Həyatda təsadüf varmı?

Həyatda təsadüf varmı, yoxsa bütün baş verənlər olması mütləq olan hadisələrdir?! Təsadüf adlandırdığımız bir çox hadisələr bəzən bir insanın, bəzən bir dövlətin, bəzən isə bütün dünyanın seyrinin dəyişməsinə səbəb ola bilir. Gündəlik həyatda təsadüf sözünü çox işlətməyimizə baxmayaraq, bu cür hadisələri təsadüf adlandırmaq gülünc səslənir. Ancaq insanların çoxu təsadüflərin varlığına inanmağa üstünlük verir. Quranın bildiyinə görə, bir yarpağın budağından qopub düşməsi belə Allah-Təalanın bilgisi və iradəsi daxilindədir. Belə olan halda qarşımıza çıxan hadisə nə qədər heyrətli, əcaib olursa-olsun, ona təsadüf demək dinimizin məntiqinə, daha doğrusu imanın sarsılmaz əsaslarından olan qəzavü qədər, yəni hər şeyin Allahdan gəlməsi həqiqətinə ziddir. Məsələyə başqa tərəfdən yaxınlaşanda isə çox gözəl bir mənzərə ilə üz-üzə qalırıq: bütün hadisələrin arxasında ilahi bir gücün olması və o gücün inanılmaz ssenarilər meydana gətirib bizi sınaması fikri insan ruhuna bir növ dinclik verir. Biz yağış yağarkən damınızın axması kimi təsadüflərdən bəhs etmirik, çünki septiklerin bu növdən hadisələr üçün bir çox şərhi var. Amma aşağıdakı hadisələr, sizcə, təsadüfdürmü?!:

*** Avstriya-Macarıstan şahzadəsi Franz Ferdinand sui-qəsd yolu ilə öldürülməsinin Birinci Dünya Müharibəsinə, ardınca da dünya tarixində 30 illik qanlı bir dövrə yol açdığını tarix kitablarından bilirik. Ancaq onun ölümünə bir “təsadüf”ün gətirib çıxardığını çox az insan bilir. Bosniyalı kəndli Qavriol Prinsip bir neçə gün əvvəlcədən bomba ilə Ferdinandı öldürmək istəmiş, ancaq istəyinə müvəffəq ola bilməmişdi. Müvəffəqiyyətsizliyini unutmaq üçün bir kafedə oturub yaxşıca içdikdən sonra çölə çıxarkən şahzadənin avtomobilinin ona tərəf gəldiyini görür. Sürücü səhv yola sürməklə Ferdinandı bir neçə gün əvvəl qurtardığı ölüm təhlükəsinin qucağına atmışdı. Ayağına gələn bu fürsəti qaçırmayan sui-qəsdçi silahını çəkərək, Ferdinandı və onun xanımını öldürmüşdü. Dünya tarixində ciddi dəyişikliyə səbəb olan Birinci Dünya Müharibəsi belə bir “təsadüf”ün ardınca meydana çıxarmışdı: Ferdinandın sürücüsünün səhvi və sui-qəsdçinin şərab içmək üçün məhz avtomobilin keçəcəyi həmin küçədəki kafedə olması.

*** Buts və Linkoln. Bu iki ad eşidildiyində hər kəs Abraham Linkolnu və sui-qəsdçisi Con Vilkens Butsu ağlına gətirir. Ancaq Linkoln sui-qəsdindən bir neçə ay əvvəlki “təsadüf”ün qəhrəmanları Con Vilkensin qardaşı Edvin Buts ilə Linkolnun oğlu Robert Todd Linkoln idi. Robert Linkoln Nyu Cersidə qatar gözləyərkən tarazlığını itirərək, yavaşca gələn yük qatarının yoluna düşür. Ona kömək əli uzadan o zamanlar məşhur aktyor olan Edvin Buts idi. Dünyada bənzəri olmayan bir “təsadüf”lə bir ölkə başçısının oğlunu qurtaran adam başçının sui-qəsdçisinin qardaşı olmuşdu. Bir neçə ay sonrasını isə bilirik. Edvin Butsun qardaşı Con Vilkens teatrda Robert Todd Linkolnun atasını, ABŞ Prezidentini öldürmüşdü.

