İmam Əli - dünya barədə

“Dünyadan o qədər al ki, sənə çatıb. O şey ki, səndən üz döndərib, görməməzliyə vur. Əgər belə ola bilməsən, ən azı istəklərini azalt”.

“Əgər dünya bir kəsə üz çevirsə, başqalarının yaxşlıqlarını müvəqqəti olaraq, ona verər. O zaman ki, kiməsə arxa çevirər, onun yaxşlıqlarını belə ondan alar”.

“O kəs ki, dünyanın dalınca gedər, ölüm də onun ardınca gedər ki, onu dünyadan aparsın. O kəs ki, axirətin dalınca gedir, dünya onun dalınca gedər ki, ruzisini ona çatdırsın”.

“İnsanlar dini məsələləri dünyanın xeyrinə görə tərk etməzlər, məgər o zaman ki, Allah ondan da ziyanlısını qarşılarına çıxarar”.

“O kəs ki, dünyaya görə qəmgin olarsa, İlahi qəza və qədərindən narazı olar. O kəsin qəlbi dünya ilə dostluqla bağlı olarsa, ürəyi üç şeylə çirklənər: ondan ayrılmayan qəm-qüssə, onu tərk etməyən hərislik və çata bilməyəcəyi arzular”.

“Dünya ilan kimidir, ona toxunmaq mülayim və yumşaqdır. Ancaq daxili zəhərlə doludur. Nadan insan ona aldansa, ona bağlanar. Aqil insanın ayıqlığı isə ondan ehtiyat edər”.

“Dünyanın cah-calalından çəkin ki, dünya xəyanətkardır. Aldadıcı və kələkbaz və bağışlayandır. Rahatlığı davamsızdır, çətinlikləri sonsuz və bəlaları qurtarmazdır”.

“Dünya öldürücü zəhərdir ki, tanımayanlar onu içərlər”.

“Ziyankar o kəsdir ki, dünyaya başı qarışıb, axirət bəhrəsi əlindən getmişdir”.

Hazırladı: Məşhədi Xanım,

deyerler.org saytına istinadən

 

1 şərh

ayxansevda

bunlara riayət edəsən, amma tərki dünya olmayasan. fanat olmaq bir şey deyil, insanlar bunları qarışdırır bəzən.