çünki hamısında məntiq var. Ancaq onlara dini biliyi təqdim edəndə gərək öz dinlərinə aid bilik verəsən. Yoxsa inamları olmadığı üçün qəbul etməzlər. Bu səbəbdən elmi bilik hər kəsi inancından asılı olmayaraq birləşdirməyə qadirdi.

Birdə elmi bilik dəyişməz deyil. Kimsə vəhyin səhv dediyini iddia edib sübut edə bilməz. Bu haqq heç kəsə verilməyib. Ancaq istənilən elmi nəzəriyyəni inkar edib səhv olduğunu sübut edib yenisini yarada bilərsən. Bunun üçün nəinki səni qınamazlar hətta Nobeldə verərlər. 
Dini biliyi elmi bilik səviyyəsinə qaldırmaq üçün gərək onda olan metafizik anlayışları çıxarasan çünki real aləmdə bu anlayışların ifadə edən obyektlərin mövcudluğuna dair sübut yoxdu. Daha sonrada dini biliyin bütün hökmlərini məntiqi cəhətdən və eksperimentlər sayəsində sübut edəsən. Yəni ki dini biliyə elmi biliyin meyarları ilə yanaşıb onu cəmiyyətdə daha yaxşı mövqeyə gətirmək mümkün deyil. Əsasən bunu dərk edənlər elmi biliyə zərbə vurmaqla dinin statusunu qaldırmağa çalışırlar. Bilirlər ki din elm olmayacaq. Ancaq elmi biliyi tənqid edib onu ideoloji baxımdan  zərərləşdirmək mümkündü. Bu deyərdim ki, alınır. Bu səbəbdən materializm böyük itki verməkdə davam edir. Çünki elmə güvəni olmayan insanın materialist qalması bir az çətin məsələdi. Onu maraqlanıran suallara elmdə cavab tapmasa dinə yönəlib orada tapmağa çalışacaq.
Leyla
Ancaq elmi biliyi tənqid edib onu ideoloji baxımdan  zərərləşdirmək mümkündü. Bu deyərdim ki, alınır. Bu səbəbdən materializm böyük itki verməkdə davam edir.
Elmi tənqid etmək?Hələ deyirsiniz ki bu alınır =)
Şərhlərinizdən bu sahəni yaxşı bildiyiniz hiss olunurdu. Bu sözlərinizdən sonra isə hər şey aydındır.
Fortuna
Sizin şərhinizi mən tənqid edəndə izah verirəm. Bu necə tənqiddi? Yəni fikirdə nə səhvdi? Zəhmət çəkib bir izah etsəydiz maraqlı olardı. Yazdıqlarımı elə hamı oxuyurda sizin kopyalamağınıza nə ehtiyac var.

Elmi tənqid etmək olmaz ki? Suyun 100 dərəcədə qaynayıb qaynamama məsələsini tənqid etmirlər e. Deyirlər ki elm kainatdaki qanunauyğunluqları və onun mənşəyini izah edə biləcək mükəmməl bir nəzəriyyəni heç bir zaman ortalığa qoymağa qadir deyil. Çünki hər zaman bu nəzəriyyələri qurmaq üçün müəyyən faktlardan 
ümumiləşdirmə aparırlar.  Yəni hər bir detal incələnmir və incələnmə imkanına da malik deyil. Bu səbəbdən bütün nəzəriyyələr bir
gün elə faktla qarşılaşacaq ki  Nyutonun nəzəriyyəsinin aqibəti onunda başımna gələcək. 

Bəlkə siz bu məqami səhv salırsız elə bilirsiz əldə olunan faktlar tənqid olunur bəlkə yox. Ancaq mən «Tarix Nadir kitabını yarıya kimi oxumuşam» sizin şərhimə olan tənqidinizdən heç nə anlaya bilməmişəm.  
papatürk
Dinlə elmi qarşılaşdırmaq yox,onları sintez etmək lazımdır. Orta əsrlərdə Avropada inkvizisiya elmə ziyan vurdu.hələ də katolik kilsəsi bəzi alimləri təqib etdiyinə görə ittiham olunur.Ona görə də din və elm düşmən cəbhə kimi bölünməməlidir.