Məntiqsiz məsxərələrə cavab

Adəm övladı yaranandan bu günə qədər haqla batil daima bir-biri ilə savaşıb. Biz tarix boyu bunun şahidi olmuşuq. Allah və onun dininə uzanan əllərin bu gün də şahidi oluruq. Bu addımları Məkkə müşriklərindən başlayaraq, bu günün qaniçən və insani dəyərlərin ziddinə olan sionistlərdə müşahidə etmək olar. Biz dediyimiz kimi, haqq və batil həmişə ədavətdə olub. İslam dini isə haqq toplumu olduğundan, batil tərəfin onunla mübarizəsinin şahidi olmaq heç də təəccüblü deyil. Hərçənd ki, ürək ağrıdandır. Çox təəssüflər olsun ki, biz bu antiislam addımları Azərbaycanda da müşahidə edirik. Biz bu islamafobları ayrı-ayrı qrup, təriqət, başqa formalarda məqalə və digər yollarla islama zidd olan addımlarının şahidi oluruq. Onlardan bir neçə nümunə çəkmək olar.Amma sadəcə X təklitaı deyərək, hamısını nəzərdə tutaq. Bu antiislam qruplaşması bəzən öz məntiqsiz məsxərələri ilə, öz dilləri ilə desək guya müqəddəs Quran və İslam dinindən səhvlər tuturlarmış kimi və bəzən də imanında və elmində zəiflik olan möminlərdə şübhə icad edən qeyri məntiqi məqalələri ilə öz antiislam addımlarını atmaqdadırlar. Onların yazdıqları antiislam məqalələrinin mövzuları müxtəlif olur ki, bunlar Qiyamət günü, namaz, hicab və dinimizi hədəfə aldıqları bir çox ayinləridir. Və bunların da sifariş və pulla öz din və qeyrətlərini satdıqları hamıya bəllidir.
Onların daim hədəfə aldıqları mövzulardan biri isə Allahın varlığı ilə bağıdır. İddia edirlər ki, Allah deyilən bir varlıq olmayıb. Qədimdə insanlar daşa-divara sonra isə insanlar daha əlçatmaz olan göy cismlərinə, daha sonra isə gözəgörünməz bir şey adlandıraraq ona sitayiş ediblər.
Əvvəla gərək onu qeyd edək ki, müasir psixoloqlar insanda fitrətən Allahı axtarma hissinin olduğunu kəşf ediblər. Belə ki, əgər bir insani doğulduğu gündən düzənlik və meşəyə atsalar, o böyüdükcə öz-özünə yaradan və əzəmət sahibinin olduğunu hiss edəcəkdir. Deməli Allahı tapma və ona sitayiş hissi insanda olan fitri bir hissdir. O şəxsin bütə və ulduzlara ibadətisə bunun ən gözəl nümunəsidir. Onu da unutmaq olmaz ki, Allah bütün zamanlarda və bütün qövmlərə öz peyğəmbərlərini göndərmişdir.
Allahı axtarma hissinin insanda olmasını hətta avropalı alimlər də etiraf etmişlər. 20-ci əsrin əvvəllərində yaşamış amerikalı filosof və psixoloq Vilyam Ceyms deyir: "Bizdə yaranan meyl və istəklər bu aləmnən qaynaqlansa da, bir çox arzu və istəklərimiz metafizik aləmnən qaynaqlanmış, çünki onların əksəriyyəti maddi hesablamalara uyğun gəlmir".
İslam alimlərindən biri yazır ki, Vilyam Ceymsin dediyi bu istək və arzular həyata keçirilməlidir. Əks təqdirdə haqq yoldan uzaqlaşaraq təsəvvürü mümkün olmayan xəsarətlərə gətirib çıxara bilər.
Odur ki, belə məntiqsiz məqalələrin sahiblərinin nə elmdən, nə dindən və nə də Allahdan xəbərləri olduğunu söyləmək yerinə düşər. İnsan əgər bir an öz yaradılışına və bədənin necə nizamla yaradılışına diqqət etsə, Allahın kim və necə bir qüvvəyə malik olduğunu anlayar. Həyatda insan bir çox şeyləri itirə bilər. Amma ən asan tapılan şey də elə Allahın özüdür. Necə ki, İmam Hüseyn (ə) dualarının birində buyurur: "İlahi sən nə vaxt gizli olmusan ki, səni tapmaq üçün dəlilə ehtiyac olsun".
 

0 şərh