“Oskarın” qalibi: “The King`s Speech” Kral nədən danışır?

Amerika Kinoakademiyası “Kral danışır!” filmini ilin ən yaxşısı seçdi.
Los-Ancelesdə Oskar mükafatının 83-cü təqdimat mərasimində, əsas heykəlcik uğrunda “Qara qu quşu”, “Döyüşcü”, “Uşaqlar qaydasınadır”, “127 saat”, “Oyuncaq nağılı 3″, “Dəmir tutum”, “Qış sümüyü”, “Başlanğıc” və “Sosial şəbəkə” filmləri mübarizə aparıblar.
1943-cü ildən bu yana ikinci dəfə əsas mükafat uğrunda 5 yox, 10 film mübarizə aparıb.The king's speech

Əvvəlcə “Kral danışır” filminin rejissoru ən yaxşı rejissor nominasiyasında, filmdə baş rolu ifa etmiş Kolin Fert isə ən yaxşı aktyor nominasiyasında qalib seçilib.

Kral VI Georqdan bəhs edən film mükafata 12 nominasiyada namizəd göstərilsə də, yalnız dördüylə kifayətlənməli olub. Adları çəkilən nominasiyalardan əlavə, film ən yaxşı ssenari nominasiyasında da qalib seçilib.

Ən yaxşı xarici film nominasiyasında Danimarka filmi “Qisas” (rejissor Syüzan Bir) qalib gəlib. Ən yaxşı aktrisa nominasiyasında “Qara qu quşu” filmindəki roluna görə, Natali Portman qalib seçilib.

Ən yaxşı musiqi nominasiyasında Trent Reznor və Attikus “Sosial Şəbəkə” filminə yazdıqları saundtrekə görə qalib seçiliblər.

“Kral danışır!” – Devid Saydlerin ssenarist, Tom Huperin rejissor olduğu bədii film.

Film ABŞ kino-prokatına 26 noyabr 2010-cu il tarixində cəmi 4 kinoteatrda çıxıb. İlin sonuna qədər isə, o, demək olar ki, bütün ölkə kinotearlarına yayılıb.

Filmin büdcəsi cəmi 15 milyon dollar olub, amma 10 yanvar 2011-ci il tarixinə qədər bütün dünyada 50 milyon dollardan çox gəlir götürüb. Həmçinin, film ilk 3 gündə 4 kinoteatrdan 355 450 dollar toplamaqla özünəməxsus rekord vurub.

Filmin süjeti Britaniya kralı V Georqun oğlu hersoq Albertin 1925-ci ildə Uembli stadionunda baş tutan uğursuz çıxışı üzərində qurulub. Hersoq həyəcandan pəltək danışmağa başlayınca uzun pauzalar etməyə başlayır, bu da minlərlə dinləyici üçün onun çıxışını anlaşılmaz edir.

Problemli çıxışdan sonra, Albert bu qüsurunu aradan qaldırmaq məqsədiylə müxtəlif loqopedlərin yanına gedir. Növbəti uğursuz seansdan sonra o qərara gəlir ki, artıq heç bir həkimin yanına getməyəcək. Lakin həyat yoldaşı Yelizaveta Avstraliyada yaşayan və xəstələri yalnız evində qəbul edən Layonelle Loq adlı mütəxəssis tapır. Uzun sürən danışıqlardan sonra Loq Londona gəlməyə razılıq verir.

Atasının ölümü və böyük qardaşının taxt-tacdan imtina etməsindən sonra Albert dəhşətə gəlir, amma Layonelle Loqun köməyi ilə artıq VI Georq adıyla çıxışa hazırlaşır. Buna hətta Loqun rəsmi doktor adını daşımamağı da mane olmur.

1939-cu ilin 3 sentyabrında baş nazir Nevill Çemberlenin Almaniyaya müharibə elan etməsindən sonra, xalqı ruhlandırmaq məqsədiylə, Albertin radioda 9 dəqiqəlik müraciəti baş tutur. Ömrünün ən uğurlu çıxışlardan birinə çevrilən bu çıxış dinləyicilər tərəfindən böyük coşquyla qarşılanır.

Dünən gecə ABŞ-ın Los-Anceles şəhərində keçirilən 83-cü təntənəli Oskar təqdimetmə mərasimində “Kral danışır!” filmi ilin ən yaxşısı adına layiq görülüb. Film 4 nominasiyada qalib seçilib. Öhdəsinə düşən rolu məharətlə ifa etmiş Kolin Felt isə ilin ən yaxşı aktyoru nominasiyasında qalib olub.

Xatırladaq ki, bir çoxları filmin böyük uğur qazanacağını əvvəlcədən deyirdi. Film Oskar mükafatını qazanmamışdan öncə, Britaniyanın BAFTA mükafatı da daxil olmaqla, dünyanın bir çox festivalının prestijli mükafatlarına layiq görülmüşdü.

“Kral danışır!” (The King’s Speech) filmiylə Oskar mükafatına damğasını vuran ingilis aktyor Kolin Förtin aktyorluqdan başqa özəliyinin də olduğu ortayaçıxıb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, “Kral danışır!” filmində canlandırdığı pəltək kral obrazıyla bir çox mükafatla yanaşı, bu ilin “Ən yaxşı kişi aktyoru” nominasıyasında Oskar mükafatını qazanan Kolin Förtün eyni zamanda yazıçı olduğu məlum olub.


Hətta Kolin Förtün bir hekayəsi Türkiyədə də yayınlanıb. Hekayə Nik Hornbinin “Sel” nəşriyyatında çıxan “Mələklə söhbət” kitabında yer alıb. Melissa Bank, Zadie Smit, İrvin Velş, Helen Filding və Deyv Ecers kimi məşhur yazıçıların arasında Kolin Förtün bir hekayəsi də yayınlanıb.


Fört “Heç bir şey departamenti” adlı bu hekayəsində, böyüklərin “darıxdırıcı dünyasını, bir qəpiyə dəyməz qayda-qanunlarını, həqiqi olmayan şeylərə olan bağlılıqlarını, önəmli olan şeyləri inadla görməmələrini” kiçik bir uşağın diliylə nəql edir.

1 şərh

MASON
İstəyənlər burdan fraqmentə baxa bilərlər www.youtube.com/watch?v=OAm7gRXFiRo