Kainatda gül şəkli

Bu cür görüntülərə tez-tez rast gəlirik. Ya hansısa meyvədə, hansısa heyvanın dərisində, çiçəyin ləçəyində müəyyən yazıyabənzər görüntülər çıxır qarşımıza. Hər kəs bir cür oxuyur, bir cür izah edir: kimi dinə bağlayır, kimi də, sadəcə, əlini yelləyib keçir. Kosmosda gül şəkli
Bu şəkil Amerikanın məşhur Kosmik Araşdırmalar Mərkəzi olan NASA tərəfindən yayımlanıb. Elə ilk baxışdan hər kəs bu mənzərədəki qızılgülü açıq-aydın görür. Bu mənzərə minlərlə səma cisminin bir araya gəlməsi, işıq fonunda görünməsi ilə meydana çıxıb.

Xatırladaq ki, bu günlər İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s.) mövludu günləridir (Əksər mənbələrdə Rəsulullahın aprel ayının 20-də doğulduğu bildirilir). Qızılgül Uca Peyğəmbərimizin simvolu seçilməklə şərəfləndirilib. Şərqin böyük söz ustası Məhəmməd Füzuli də məşhur “Su” qəsidəsində məsələyə toxunaraq Rəsulullahın mübarək çöhrəsi qarşısında bütün güllərin son dərəcə solğun, zəif göründüyünü aşağıdakı misralarla ifadə edir:

Suya versin bağdan,
bihudə zəhmət çəkməsin,
Bir gül açılmaz zün tək,
versə min gülzarə su.

Qızılgül harda açır-açsın, istər bağda, istər dibçəkdə, istər göy üzündə, güllərin ən gözəlindən belə gözəl olan o mübarək çöhrə ilə müqayisədə çox solğundur.
Bu qızılgül mənzərəsinə baxın, səma cismlərinin bir araya gəlməsiylə yaranıb. Özü də Yer kürəsindən 300 min işıq ili məsafəsində şəkillənən bu mənzərəni izah etmək, bu barədə şərh vermək müasir elmin imkanları xaricindədir. Biz də, sadəcə, internet yolu ilə yayımlanan bu rəsmi diqqətinizə təqdim edərək, sizləri düşünməyə dəvət edirik. Doğru istiqamətdə düşünmək də ibadətdir. Amma bir şey də var ki, əsl xoşbəxt insanlar bu mənzərədən heyrətlənməzlər, çünki inandıqlarına elə inanıblar ki, zərrə qədər də şübhə yeri qalmayıb. Bu cür görüntülərə isə ötəri nəzər salıb, sadəcə, təbəssüm edərlər, vəssalam.
 

1 şərh

ferid1001
Belə görüntülərlə tez-tez rastlaşmaq olur.səhv eləmirəmsə keçən il okean üzərində belə görüntü çəkmişdilər