Ramiz Rövşəndən şeirlər

Ramiz Rövşənin "Nəfəs" adlı kitabından ən çox bəyəndiyim şeirlərini yerləşdirməyə çalışacam.Poeziya həvəskarlarına bu kitabı almağı və oxumağı məsləhət görərdim.

Gizlənməyə Bir Yer Göstər, Gizlənim

Gizlənməyə bir yer göstər,
                       gizlənim,
Səhər-axşam, axşam-səhər
                       gizlənim,
Oğlumdan da, qızımdan da 
                       gizlənim,
Hamıdan da, özümdən də
                       gizlənim,
Kağızdan da, qələmdən də
                       gizlənim,
Ömürdən də, ölümdən də
                       gizlənim.

Bir yer göstər,
     nə ev olsun, nə qəbir,
Bir daş altda, bir dş üstdə,
                       gizlənim.
...Allah, harda gizlənmisən?
                      Cavab ver!...
Çıx, mənə də bir yer göstər,
                       gizlənim...

*********************

Əli Allah ətəyində,
Günahı var mələyin də...
Sevgini qız ürəyində
Əkən kimdi, dərən kimdi?

Min günaha bata-bata
Ömrünü sürü hər adam,
Kimdi yanımızda yatan,
Yuxumuza girən kimdi?

Göy üzü aylı-ulduzlu,
Allah baxır gizli-gizli,
"Bəlkə bir Allah təmizdi?"-
Görən kimdi?.. bilən kimdi?!..

2 şərh

ferid1001
ikinci weir xususile lezet eledi
ayxansevda
ikinci şeir mən də bəyəndim, amma mələyin günahı olmur, bu dəqiqdir