NHN sualları-Hikmət Əliyev və Əli Babazadə

1)Yakutska gələn turistlərə eynək taxmalarında ehtiyatlı olmağı tövsiyə edirlər.Buna səbəb nədir?

2)Qədim dövrlərdə insanlar düşünürdülər ki, şər qüvvələr onların öz içlərində yaşayır.Odur ki, bu prosesə şər qüvvələrin daxildən bayıra çıxması kimi baxılmış və düşünülmüşdür ki, bu proses zamanı insan hər cür xəbis amillərdən xilas olur.Söhbət hansı prosesdən gedir?

3)Kəlbəcər rayonu ərazisində yerləşən bu qayanın adlandırılması Qaçaq Nəbinin adı ilə bağlıdır.Belə ki, Nəbi hər həftənin cümə günləri bu qayaya gələr və yerli əhalinin ŞİKAYƏTLƏRİNİ qəbul edərdi.Qayanın necə adlandırıldığını tapın.

13 şərh

təpəgöz
2 Siqaret çəkmək
MASON
yox, sehvdi.komek ucun deyim ki bu prosesi keciren adamlara uzun omur de arzulayirlar.
fatmagul
Kəlbəcərdə olan qayanın adi Ərizə qalasıdır
MASON
cavabinizi duzgun qebul etmek olar xanim, amma Ərizə qalası yox, Ərizə qayası.Təbriklər.Digər sualları da cavablandırmağa çalışın.
ferid1001
1in cavabı bəlkə külək və soyuq eynəyin şüşələrini sındırıb gözə zərər vura bilər?ikincisi asqırmaq olar yəqin.
MASON
1 səhvdi. amma 2-ci sualın cavabı asqırmaqdı, düzdü təbriklər
safty333
1-in cavabi belke soyuqdan eynek goze yapisir yaxud qulaga
MASON
goze yox, eyneyin qiraqlari deriye yapishir ve sonra onu cixarmaq boyuk problem olur.duzgun cavab bele idi
Xrizoberil
2-nin cavabı yoqa ilə məşğul olmaq ola bilər- hmm?
MASON
2-nin cavabi asqirmaq yeni sebir getirmekdi
Xrizoberil
hmm maraqlı idi
MASON
tewekkur yene bele suallar yerlewdirmeye caliwacam