Qayınana-Kürəkən "Fərqli baxış"

Ta bineyi qədimdən indiyə kimi mütəlif yerlərdə qayınanaya münasibət birmənalı olmayıbmış.Belə k, Banks adalarında kürəkənlə qayınana bir-birlərinə yaxınlaşa bilməzmiş, qəflətən yolda qarşılaşsalar, ya qadın bir tərəfə çəkilər, kürəkəni keçənə qədər arxasını çevirərmiş, ya da kürəkən.Vanna Lavada kürəkən sahildə qayınanasının gəzdiyi yerdə gəzə bilməz.Kürəkən yalnız dalğalar qadının ayaq izlərini yuyub sahildən izi itirdikdən sonra oradan keçə bilər.Bir-birlərinə müəyyən bir məsafədən səslənə bilərlər.Heç şübhəsiz ki, hər ikisi də bir-birinin adını çəkə bilməz.Ən maraqlısı isə Solomon adalarındadı:Solomon adalarında bir adam evləndiyi andan qayınanasını nə görə bilər,nə də onunla danışa bilər.Qayınanası ilə qarşılaşsa, kim olduğunu bilmirmiş kimi davranmalı və özünü saxlamaq üçün mümkün qədər sürətlə qadından uzaqlaşmalıdır. 

 

Zulular arasındakı adətlərə görə kişi qayınanasından utanmaq və onunla birlikdə olmaqdan çəkinmək üçün hər şey etməyə məcburdur.Qayınanasının olduğu daxmaya girə bilməz, qarşılaşarlarsa, ikisindən biri yoldan çəkilməli,ya da qadın bir kolluğun arxasında gizlənməli, kişi də qalxanını qaldıraraq üzünü gizləməlidir.Bir-birlərindən qaçmazlarsa və qadının üzünü örtəcək heç bir şeyi olmazsa,adətə görə, qadın başəna bir dəstə ot qoyardı.Ya üçüncü bir adam vasitəsilə,ya da aralarında təbii bir əngəl mövcuddursa, bir-birlərinin adını çəkmədən uzaqdan yüksək səslə danışa bilərlər.
Araşdırmaçılar qayınana ilə kürəkən arasında olan belə bir münasibətə maraqlı bir izah gətirirlər.Belə ki onlardan biri olan John Lubbock «Sivilizasiyanın mənşəyi» adlı əsərində deyir ki, qayınana ilə kürəkən arasında olan bu münasibət daha əski olan «qaçırmaqla evlənmə» adətinə qədər gedib çatır. Qadının qaçırıldığızamanlarda qızın ata-anasının hirsi bəlkə də, çox ciddi idi.Halbuki, bu evlilik formasının yalnız işarələrinin qaldığı zamanlarda bu hirs də simvolikləşmiş və bu adət mənşəyi unudulduqdan sonra da davam etdirilmişdir.Başqa bir araşdırmaçı Taylora görə isə qayınananın kürəkənə qarşı belə davranmasının səbəbi kürəkənlə arvadının ailəsi arasındakı yerinin hələ keçici olduğunu aydınlaşdırmaqdan başqa bir şey deyil,yəni kürəkənlə ilk uşağı dünyaya gələnə qədər ya kimi davranırlar.
Nəzərə alsaq ki müasir dövrdə və mədəni uluslarda da kürəkənlə qayınana arasındakı bağlantı ailə təşkilatının ən nahamar hissəsidir,deməli məsələnin başqa tərəflərinə də diqqət yetirmək lazımdır.Yəni əslində simpatiya ilə nifrət kimi bir-birinə əks duyğuların eyni zamanda meydana çıxması münasibətdə də özünü göstərir.

Maraqlı bir sual çıxır ortaya,qayınananın suçu ne?)

 

P.S Bu yazı «Totem və Tabu» kitabına istinad edilərək yazılmışdır və internet aləmində ilk dəfə tam şəkildə kayzen.az-saytında nəşr olunur.Yazı mənə məxsusdur.Məndən icazə alaraq və ya almayaraq məqaləni istənilən yerə copy-paste edə biərsiniz) Hörmətlərimlə)

 

0 şərh