*** 1898-ci ildə yazıçı Morgan Robertson “Titanın Batışı” adlı bir roman yazır. Romanda İngilis lüks gəmisi “Titan”ın bir aysberqlə toqquşmasından və gəmidə qayıqların az sayda olması səbəbiylə yaşanan qarışıqlıq təsvir olunub. Fantastik gəmi “Titan” Atlantik Okeanında ABŞ-a gedərkən qəza etmişdi. 14 il sonra isə “Titanik” səhnəyə çıxdı. Lüks gəmi “Titanik” 25 knot sürətlə aysberqlə toqquşaraq batdı və 2500 adam həlak oldu. Yaşananlar 14 il əvvəl yazılmış romanla hardasa eyni idi. Yalnız bir neçə kiçik fərqli detal vardı. Romanda “Titan” sürətlə batarkən, “Titanik”in batması bir neçə saat çəkmişdi. Sui-qəsd nəzəriyyəsinə çox açıq deyilmi?
 

5 şərh

ARISTOKRAT
bes her shey yazilibsa yeni ki,alin yazisi varsa onda niye insanlar cennet ve cehenneme dushur? niye allah insanin her sheyin yazibsa cennet cehennemi niye yaradib??? cavab yazsin hami xahish edirem.
MASON

bu o demek deyil ki, bizim butun qerarlarimiz artiq ebul olunub.Men bunu oz bawa duwduyum kimi deyim.Bele deyek, muqayiseli wekilde tesevvur edek ki, heyat bir futbol meydancasidi, burda insanin hansi movqede oynamasi, nece oynamasi ozunden asilidi.Lakin oyun yalniz meydanin daxilinde gedir ve buna gore de senden netice teleb olunacaq.Qeder, qismet, taleh dediyimiz ise mence bizim meydancada olan hereketlerimizdi.Hec kim ve hec ne bizi mecbur etmir ki nece oynayaq.


P.S.Insanin qarwisinda hemiwe 2 secim olur, qebul etmek ve etmemek.qebul etdiyimiz qerar neticesinde yeni bir pencere acilir heyatimizda,demeli her wey ozumuzden asilid)

katana

Mence  de Allah her seyi evvelceden yazib. Sadece bizim qarsimiza bir yox bir nece yol qoyub ve bu yolllarin sonunda bizi ne gozleyir bunu birce Allah bilir .Hansi yolu secmeyimiz ise, bizden aslidir. Pis yoxsa yaxsi,yalnis yoxsa dogru . Ve bu secdiyimiz yollarda bizi neler gozleyir ,bizim verdiyimiz qerarlar bunlar hamisi bizim cennet yoxsa cehennemlik oldugumuzun bir nov gostericisidir.Secdiyimiz yollarin eslinde bizim basimiza neler getireceyini avvelceden bilsek onda yeyqinki hamimiz cennetlik olardiq.  Yeyqinki, bu heyata gelen her bir insan dogru yol secib yaxsi insan olaraq qalmaq isteyerdi.

Karizma
Eslinde heyat tesaduflerle doludur.Bunu hamimiz goruruk.Amma bu tesadufleri yaradan da ALLAHDIR.Kurtlar vadisinden fraqment.Polat:Baba onlar sizi oldurmeye gelmisdiler.Polatin babasi:Hayir oglum onlarin derdi seninle seni oldurmek istiyorlar.Polat:Ya baba birak allahini seversen 5 dakika tez gelseydiniz sizi vuracakdilar.Polatin babasi:Oglum bak dinle eger yuce RABBIMIZ bizim olmemizi isteseydi bizi bura 5 dak tez gonderirdi.Demeli burdan o cixir ki, her seyin sahibi ALLAHDIR.O ne istese o da olacaq.Bunu muzakire elemeyin yeri yoxdur.
ARISTOKRAT
haminizi basha dushurem,ama yuxaridaki metnde yazilib ki,quran melumatina gore- goyden dushen yarpaqin taleyin allah yazib,axi orda sizler deyen kimi yazilmayib ki,allah insanin qarshisina secim yolu qoymayib-BES BUNA NEDIR CAVAB? BUTUN BUNLARDAN SORA SIZLERE COOX VACIB 1SUAL VERECEM BU MOVZU ILE ELAQEDAR.