Əyri qədəh həvəsləndirir

Mütəxəssislər hesab edirlər ki,qədəhin forması spirtli içkilərin qəbul olunma tezliyinə və miqdarına təsir edir.Beləki,şəkli dəyişdirilmiş məişət qabları belə miqyasın idarə olunmasını çətinləşdirir.18-40 yaş arası içki aludəçisi olan 160 könüllü üzərində aparılan tədqiqatlar göstərdi ki,məhz şəkli dəyişdirilmiş qədəhlərdən içki qəbul edənlər iki dəfədən artıq həvəsli olur və demək olar ki,onun nə zaman dolub boşalmasının fərqinə belə varmırlar.Məhz içkinin miqdarını təmin etmək üçün ən faydalı düz tərəfli stəkanlar olduğu aşkar edilmişdir.Ancaq mütəxəssislər sağlam olmaq üçün bu stəkanların vitamin və minerallarla zəngin olan meyvə şirələri və mineral təbii sularla doldurulmasının tərəfdarıdırlar.
 

0 şərh