Ölümdən niyə qorxuram?

Bir nəfər Həzrəti Muhəmməd Peyğəmbərin (s) yanına gəlib soruşur: «Mən niyə ölümdən qorxuram?».
Peyğəmbər xəbər alır: «Var-dövlətin varmı?». O adam cavab verir: «Bəli, var».
Peyğəmbər yenə soruşur: «Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)».
Adam «Xeyr» deyə cavab verir. Peyğəmbər belə buyurur: «Bax, elə buna görə də ölümdən qorxursan!»
 

0 şərh