Aleksandr Bell - Onun vəfatı günü dünyanın bütün telefonları bir dəqiqəlik söndürülür

Bütün dünya onu telefon ixtiraçısı kimi tanıyır. Müxtəlif şəhər, ölkələr, hətta indi dünyanın Şimal və Cənub yarımkürələrində olan insanlar bu qurğu ilə bir-biri arasında əlaqə saxlayır. Məhz belə bir ağılagəlməz qurğunun - telefonun ən ibtidaisi Aleksandr Qreham Bellə məxsus idi. İndi onun vəfatının 88-ci ildönümüdür.

Aleksanr Bell 3 mart 1847-ci ildə Şotlandiyanın Edinburq şəhərində anadan olub. Onun bir çox yaxınları, o cümlədən atası, babası, əmiləri gözəl natiqlər olub.

13 yaşında Edinburqda məktəbi bitirən gələcək ixtiraçı, artıq 16 yaşında natiqlikdən dərs deməyə başlayır. Lakin o, öz gözəl səsindən natiqlik üçün istifadə etməmək, bu səsini müəyyən qurğularla çox uzaqda olan digər insanlara ötürmək üçün istifadə etmək qərarına gəlir.


1870-ci ildə ailəsi ilə birlikdə Kanadaya gəlir. Onun ilk ixtirası elektrik fortepianosu olur. Bunun vasitəsilə musiqini simlərlə ötürmək mümkün olur. Artıq ötürmə var, demək gələcək ixtiralarda bu unudulmayacaq.
1876-cı ildə Bell nitqin yazılması və ötürülməsi üçün lazım olan teleqraf aparatının patent hüququnu əldə edir. Faktiki olaraq, burada söhbət elə məhz telefondan gedirdi. Səslər elektrik dalğaları ilə ötürülürdü.
1888-ci ildə Bell ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin əsasının qoyulmasında təsisatçılardan biri olaraq çıxış edir.
Bell 1922-ci il avqustun 2-də Kanadanın Baddek şəhəri yaxınlığında vəfat edir. Onun vəfatı günü dünyanın bütün telefonları xatirəsini anmaq üçün bir dəqiqəlik söndürülür.

deyerler.org saytına istinadən

0 şərh