Ana-Övlad sevgisi

Bir ananın iki balası varmış. Ən kiçiyi beş yaşında olarmış. Bir gün ana sonbeşiyini əzizləyərkən uşaq anasından soruşur:


-Əziz ana, sən mənim səni nə qədər çox sevdiyimi bilməzsən. Bəlkə də, məni sən o qədər sevməzsən.

-Niyə oğlum?

-Çünki balan ikidir:

Sənin könlün iki eşq ilə vurar,


Mənim isə yalnız bir sevgili ANAm var.
 

3 şərh

pascal
Bu söz nə qədər düzgündür bilmirəm, ama, mənə elə gəlir ki, sevgi heç vaxt bölünə bilməz. Hər bir yaxınımıza öz qədərində sevgimiz var, sadəcə, onların bizə olan münasibətində bu sevgi dəyişə bilir.
JAVIER_ZANETTI
Salam. MASON çox sağol mövzu üçün.

 Cənnət anaların ayaqları altındadır
(HZ. MƏHƏMMƏD)
* * * * *
Anasının könlünü qıran böyük günah işləmiş olar
(HZ. MƏHƏMMƏD)
* * * * 
 
Mənə, oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır
(ABRAHAM LINCOLN)
* * * * *
Ana, həyatın sonsuzluğudur.
(EMILE ZOLA)
* * * * *
Bir ana ürəyi dibində əfv olan bir uçurumdur
(HONORE DE BALZAC)
* * * * 
Ana, hər vaxt haqlıdır.
(HERMAN SUDERMANN)
* * * * *
Analar, hər şeyi görməsələr belə ürəkləri ilə eşidərlər.
(OSTROVSKI)
* * * * 
 
Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz
(VICTOR HUGO)
* * * *
Qadının ən böyük vəzifəsi analıqdır
(ATATÜRK)
* * * *
Heç kim, qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil
(GOETHE)
babayeva_sabina

mənim fikrimcə o uşaq düzgün fikirləşmir ana üçün hər bir övladı eyni dərəcədə sevgiyə sahibdir

istər 1 övlad olsun istər 2